Veriko İvlianovna Ancaparidze () — Aktrisa
Həyatı Veriko İvlianovna Ancaparidze 6 oktyabr, 1900-cü ildə Kutaisidə (Gürcüstan) anadan olmuşdur. 1916–1917-ci illərdə S. V. Aydarovun Moskva dram studiyasında və Q. Cabadarinin Tiflisdəki studiyalarında təhsil almışdır.
31 yanvar 1987-ci ildə Tbilisidə vəfat etmişdir.
Fəaliyyəti 1918–1921-ci illərdə Ş. Rustaveli adına teatrın aktrisası, 1921-ci ildən isə K. A. Marcanişvilinin rəhbərliyi altında olan dram teatrının aktrisası olmuşdur. 1933-cü ildən N. P. Oxlopkovun rəhbərliyi altında Moskva real teatrında işləmişdir. K. A. Marcanişvili adına teatrın bədii rəhbəri, Ş. Rustaveli adına Tbilisi teatr institutunun pedaqoqu olmuşdur. 1992-ci ildə "Who is Who" (London) ensiklopediyası redaksiya heyətinin qərarına əsasən V. Ancaparidze XX əsrin 10 ən yaxşı aktrisası sırasına daxil edilmişdir. Kinoda 1923-cü ildən fəaliyyət göstərmişdir.
Adlar və mükafatlar SSRİ Xalq Artisti (1950) SSRİ Dövlət Mükafatı (1943, 1946, 1952) "Lenin Ordeni" Gürcüstan Dövlət Mükafatı (1975, 1979) Sosialist Əməyi Qəhrəmanı (1979)
Filmoqrafiya 26 komissar (film, 1932) (tammetrajlı bədii film) (rol: fəhlə arvadı) Onu bağışlamaq olarmı? (film, 1959) (tammetrajlı bədii film) (rol: ana) Qəm yemə! (1969)
Mənbə АНДЖАПАРИДЗЕ Верико Ивлиановна
Xarici keçidlər Вера (Верико) Анджапаридзе Верико Анджапаридзе Верико Анджапаридзе Анджапаридзе Верико
Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:Kutaisidə doğulanlar Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:Səssiz film aktrisaları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Gürcüstan aktrisaları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları Kateqoriya:XX əsr teatr rejissorları