Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ ibn Tərxan Fərabi ət-Türki və ya Əbu Nəsr Fərabi (bəzi mənbələrdə isə Əbu Nəsr Məhəmməd ibn əl-Fərah əl-Fərabi) (; ) – İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmət göstərmiş filosofdur. Elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adını qazanmışdır.
Həyatı Əbunəsr Farabi Sır-Dərya çayı üzərindəki Farab şəhərində türk qəbiləsində hərbçi ailəsində doğulmuşdur. Farabi irsinin görkəmli tədqiqatçısı, fəlsəfə elmləri doktoru, professor Müzəffər Xəyrullayev filosofun doğum tarixinin müxtəlif tədqiqatlarda 870-ci il göstərildiyini bildirdirsə də, həmin tarixin 873-cü il kimi yazılmasını daha düzgün hesab etmişdir. Tədqiqatçı onun 885–895-ci illərdə Buxarada, Səmərqənddə təhsil aldığını, 910–911-ci illərdə Bağdada getdiyini göstərmişdir.
Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, Əbunəsr Farabi Bağdadda Əbubişr Məttə ibn Yunisin məclisində iştirak etmiş, ondan dərs almışdır. Farabi sonra Hərran şəhərinə getmiş, orada xristian filosofu Yuhənna ibn Həylanın yanında məntiqin incəliklərinə yiyələnmişdir.
Professor M. Xəyrullayev Farabinin 941-ci ildə Dəməşqə getdiyini, 949–950-ci illərdə isə Misirə səfər etdiyini bildirmişdir.
M. Xəyrullayev Farabinin 950-ci ildə noyabr, yaxud dekabr ayında Dəməşqdə vəfat etdiyini yazmışdır.
Fəlsəfəsi right|180px|thumb|Əl Farabi Qazaxıstanın 5000-lik pul əsginazı üzərində Farabi riyaziyyat, fəlsəfə, tibb və musiqi elmlərinə misiliz töhfələr bəxş etmiş, Aristotelin əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Farabi İslam dünyasını Yunan fəlsəfəsi ilə tanış etmiş ilk alimlərdən olmuşdur. Farabi məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırmışdır. Yazdığı "Kitabi əl-Musiqə əl-kəbr" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan vermişdir. Bir neçə musiqi alətində ifa etmiş və bir neçəsini də özü ixtira etmişdir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz Farabi işləyib hazırlamışdır (Touma 1996, p. 170).
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Əbunəsr Farabinin yaradıcılığını iki istiqamətdə apardığını bildirmişdir: 1) öz sələflərinin kitablarına şərh yazmış; 2) yeni əsərlər qələmə almışdır.Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983. səh.33
Alimin məşhur əsərlərindən biri "Fəzilətli şəhər əhlinin baxışları" adlı kitabıdır. Bu əsərində "İdeal dövlət" konsepsiyasını irəli sürmüşdür. Farabi həmçinin fizikada boşluqların varlığı və onlarin təbiəti haqqında fikir söyləmiş ilk tədqiqatçılardan biri hesab olunur.
Farabinin əsərləri bir neçə əsr müddətində dünya elm və fəlsəfəsinin inkişaf istiqamətini müəyyənləşdirmiş, Şərqdə, sonralar isə Qərbdə bir neçə yüz illiklər ərzində masaüstü dərslik kitabları olmuşdur (Füsus əl-Hikam). Dövrümüzə qədər 117 kitabı gəlib çıxmışdır ki, bunalardan 43-ü məntiq, 11-i metafizika, 7-si əxlaq, 7-si siyasi elmlər, 17-si musiqi, tibb və sosiologiya aiddir. 11 əsərə isə şərh yazmışdır.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır ki, üç mühüm elmi-fəlsəfi təlimdən birini – Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – panteizmi və işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099–1131) və Şihabəddin Yəhya Sührəvərdi (1154–1191) yaratmışlar.
