Bahardan sonra gələn qış qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır.
Məzmun Azərbaycan subtropikləri son onilliklərdə "ümumittifaq bağçası"na çevrilmiş varlı diyardır. Məsuliyyətsiz təsərrüfatçılar bu nadir bölgənin torpağına, ab-havasına böyük ziyan vurmuşlar. Xiyar, kələm, pomidor subtropiklərin əsas məhsullarının-valyutaya alınan çay və sitrus meyvələrini sıxışdırmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 275
Film dədə-babadan yetişdirilən məhsulları yenidən torpağa qaytarmağa, dağıdılmış su anbarını bərpa etməyə çağırır. Eyni zamanda qocaman alim Qəmbər Talıblıdan və onun respublikada çay istehsalını artırmaq sahəsindəki xidmətlərindən söhbət açılır.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Sirus Zindadel Rejissor: Vyaçeslav Mixaylov Operator: Nemət Rzayev Bəstəkar: A. Babayev
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1989-cu ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri