Ağ dünya tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər.

Məzmun

Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq. Lakin film boyu belə bir deyim yada düşür: Allahu-təala bir insana hər şey verir, bir insana heç şey.

Film haqqında

Film Yusif Vəzir Çəmənzəminlinin "Dəli", "Dürnisə və kərbəlayi Eyvaz", "Cümə axşamı" hekayələrinin motivləri əsasında çəkilmişdir.

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Yusif Vəzir Çəmənzəminli Ssenari müəllifi: Şahmar Qəribli Rejissor: Şahmar Qəribli Operator: Vahid Babayev Rəssam: Oqtay Quliyev Bəstəkar: Cavanşir Quliyev Prodüser: Ramiz Mirzəyev

Rollarda Şahmar Qəribli — Dəli Səməd Muxtar Maniyev — Hacı Həsən Sədaqət Nuriyeva — Züleyxa Məzahir Süleymanov — Kərbəlayi Eyvaz Bahar Abdullayeva — Dürnisə Almaz Amanova — Səmədin anası Kazım Abdullayev — Hacı Qara Sidiqqə Heydərova — qarı Vəsilə Xankişiyeva — gəlin Elşən Şirəliyev — Qulam Allahyar Əliyev — Fərəc Kamal Almuradlı — Kərim

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1995-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər