Ordubad rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi.

Azərbaycanın dilbər guşələrindən biri olan Ordubad Naxçıvan Muxtar Respublikasının tərkibinə daxildir. Cənubdan İran İslam Respublikası, şimaldan və şərqdən Ermənistanla həmsərhəd olmaqla, qərbdən Culfa rayonu ilə qonşu olan Ordubad rayonunun sahəsi 972 kvadrat kilometr,Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Ordubad rayonu əhalisi 50 min nəfərdir.

Rayonun inzibati mərkəzi – Ordubad şəhəri öz əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikasında Naxçıvan və Culfadan sonra üçüncü ən böyük şəhərdir. Ordubad bağlar diyarı, güllər, çiçəklər, bülbüllər, nəğmələr şəhəridir. Ordubadçay sahilində dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən Ordubad şəhəri XII əsrdən məşhurdur.

Tarixi Ordubad torpağının mənşəyi barədə mülahizələr müxtəlifdir. Bəziləri bunu "ordu" və "bal" //"pat"( və ya aba) hissələrindən ibarət sayır. Mənası "ordu yeri" deməkdir. Mənbələrin məlumatına görə, bu toponim müxtəlif vaxtlarda orbad, urdubad, orduvad və s. adlandırılmışdır. Tədqiqatçı Ə.Hüseyni isə bu toponimin əvvəl "Ordubad" adlanıb, "Bəyin qalası" mənasını verdiyini bildirir. "Bəy qalası" böyüyüb şəhərə çevrilmişdir. Bəziləri isə "Ordubad"ın monqollar dövründə yarandığını iddia edirlər. Hələ VII əsrdə tarixçi Sebeosun Naxçıvan ərazisində "Ordobad" adlı şəhərin olduğunu qeyd etməsi onun daha qədimliyini göstərir.

Ordubadın salındığı dəqiq tarix müəyyənləşdirilməmişdir. Lakin bu ərazi dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Ordubad adına ilk dəfə V əsr yazılı mənbələrində təsadüf olunur. Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı da Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII–I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarnıı izləməyə imkan verir. Ordubadm yaşayış məntəqələrindən olan Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II–I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar mövcuddur.

XX əsrin əvvəllərində erməni terrorunun qurbanı olan minlərlə Ordubad sakinlərini Türkiyədən köməyə gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu xilas etmişdir.

Coğrafiyası thumb|300px|Ordubad rayonunda bir çay

Ordubadın möcüzəli təbiəti, sirli aləmi və təbii gözəlliyi XIX–XX əsrlərdə buraya səyahət etmiş bir sıra səyyahları təəcübləndirmişdir. Rus alimi İ.Şopen, polyak tədqiqatçısı A.Petzold, fransız yazıçısı Ä.Düma və başqaları öz yazılarında bu gözəlliyi vəsf etmiş, Ordubada heyran qaldıqlarmı bildirmişlər.

Təbiəti thumb|200px|Dübəndi çay Kiçik Qafqaz sıra dağlarının ən uca zirvəsi sayılan Qapıcıq dağdan, başları qarlı Soyuq, Əjnövür, Bəlkə dağlarından, "Şıxı yurdu", "Qurban yurdu" və "Salabun"dan keçərək "Zəvvar" arxı ilə gəlib kiçicik şəlalə kimi çaylarımıza tökülən qar sularmdan mayalanan buz kimi sərin çeşmələr, kəhrizlər, təmiz dağ havası, bol məhsullu meyvə bağları, göz oxşadıqca uzanan əkin sahələri, qədim Şərq üslubunda tikilmiş memarlıq abidələri, zəhmətkeş insanları, istedadlı ziyalıları, ismətli, gözəl qızları, igid oğlanları qonaqpərvər, saf ürəkli, təmiz məhəbbətli əhalisi olan Ordubad tarixən bura gəlib-gedən səyyahları, qonaqları valeh etmişdir. Şairanə aşırımlı qayalar, qoca çinarlar, qoz (cəviz) ağacları, həzin səsli bulaqlar, həsrət baxışlı "cənub" dağları, müəzzinin sübh tezdən sədalanan azan səsi ordubadlılara behiştin iyini hiss etdirir.

