Ernest Miller Heminquey (; ) — amerikalı yazıçı və jurnalist və hərbi muxbir. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı. O, sonradan XX əsr yazıçılarına təsir edən qənaətcil və lakonik üslubu ilə tanınır, həmçinin macəra dolu həyatı və açıq, sərt ictimai imici ilə romantikləşdirilmiş bir şəxsiyyət kimi qəbul olunur. Heminqveyin qısa və məzmunlu üslubu XX əsr ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Onun yeddi romanı, altı hekayələr toplusu və iki qeyri-bədii əsəri Amerika ədəbiyyatının klassikləri sırasına daxildir və 1954-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdir. Bioqrafiyası Uşaqlığı və gənclik illəri 21 iyul 1899-cu ildə Çikaqonun Oк-Park kəndində (İllinoys, ABŞ) anadan olmuşdur. Atası Klarens Edmont Heminquey (1871–1928) həkim, anası Qreys Ernestin Holl-Heminquey (1872–1951) isə opera müğənnisi idi. Valideynlərin hər ikisi yaxşı təhsil almış və Oк-Parkın mühafizəkar icmasında əla nüfuza malik idilər. Tanınmış memar Frenk Lloyd Rayt bu icma haqqında demişdi: "Çoxlu yaxşı insanların gedəcəyi o qədər çox kilsə var ki" ("So many churches for so many good people to go to"). Toydan sonra Klarens və Qreys Heminqueylər bir müddət Qreysin atası Ernest Miller Hollun evində yaşadılar; cütlük ilk oğlunun adını onun şərəfinə qoymuşdu. Daha sonra Ernest Heminquey bildirmişdi ki, Oskar Uayldın "Ciddi olmağın vacibliyi" pyesinin "sadəlövh, hətta axmaq qəhrəmanı" ilə assosiasiya olunduğu üçün öz adını sevmirmiş. Nəhayət, ailə Oк-Parkda Qreys üçün musiqi studiyası və Klarens üçün tibbi kabineti olan yeddiotaqlı evə köçdü. thumb|left|Heminguey Klarens və Qreys Hemingueyin ikinci övladı və ilk oğlu idi (şəkil təxminən 1900-cü ilə aiddir). Heminqueyin anası kiçik Ernesti (ailənin ilk oğlan uşağı idi) qız kimi geyindirirdi, lakin o dövrdə bir çox ailələrdə bu, adət idi. O, oğlunun saçını ilk dəfə 6 yaşı olarkən kəsmiş və ona "kukla" (ing. dolly) deyə müraciət etmişdir. Bioqraflar ehtimal edirlər ki, Qreysin oğlu ilə bu qəribə münasibəti onun bütün həyatına təsir etmişdir. Oğlanın saçının gec kəsilməsi süjeti Heminqueyin əsərlərində, məsələn, "Cənnət bağı" (ing. "The Garden of Eden") romanında dəfələrlə qarşıya çıxır. Bundan əlavə, yazıçı bir sıra hekayələrində personajların hansısa səbəbdən gücdən düşməsindən və "Kilimandjaro qarları" (ing. "The Snows of Kilimanjaro") hekayəsindəki ölən yazıçı kimi öz kişiliklərini geri qaytarmağa ümidsizcəsinə çalışmasından bəhs edir. Sonralar Heminquey anasına nifrət etdiyini etiraf etsəydi də, Marselinanın oğlu, sonradan akademik olan qardaşı oğlu Con Senford müsahibəsində müəllifin anası haqqında işlətdiyi xoşagəlməz sözlərin onun anasına olan dərin sevgisinin "pərdəsi" olduğunu demişdi. Bioqraf Maykl S. Reynolds qeyd etmişdir ki, Ernest anasından enerjilik və entuziazm irsi almışdır. Heminqueyin atası müstəmləkəçi əcdadları ilə çox qürur duyur və dini doqmalara uyğun olaraq ailədə rəqs etməyi, spirtli içki içməyi, siqaret çəkməyi və qumar oynamayı qadağan edirdi. Bu iri, enlibiyin kişi arvadından fərqli olaraq uşaqları sərt intizamda saxlayır və lazım bildikdə Heminqueyə dəri kəmərlə şallaq vura bilirdi. Sərt həkim Heminqueyin erkən hekayələrindən biri olan "Həkim və onun arvadı" (ing. "The Doctor and The Doctor's Wife") hekayəsinin personajıdır. Orada həkimlə arvadı arasındakı söhbətlər yazıçının valideynləri arasındakı real söhbətlərə əsaslanır. Gələcək müəllifin anası tez-tez konsertlərdə çıxış edir və uşaqları musiqi alətlərində çalmağa öyrətmək istəyirdi. Ernestin buna istedadı yox idi, lakin o, onun violonçeldə çalmasında təkid edirdi ki, bu da dəfələrlə "münaqişə mənbəyi" olurdu, lakin sonradan o, musiqi dərslərinin yaradıcılığı üçün faydalı olduğunu etiraf etdi, bu da "Zəng kimin üçün çalınır" romanının kontrapunkt strukturunda özünü göstərir. Ailənin Ok-Parkdakı qış evindən başqa, Miçiqan ştatının Petoski şəhəri yaxınlığındakı Vallun gölündə "Vindermir" adlı koteji də var idi; burada atası dörd yaşlı Ernesti ov etməyə, balıq tutmağa, Şimali Miçiqanın meşələrində və göl sahillərində sığınacaqlar tikməyə öyrədirdi. Onun təbiət aləmindəki ilk təcrübələri onda macəraya və uzaq və ya təcrid olunmuş rayonlarda yaşamağa ehtiras aşladı. thumb|right|1905-ci ildə Heminquey ailəsi (soldan): Marsellin, Sanni, Klarens, Qreys, Ursula və Ernest. Oğlan üçün "Vindermir"ə səfərlər tam azadlıq demək idi. Heç kəs onu violonçeldə çalmağa məcbur etmir, o, öz işləri ilə məşğul ola bilirdi — sahilə qarmaqla oturur, meşədə gəzir, hinduların qəsəbəsindən olan uşaqlarla oynayırdı. 