Aristoteldən sonra bütün dövrlərin və xalqların ən böyük filosofu sayılır. Farabi Şərqin İbn Sina və İbn Rüşd kimi dühalarının formalaşmasına birbaşa təsir göstərmişdir.
Dinlə fəlsəfənin münasibətləri Dinlə fəlsəfəni uyğunlaşdırmaq məsələsi Orta əsr şərq peripatetizminin görkəmli nümayəndəsi, "ikinci müəllim" (əl-müəllim əs-sani) ləqəbli Əbu Nəsr ibn Məhəmməd ibn Turxan ibn Uzluq əl-Farabinin (870–950) fəlsəfi təlimində əsas yer tutur. İrrasional vəhyi iyerarxiyada ən üst pilləyə çıxaran, rasional fəlsəfəni ona təhkim edən, din-fəlsəfə problemini bu əsasda həll etməyə cəhd göstərən Kindidən fərqli olaraq, Farabi ağılın rolunu vəhyin deyil, fəlsəfənin əsasında şərh etmişdir. Odur ki o, dinlə fəlsəfəni uyğunlaşdırarkən fəlsəfənin daxilindəki ziddiyyətlərə münasibət bildirməli olmuşdu. Çünki Platon və Aristotelin bir-birinə zidd fəlsəfi ideyaları Farabinin fəlsəfəyə verdiyi "Fəlsəfə mahiyyət etibarilə həqiqəti və ona dair bilikləri öyrənən elmdir" tərifi ilə üst-üstə düşmürdü. Farabini belə bir sual düşündürürdü: Madam ki fəlsəfə həqiqət haqqında elmdir, onda filosofların, xüsusən Platon və Aristotelin fəlsəfi təlimləri arasındakı ziddiyyətləri necə izah etmək olar? Elə buna görə də Farabi islamla yunan fəlsəfəsi arasında uyğunluq yaratmazdan əvvəl fəlsəfənin özünün daxili "problemlər"ini həll etməli idi. Bu məqsədlə "Əl-cəm beynə rəyey əl-həkimeyn Əflatun əl-ilahi və Əristutalis" (Filosoflar: ilahiyyatçı Platon və Aristotelin ideyalarının uyğunlaşdırılması) adlanan traktat yazan filosof həmin əsərdə göstərmişdi ki, Platon və Aristotel fəlsəfənin özündə deyil, ona baxışda, müraciət olunan üsul və metodlarda, izahlarda bir-birindən fərqlənmişlər. Farabiyə görə, fəlsəfə həqiqəti və ona dair bilikləri öyrənmənin adıdır; bu səbəbdən böyük filosof və mütəfəkkirlər əsasda, mahiyyətdə zəruri olaraq eyni düşünürlər. Bütün filosoflar bir məktəbin – həqiqət axtarışına çıxmış fəlsəfənin şagirdləridirlər. İlk baxışdan təzadlı görünən fikirlər, əslində, eyni məsələlərin müxtəlif izahlarıdırBulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 124–125..
Təlimləri birləşdirmə cəhdləri Farabi müxtəlif fəlsəfi təlimləri ona görə "birləşdirmək" istəyirdi ki, dinlə fəlsəfə arasında uyğunluq yaradarkən fəlsəfə islam qarşısında vahid "blok"da təmsil olunsun. Lakin bu istək bir çox problemləri həll etmək üçün dinə alternativ tapmaq düşüncəsindən doğmamışdı. Həmçinin Farabi bu istəyi reallaşdırmaqla Aristotel fəlsəfəsinə ediləcək kəskin tənqidləri Platonun idealist ideyaları ilə yumşaltmaq məqsədi güdürdü. Əvvəlcə ziddiyyətli fəlsəfi təlimləri bir-birinə uyğunlaşdırmağa cəhd göstərmiş Farabi daha sonra islamla yunan fəlsəfəsini "barışdırmaq" üçün addımlar atmışdı. Farabinin nəzərində dinlə fəlsəfəni üç məsələdə uyğunlaşdırmaq mümkün idi: a) yaradılma probleminin qeyri-ənənəvi izahı (bu problemi həll etmək Farabi üçün çətin olmuşdu); b) peyğəmbərlik konsepsiyası; v) "seçilmişlər" (xəvas) və "kütlələr" təsnifi.
