Qaraçanta (1939-cu ildən Əzizbəyov, 1991-ci ildən Areqnadem) — Qars vilayətinin Qars qəzasında, Amasiya rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Qaraçanta (Qaraçəntey) kəndi rayon mərkəzindən 5.03 km cənub-qərbdə, Gümrü-Amasiya yolunun sol tərəfində, dəniz səviyyəsindən 1856 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.121

Xalqın "Hulley" adlandırdığı dağın ətəyində yerləşən kəndin 1.5 km cənubundan Arpaçay keçir. Kənddən Ələyəz dağını görmək mümkündür.

Toponim qaraçanta nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti RH-nin 4 may 1939-cu il fərmanı ilə adı dəyişdirilib Əzizbəyov, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Areqnadem qoyulmuşdur.

Coğrafiyası Qarsla sərhəddə yerləşən Qaraçantanın qışı olduqca soyuq, yayı mülayimdir. "Duzdağ", "Qapılızağa", "Ömərdərəsi", "Arpaçayı", "Hülleydağ", "Ortatəpə", "Üçgözələr", "Məmmədağa", "Daşdərə", "Göybulaq", dağ, dərə, bulaq adlarıdır.

Təhsil 1988-ci ildə Qaraçantada 600 ev, 314 ailə, 1750 nəfərdən ibarət olan kəndin məktəbinin tipi orta, şagirdlərin sayı 500 olub. Dini-ruhani dərslərin keçirildiyi kənddə dünyəvi dərslərin əsası 1927-ci ildə qoyulub. 1938-ci ildə 7 illik məktəb açılıb, 1962-ci ildən isə orta məktəbə çevrilib.

Əhalisi 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 440 nəfər, 1908-ci ildə 665 nəfər, 1914-cü ildə 729 nəfər azərbaycanlı yaşamışdır.erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105

1922-ci ildə kənddə 547 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 688 nəfər, 1939-cu ildə 774 nəfər, 1959-cu ildə 803 nəfər, 1970-ci ildə 1442 nəfər, 1980-ci ildə 1490 nəfərHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.45, 1987-ci ildə 1600 nəfərГəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep-jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгajыт: "Göytürk" мəтбəəcи, 1996. s.164 yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə köçürülməsinə başlanan vaxt kənd əhalisi kəndi tərk etmişdir. 1988-ci ilin sonuna olan bəzi məlumatlara görə kəndin əhalisi 1750 nəfər olmuşdur.

Tanınmışları Qaraçantalı Əhməd bəy Hacıoğlu — Cənub-Qərbi Qafqaz Türk Cümhuriyyəti qurucularından və hökumət üzvü Ramiz Əskər — filologiya elmləri doktoru, professor Sübhan Namazov — texnika elmləri doktoru, professor Pərviz Abdullayev — texnika elmlər doktoru, professor Tənzilə Rüstəmxanlı — Azəri Türk Qadınlar Birliyinin sədri Murtaza Karaçanta — 2014–2019-cu illərdə Qars Bələdiyyə Başqanı Kərim Əskərov — SSRİ Jurnalistlər İttifaqının həqiqi üzvü (1973) Pərvanə İbrahimova — dosent Nailə Əskər — dosent Hamler Əskərov — dosent Əsgər Əsgərov — SSRİ (1967) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1986) Atilla Əskər — National Aeronautics and Space Administration (NASA), mühəndis Cavid Süyfullah oğlu Abdullayev —Boeing 747 hava gəmisi pilotu, kapitan Sərxan Məhərrəmov — Boeing 787 hava gəmisi pilotu, kapitan Cahandar Bayoğlu — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri.

Şəhidlər Səxavət Məhərrəmov — Şəhid, Azərbaycan Milli Qəhrəmanı Məhərrəm Seyidov — Şəhid, "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub (ölümündən sonra) Əli Rəfiyev — Şəhid Arslan Bayramov — Şəhid Şair Rzayev — Şəhid Rövşən Əliyev — Şəhid Mehman Məhərrəmov — Şəhid Daşqın Səmədov — Şəhid Elvin Həsənov — Şəhid

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri Kateqoriya:XVII əsrdə yaranan yaşayış məntəqələri