1911-ci ildə Ernestin 12 yaşı olanda babası Heminquey ona 20-ci kalibrli birgülləli tüfəng hədiyyə etdi. Bu hədiyyə baba ilə nəvənin dostluğunu daha da möhkəmləndirdi. Oğlan qocanın nağıllarını dinləməyi çox sevirdi və gələcəkdə onları tez-tez öz əsərlərinə köçürürdü. O, babası haqqında xoş xatirələri bütün ömrü boyu qoruyub saxladı. Ovçuluq Ernestin əsas ehtirasına çevrildi. Klarens oğluna silahla (xüsusən də ox və nizə ilə) davranmağı və ovun izini sürməyi öyrətdi. Heminqueyin öz "alter eqo"su olan Nik Adams haqqında ilk hekayələrindən bəziləri məhz ovçuluğa və ata obrazına həsr olunacaqdır. Onun şəxsiyyəti, həyatı və faciəvi sonu — Klarens qoşalüləli tüfənglə özünü vuraraq həyatına son qoymuşdu — yazıçını daim düşündürürdü. 1913–1917-ci illərdə Heminquey "Oak Park and River Forest High School" orta məktəbində oxumuş, burada müxtəlif idman növləri ilə, xüsusən də boks, yüngül atletika, su polosu və futbolla çox məşğul olmuşdur. Ernest sonradan bildirmişdi: Boks mənə heç vaxt yerdə qalmamağı, həmişə yenidən hücuma keçməyə hazır olmağı — bir buğa kimi sürətli və sərt şəkildə — öyrətdi. O, ingilis dili dərslərində fərqlənirdi, həmçinin iki il ərzində bacısı Marselina ilə birlikdə məktəb orkestrində çıxış edirdi. Gənclik illərində Heminquey həmçinin Fenni Biqqsin rəhbərliyi ilə jurnalistika kurslarında iştirak edirdi; bu kurslar "sinif otağı qəzet redaksiyasıdır" prinsipi əsasında təşkil olunmuşdu. Bu kursların ən yaxşı müəllifləri məktəbin “Trapesiya” (ing. "The Trapeze") qəzeti üçün yazmaq imkanı qazanırdılar. Həm Ernest, həm də bacısı Marselina onlardan biri idilər və qəzet üçün yazırdılar. Heminqueyin “Trapesiya”ya ilk töhfəsi Çikaqo Simfonik Orkestrinin yerli çıxışı haqqında 1916-cı ilin yanvarında dərc olunmuş məqalə oldu. O, "Chicago Tribune" qəzetindən “Layn O'Tayp” imzası ilə yazan Rinq Lardnerə nümunə edərək, idman icmalçılarının dilinə bənzətməklə və Rinq Lardner-kiçik təxəllüsündən istifadə etməklə həm “Trapesiya”, həm də “Tabula” (ing. "The Tabula") məktəb illüstrasiyası üçün yazmağa davam etdi. Əvvəlcə Şimalın ekzotikasını, qanlı səhnələri və yerli amerikalıların folklorunu əks etdirən "Manitunun hökmü" ("The Judgment of Manitou") əsəri, ardınca isə növbəti sayda boksun çirkin, pərdəarxası kommersiya tərəflərindən bəhs edən "Hamısı dərinin rəngindədir" ("All in the Color of the Skin") adlı yeni hekayə dərc olundu. Sonrakı dövrlərdə nəşrlər əsasən idman tədbirləri və konsertlər haqqında məlumatlardan ibarət idi. Xüsusilə Ouk-Parkın "ictimai həyatı"na dair istehza dolu köşə yazıları böyük maraq doğururdu. Bu vaxta qədər artıq Heminquey yazıçı olmaq qərarını qəti şəkildə vermişdi. Məktəbi bitirdikdən sonra o, valideynlərinin tələb etdiyi kimi universitetə daxil olmamaq qərarına gəldi və Kanzas-Sitiyə köçərək yerli "The Kansas City Star" qəzetində müxbir işə düzəldi. Burada o, əsas xəstəxana, vağzal və polis şöbəsinin daxil olduğu şəhərin kiçik bir rayonuna cavabdeh idi. Gənc müxbir bütün hadisələrə çıxır, pritonlarla tanış olur, fahişələr, muzdlu qatillər və fırıldaqçılarla qarşılaşır, yanğınlarda və həbsxanalarda olurdu. Ernest Heminquey müşahidə edir, yadda saxlayır, insan hərəkətlərinin motivlərini başa düşməyə çalışır, danışıq tərzini, jestləri və qoxuları tuturdu. Bütün bunlar sonradan gələcək hekayələrinin süjetlərinə, təfərrüatlarına və dialoqlarına çevrilmək üçün onun yaddaşında qalırdı. Burada onun ədəbi üslubu və həmişə hadisələrin mərkəzində olmaq vərdişi formalaşdı. Qəzet redaktorları onu dil baxımından dəqiqliyə və aydınlığa alışdırmış, sözçülükdən və ya üslub səhlənkarlığından qaçmağa çalışmışdılar.