Ordubad əriyinin, şaftalısının dünyada misli-bərabəri yoxdur. Abutalıbı, badamı, şalağı, lumu, ərik, ağ ərik, növrəste, bal yarım ərik, şaftalı, nazlı, güştü, hulu, səlamu, şərəlli, tərəlli, qərəlli, tüklü şaftalı, tüksüz şaftalı və s.

Ordubad təbii sərvətləri, gur kəhrizləri, çeşmələri, gözəl təbiəti ilə yanaşı keyfiyyətli ipəyi ilə də tanınmışdır. Ordubadlı mərhum yazıçı Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır.

İqtisadiyyatı Mühüm ticarət yolu ayrıcında yerləşən Ordubad Yaxın və Orta Şərq ölkələri ilə ticarət əlaqələri saxlamışdır. Ordubad öz bağları, uzunömürlü çinar ağaclarıilə də məşhurdur. Bu ağaclardan ən böyüyünün diametri 18 metrdir. Ordubad həm də ipək qurdu yetişdirməsi üzrə ən qədim mərkəzdir. Vaxtilə rayonda 40 növdə üzüm yetişdirilirdi. Hələ XVI əsrin ikinci yarısından başlayaraq Ordubaddan Venesiyaya, Marsel, Amsterdam və s. Avropa şəhərlərinə ipək ixrac olunurdu. XX əsrin əvvəllərində keçirilmiş beynəlxalq sərgi və baxışlarda Ordubad ipəyi 13 dəfə qızıl medalla təltif edilmişdir.

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani "Bustanüs-səyahə" kitabında yazır: "Ordubad ürəkaçan gözəl bir qəsəbədir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir."

Hazırda Şərq aləminin canlı muzeyi hesab olunan Ordubad öz tarixini və dünya mədəniyyətinə bəxş etdiyi töhfələri ləyaqətlə qoruyaraq nəsillərdən-nəsillərə ötürür.

Mədəniyyəti Ordubad dünyada ən qədim insan məskənlərindən vı bəşəriyyətin yaranma ocaqlarından biri sayılır. Gəmiqaya Ordubad rayonu ərazisində – Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yal-çın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanm hər yerindən aydın görünür. Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq zirvəsinə (Naxçıvan MR ərazisinin ən yüksək nöqtəsi – 3904 m) Gəmiqaya adı vermişlər.

Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir. Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kesişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir: 1."Üçtürləngə"(Üçtürləngə küçəsi) 2."Kürdatal" (Əkbər Ağayev və M.Füzuli küçələri) 3."Ambaras" (İbrahim Əbilov və Babək küçələri) 4."Mingis" (Ümbül-Leyla və indiki Mingis küçələri) 5."Sərşəhər" (Qaffar Babayev və Dədə Qorqud küçələri) frame|Sərşəhər meydanı (Şəşəri))

Bundan başqa bu zonalarda nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Varsan", "Körpübaşı", "Bəylər", "Meyrəmçə", "Peçi", "Düz", "Qoşqar", "Musa təngi".

Ordubad rayonu ərazisində 41 orta məktəb, 4 doqquz illik, 5 natamam orta təhsil məktəbi, 5 əlavə qeyri tədris ocaqları fəaliyyət göstərir. Rayonda bir texniki peşə məktəbi vardır. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə obyektləri yerləşmişdir.

Ordubadın yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın digər zonalarmm heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur.

Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiyyətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayılmışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir.Ordubadda çeşmələrin yer səthindən 3–10 m dərinlikdə yerləşdirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, hamamlar onun mədəni səviyyəsini təsdiq edən faktlardır. 250 px|thumb|right|Ambaras məscidi

Ordubad qədim tarixi və arxeoloji abidələrlə zəngin olan bir diyardır. Burada eramızdan əvvəl II və I minilliyə aid "Xaraba Gilan" tapmtıları, e.ə. III əsrin "Gəmi Qaya" ansamblı, orta əsrlərə aid "Kilit mağara"sı, XIV əsrin yadigarları "Mingis", "Came" məscidləri, XVII əsr abidəsi "Qeysəriyyə"-Zorxana, XVIII əsrə aid "Sərşəhər", "Təkeşiyi", "Üçtürləngə" məscidləri,XIX əsrin "Ordubad hamamı" və s. abidələr ulu keçmişimizin tarixi yadigarlandır.

Ordubad şəhərində XVII əsrin orijinal tikililərindən sayılan səkkizbucaqlı günbəzli "Qeysəriyyə" ("Zorxana"), qədim mədrəsə binaları olmuşdur. Tədqiqatçıların bəzisi onun üzərindəki 1714-cü il tarixini tikilməsinin deyil, təmirinin tarixi hesab edirlər. "Buzxana", Əsarət meydanı, Pir Eyvaz türbəsi (XVIII) də şəhərin mədəni həyatının çox zəngin olmasını göstərir.

Ordubad şəhərinin mərkəzində 7 min nəfərlik Cümə məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərin qonaqlarını heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunmuşdur. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində "III tarixi-hicri Ər-Rəşid" sözləri onun yaşını 500 il artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılmışdır. Həmin fərmanda deyilir: "Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adı çəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir."Tədqiqatçıların yazdığına görə, şəhərin Cümə məscidinin qarşısında bir neçə qəbir var. Tusinin nəvələrindən biri Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbri də buradadır. Onun baş daşında ərəb dilində belə yazılıb: "Hamı ölməyə məhkumdur, ölməlidir".

Ordubadın Vənənd kəndindəki Cümə məscidi də qədim abidə kimi diqqətə layiqdir. Məscid 1324–1325-ci illərdə tikilmiş, 1737-ci ildə vənəndli Məhəmməd Rza tərəfindən bərpa edilmişdir. Ordubad şəhərində 3 muzey fəaliyyət göstərir: 1.M.S.Ordubadinin ev muzeyi – 1972-ci ildə yaranıb, 700-dən çox eksponatı var. 2.Akademik Y.Məmmədəliyevin ev muzeyi-1975-ci ildə yaranıb, 1800 eksponatı var. 3.Ordubad rayon Tarix-diyarşünaslıq muzeyi-1980-ci ilin dekabrmda yaranıb, 3500-ə qədər eksponat və fraqmentləri vardır.

Ordubadda Məlik İbrahim türbəsi, Əfqan qalası, Babək qalası, Şah dağı, Cahartac abidələri, Gürdətal məhəllə qəbirstanlığında qoç heykəlli çoxlu qəbirlərin mövcudluğu, eləcə də yaşı 2000 ildən artıq hesab edilən çinarların olması onun qədim tarixindən xəbər verən faktlar silsiləsini zənginləşdirir.

Sənətkarlıq, qaba yundan xalça, palaz, cecim, xurcun toxumaq, ipəkçilik Ordubad sakinlərinin zəhmətsevərliyinə ən yaxşı sübutdur. Ordubadda oyma, şəbəkə, xatəmkarlıq da inkişaf etmişdir. Bu şəhərdə olmuş bir ərəb səyyahının yazdığına görə, "Ordubadda düzəldilmiş və rənglənmiş ağac qablar və şəbəkə nümunələri xarici bazarda sayılan ən yaxşı mallar idi."

Hal-hazırda Ordubad şəhərində 3 böyük qəbiristanlıqdan ikisi "Qoç" və "Pireyvəz" qəbiristanlıqları sökülərək yerində başqa obyektlər tikilsə də "Maliki İbrahim" qəbiristanlığı 2 ha sahəni əhatə etməklə şəhərin yuxarı hissəsinə yaxın Qara dağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbiristanlıq vardır.

Tarixi-arxeloji abidələr və memarlıq