Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu.

Hakimiyyəti Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi.

Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi.

Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi. Cəlairi dövlətini taxt-taca sahib olmaq uğrunda mübarizədə qardaşı şeyx Həsəni öldürmüş Hüseyn idarə edirdi. H.784 (1382/3)-cü ildə Üveysin digər oğlu Əhməd qardaşı sultan Hüseynə qarşı yürüş edərək, Təbrizdə onu öldürüb hakimiyyəti ələ keçirdi. Əslində, ölkədə öz süzerenlərinə, sultan Üveysin oğlanlarına itaət etməkdən boyun qaçıran iri köçəri feodallar – əmirlər ağalıq edirdilər. Cəlairilər dövlətinin tənəzzülü dövründə Şirvanşah Huşəng öz hakimiyyətini və dövlətini möhkəmləndirdi.

Bu vaxt Muğan vilayəti Şirvanın tərkibinə daxil idi. Qardaşı Bəyazidi Cəlairi dövlətinin qanuni varisi və sultan elan edən Sultaniyyə hakimi Sarı Adilə etibarını itirən sultan Əhməd Naxçıvandan keçib, Təbrizdən Arrana və Muğana qaçdı. Huşəng Şirvanşaha müraciət edən sultanın yanına gəldi və ona sığınacaq verdi. Bu vaxt Əhmədi təqib edən əmir Adil öz qoşunları ilə Arrana və Muğana girdi. Adil Bərzəndə çatanda Şirvanşah Huşəng də buraya gələrək əmir Adil, Əhməd və Bəyazid arasındakı danışıqlarda vasitəçilik etdi. Şirvanşah qardaşları barışdıra bildi və sülh sazişi bağlanmasına nail oldu. Həmin sazişə görə Əhməd Azərbaycana, Bəyazid İraqi-Əcəmə, Adil və Əhməd isə birlikdə İraqi-Ərəbə sahib oldular.Шapaф-xaн Бидлиcи. c.86–87, 90Caмapkaнди, л.138,157Дopн, c. 561–562Mинopcкий, c. 170Aлизaдe, c.379–381. Cəlairilərlə dostluq əlaqələri saxlayan Şirvanşah Huşəng ibn Kavusun zamanında Şirvanın Bakuyə, Güştəsbi, Şəbəran və Şamaxı şəhərlərində üzərində şeyx Üveysin oğlu, h.776 (1374/5)-cı ildən h.784 (1382)-cü ilədək hökmranlıq etmiş Cəlal əd-Din Hüseynin, habelə onun qardaşı Qiyas əd-Din Əhmədin (h.784 (1382)-h.813 (1410)-cü illər) adları çəkilən kitabə olan gümüş pullar zərb edilirdi.M a p к o в. Kaтoлoг Джeлaиpидcкиx мoнeт. c. 19, 32, 56Пaxoмoв. Kлaды Aзepбaйджaнa, вып. II, c.44–45Пaxoмoв, Moнeтныe клaды, вып. VI. c.55–58.

Numizmatika Numizmatik materiallar Şirvanşahın Cəlairilərdən asılılığını təsdiq edir. Mənbələrdə Huşəngdən öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair kimi danışılır.Arif Ərdəbili, v.85 Lakin onun hakimiyyəti az – on il sürmüşdür. XIV əsrin sonlarında Şirvanda xırda feodalların və kəndlilərin zadəganlar əleyhinə üsyanı baş verdi. Huşəng h.748 (1382)-ci ildə onun qəddarlığından qəzəblənmiş rəiyyəti tərəfindən öldürüldü.Mинopcкий, c.l70Cтeнли Лeн-Пyль. Mycyльмaнcкиe динacтии, c.295–296Дopн, c.562 Bundan sonra Şirvan feodalları ehtimal ki, Huşəngin birbaşa vəliəhdi olmadığından Dərbəndilər sülaləsindn Şeyx I İbrahimi hökmdar seçdilər.

Ailəsi Atası Kavus ibn Keyqubad. Şirvanşah. Qardaşı Nodər ibn Kavus. Sərkərdə. Əmisi Sultan Məhəmməd. Dərbənd valisi. Əmioğlusu Əmir Bəhlul Əmioğlusu I İbrahim. Xələfi və Dərbəndilər sülaləsinin qurucusu.

İstinadlar

Həmçinin bax Kəsranilər Azərbaycan tarixi

Kateqoriya:Şirvanşahlar Kateqoriya:Bakıda vəfat edənlər