daha sonra Qırmızı Xaça qoşularaq Birinci Dünya müharibəsində İtaliya cəbhəsində təcili yardım sürücüsü olmuşdur. 1918-ci ildə qəlpə yarası alaraq ağır şəkildə yaralanmışdır.
1921-ci ildə Parisə köçmüş, burada “Toronto Star” üçün xarici müxbir kimi işləmış və “İtirilmiş nəsil” adlanan modernist yazıçılar və rəssamlar mühitinin təsiri altına düşmüşdür. Onun ilk romanı “The Sun Also Rises” 1926-cı ildə nəşr olunmuşdur. 1928-ci ildə ABŞ-a qayıdaraq Florida ştatının Key West şəhərində yaşamışdır. Müharibə təcrübələri 1929-cu ildə yazdığı “A Farewell to Arms” romanına əsas material vermişdir.
1937-ci ildə İspaniya vətəndaş müharibəsini işıqlandırmaq üçün İspaniyaya getmiş və bu təcrübə 1940-cı ildə yazdığı “For Whom the Bell Tolls” romanının əsasını təşkil etmişdir. İkinci Dünya müharibəsi zamanı Normandiya çıxarması və Parisin azad olunması kimi hadisələrdə jurnalist kimi iştirak etmişdir.
1952-ci ildə “The Old Man and the Sea” əsəri böyük uğur qazanmış və Pulitzer mükafatını almışdır. 1954-cü ildə Afrika səfəri zamanı iki təyyarə qəzasında ağır yaralanmış, sonrakı illərdə səhhəti pisləşmişdir. O, 1961-ci ildə Aydaho ştatının Ketchum şəhərində evində intihar etmişdir.
Həyatı Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.
Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olmuşdu. Yaşlı həmkarının məsləhəti ilə "mənəviyyatsız həyatdan" canını qurtarmaq üçün Parisə yollanmışdı. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi idi.
Parisdə Ernest Heminquey həmvətəni olan yazıçılarla — Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, "Toronto star" qəzeti üçün yazmağa başlamışdı. Müəllifin "Hekayələr və üç şeir" (1923), "Bizim zəmanəmizdə" (1924) adlı ilk kitabları da Parisdə çıxmışdı. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin xeyirxahlıqla qarşıladığı "Günəş çıxır" romanını çap etdirdi. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunurdu. Bu insanların arasında müəllifin özü də vardı. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıxan "itirilmiş nəslin" nümayəndələri idilər. Onları yalnız qadın, boks, korrida, balıq tutmaq və sərxoşluq etmək maraqlandırırdı.
"Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrət. Eləcə də içkinin, qadınların, pulun və şöhrətin olmaması" Heminqueyin bu sadə və müdrik sözləri onun təkcə gənclik həyatının deyil, bütün ömrünün və yaradıcı bioqrafiyasının əsas devizi sayıla bilərdi.
"Kişilərsiz qadınlar" (1927) kitabının nəşrindən sonra Heminquey Parisdən ABŞ-yə qayıtmışdı. O, Florida ştatında, Karib dənizi sahilindəki Ki-Vest kurort şəhərciyində məskunlaşmış və ikinci romanı "Əlvida, silah!"ı yazıb başa çatdırmışdı. Nisbətən sonrakı dövrün məhsulu olan "Zəng kimin üçün çalınır" (1940) romanı ilə birlikdə "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılır. Bu ədəbi yüksəlişin ardınca qanunauyğun tənəzzül dövrü başlanmışdı.