Südur təlimi Farabi dinlə fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün yaradılma məsələsinə yeni üslubda toxunmuş, "südur" (çıxma, axma, emanasiya) təlimindən çıxış etmişdir. Məlumdur ki, yunan fəlsəfəsi kosmoqoniya problemlərinin həllində determinizmi əsas götürür. Yunan filosofları hesab edirdilər ki: "…materiya (varlıq) əzəli olub əbədidir. Kainat (kosmos) ilahi yaratmanın məhsulu deyildir"Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 169.. Məsələn, Platonun fəlsəfi təliminə görə, kainatda xaos hökm sürdüyü bir vaxtda "usta" tanrı Demiurq (Demiourgos) ideyalara əsaslanaraq mövcud olan və heç bir şey və adla təsvir edilməsi mümkün olmayan ilk maddəyə təsir etməklə şeylər dünyasını yaratmışdı. Yəni, Platonun tanrısı dünyanı yoxdan deyil, materiyadan xəlq etmişdiAydın Hüseyin. Yaratılış ve Gayelik. Ankara: Diyanet İşleri Başkanlığı Yayınları, 1996, 271 s. 28.. Belə tanrı təsəvvürü müsəlmanların hər şeyə qadir, varlıq aləmini, o cümlədən materiyanı yoxdan yaratmış mütləq Allah ideyasından fərqlənirdi ki, bu da fəlsəfə ilə din arasında ziddiyyət yaratmışdı. Farabinin "südur" təlimi yaradılma məsələsində islam və yunan fəlsəfəsi arasındakı ziddiyyəti aradan qaldırmağa xidmət etməli idi. Bu təlimə görə, "varlıq aləmi …hər bir şeydə tək olan Allahdan "axma" yolu ilə iyerarxik (bil-məratib) şəkildə meydana çıxır"Yıldırım Mustafa. Plotinus ve Farabide sudur // Felsefe dünyası dergisi, 1994, № 11, s. 48.. Varlıq iyerarxiyasının ən üst mərtəbəsində İlk Səbəb (əs-səbəb əl-əvvəl) və ya Zəruri Varlıq (vacib əl-vücud) – Allah dayanırHüseyin Muhammed Yusuf. Varlıkların prensipleri: Farabinin sudur doktrininde temel prensip / Gürbüz Denizin tərcüməsi ilə // Felsefe dünyası, 2001, № 33, s. 92–93.. Farabiyə görə, bu varlıq heç nəyə oxşamır, cisim deyildir, forması və yaratma məqsədi yoxdur, ondan törəyən digər varlıqlar – mümkün varlıqlar onun substansiyasını əks etdirmir; onun əksi və ziddi yoxdur, o təkdir. Farabinin "tək tanrı"sı zatı etibarilə gözəllikdir, ağıldır, dərk edəndir (aqildir), dərk ediləndir (mə`quldur)أبو نصر الفرابي. آراء أهل المدينة الفاضلة و مضاداتها. تعليق: علي بو ملحم. بيروت: دار و مكتبة الهالل، 1995. "Deməli, Farabi təlimində Allah dedikdə yunan filosoflarının tanrılarından fərqli olaraq, mütləq və ali …varlıq nəzərdə tutulur"Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 179.. Varlıq iyerarxiyasının ikinci pilləsində Farabinin "ağıllar" adlandırdığı mücərrəd varlıqlar qərar tapmışdır. Bu varlıqlar İlk Səbəbdən "çıxsa" da, onun özü deyildir. Sonrakı pillədə "fəal ağıl" yerləşmişdir. İyerarxiyanın sonrakı pillələrində "nəfs" və "materiya" (həyula) vardırАхмедов Э. Арабо-мусульманская философия средневековья. Баку: "Маариф", 1980, 66 s. 28.. Südur təliminə görə, mümkün varlıqlar Zəruri Varlıqdan törəmişdir. İlk və Zəruri Varlıq əbədidir, odur ki digər varlıqlar da ondan törədiyi üçün daimidir. Bu varlıqlar dağılıb parçalansa da, yox olmur, başlanğıca – Zəruri Varlığa qayıdır.
