Atəşgah qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2001-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film tarix boyu atəşpərəstlərin məbədi olan və deyilənə görə Hindistandan gəlmiş tacirlər tərəfindən inşa edilən Suraxanı rayonu ərazisində yerləşən Atəşgah haqqındadır.
Məzmun Film tarix boyu atəşpərəstlərin məbədi olan və deyilənə görə Hindistandan gəlmiş tacirlər tərəfindən inşa edilən Suraxanı rayonu ərazisində yerləşən Atəşgah haqqındadır.
Atəşgahı ziyarət edənlərdən biri də məşhur fransız yazıçısı Aleksandr Düma idi. 1859-cu ildə nəşr etdirdiyi "Qafqaza Səyahət" əsərində gördüklərini o belə təsvir edirdi: "Yüzlərcə əyri-üyrü deşikdən alov havaya püskürürdü. Külək onu şiddətləndirir, atır-tutur, əyir-düzəldir, yerlə-yeksan edir, göylərə qaldırırdı.
Film üzərində işləyənlər Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2001-ci ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı Atəşgah
Kateqoriya:2001-ci ilin filmləri Kateqoriya:2001-ci ilin Azərbaycan filmləri