() — aləminin tipinin sinfinə aid heyvan dəstəsi.
Ümumi məlumat Dəriqanadlılar və ya qulağagirənlər xalq arasında çox pis ad çıxarmış, özünəməxsus görkəmi ilə fərqlənən nisbətən kiçik (0,5-5 sm) cücülərdir. Bədəni uzunsov, yüngülcə yastılanmış, qarıncığın zirvəsində dəstə üçün səciyyəvi olan iki uzun qısqac formalı sıx törəməsi vardır. Erkəklərdə qısqaclar dişilərdəkindən xeyli güclü inkişaf etmişdir. Qulağagirənlər bitki və heyvan qalıqları ilə qidalanırlar. Bəzi növləri canlı mədəni bitkiləri yeyərək onlara nəzərəçarpacaq dərəcədə ziyan vururlar. Onların yaşayış evlərinə girib yorğan-döşəyi və paltarları zədələməsi, çörəyi gəmirməsi halları da məlumdur. Hazırda Yer kürəsində 1800 növə yaxın qulağagirən məlumdur.
Sinonimləri
Yarımdəstələri †Archidermaptera Arixeniina Forficulina Hemimerina Catadermaptera Protelytroptera
İstinadlar
Həmçinin bax
Kateqoriya:20–24 ID olan Taksonbar