Aristotel kimi Farabi də materiyanın əzəli olduğunu bildirmiş, bunu Allahın əzəli substansiyası ilə əlaqələndirmişdi. Südur təliminə görə, mümkün varlıqlar, o cümlədən materiya əzəli olan Zəruri Varlıqdan "çıxmışdır", deməli, bir substansiyadan emanasiya baş vermişdir. Farabi iddia edirdi ki, mümkün varlıqlar (o bunları "ikincilər" (səvani) adlandırırdı) zat etibarilə Zəruri Varlıq kimidir. "Birincidən (əl-əvvəl) ikincilərin (səvani) varlığı meydana çıxır. Yəni, ikincilər təkrarən meydana çıxır. (Onlar) nə 107 bütövlükdə mücərrəd cövhər, nə də maddədirlər"أبو نصر الفرابي. آراء أهل المدينة الفاضلة و مضاداتها. تعليق: علي بو ملحم. بيروت: دار و مكتبة الهالل، 1995 s. 52.. Düzdür, Farabi tövhid – Allahın vəhdaniyyəti təliminə zidd düşməsin deyə emanasiya prosesini təsvir edərkən Zəruri Varlıqla kainat (varlıq aləmi) arasında "ağılları" yerləşdirir, mümkün varlıqların Zəruri Varlıqla eyni olmadığını izah etməyə çalışır. O bunu edərkən səbəbiyyət anlayışına toxunur. Səbəbiyyət haqqında danışarkən Farabi Zəruri Varlığı "mütləq kamil" olaraq səciyyələndirir, varlıqları üç: əvvəl, orta və axır kateqoriyalarda təsnif edir. "Əvvəl, orta və axırda təzahür edən varlıqlar məlumdur. Axırda gələnin əvvəlində səbəb olsa da, axırında səbəb yoxdur. Ortada gələnin əvvəli və axırında səbəblər vardır. Əvvəl sonrakıların səbəbi olsa da, əvvəlində səbəb yoxdur"Hüseyin Muhammed Yusuf. Varlıkların prensipleri: Farabinin sudur doktrininde temel prensip / Gürbüz Denizin tərcüməsi ilə // Felsefe dünyası, 2001, № 33, s. 98.. Farabi bildirirdi ki, sonrakılara səbəb olduğundan birinci (əl-əvvəl) nöqsanlardan uzaqdır: "Hər şeydə çatışmazlıq olduğu halda O bütün nöqsanlardan xalidir. Birinci nöqsansızdır. Deməli, mükəmməldir, bütün varlıqların fövqündədir. Onun varlığından daha kamil varlıq yoxdur. Heç bir varlıq Onun varlığının fövqündə dayanmır. Kamil varlıq varlıqlar silsiləsinin ən ali, nöqsandan uzaq varlığıdır"أبو نصر الفرابي. آراء أهل المدينة الفاضلة و مضاداتها. تعليق: علي بو ملحم. بيروت: دار و مكتبة الهالل، 1995 s. 25.. Məlum olur ki, Farabiyə görə, ikincilərin varlığı birincinin varlığından asılıdır, onun qədər mükəmməl deyildir. Deməli, birinci və ikincilərin qeyri-cismani – mücərrəd olmağı onların eyniyyətindən xəbər vermir. Bundan əlavə, Farabi birinci varlığı ikinci varlıqlardan fərqləndirmək üçün onları zəruri və mümkün növlərə ayırır. Əgər birinci varlığın mövcud olmağı zəruridirsə, ikincilərinki mümkündür.