Tovuz rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Tovuz şəhəridir.
2020-ci ilin iyul ayında Tovuz Ermənistanla baş verən döyüşlərin əsas ərazisinə çevrilmişdir.
Tarixi Qədim insan məskənlərindən olan Tovuz rayonunun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən qədim tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən biri olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8–10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı–ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variant məlumdur, onlardan biri "Tau Ok uz" qədim Hun türkcəsindən tərcümədə "Dağ tayfalarıyıq" mənasını verir; ikincisi, "Tau ust" qala Hun türkcəsindən tərcümədə "Dağ üstündə yerləşən qala" mənasını verir. Bu iki variantdan daha inandırıcısı ikinci variantdır ki, həqiqətən, əraziyə bu adın verilməsi dağlarda yerləşən "Tavus qala"–nın adı ilə bağlıdır. Qalanın xarabalığı hələ də qalmaqdadır. Akademik Sumbatzadəyə görə, bu qala eramızın III əsrində bölgəyə gəlmiş türksoylu Hun və Sabir kimi tayfalar tərəfindən tikilmişdir. Bu faktı bədnam erməni mənbələri də təsdiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar (Karavul) saldılar, qalanı "Tauust" adlandırdılar, kiçik qalacıqları isə "Karavul qala" adlandırdılar.
left|400px|thumb|1899-cu ildə Göyçə mahalının xəritəsi. Xəritə qədim Türk toponimləri göstərilməklə, Çar Rusiyası məmurları tərəfindən tərtib edilmişdir. Xəritənin şimal–şərq hissəsində Tavus-qala (Тауз-кала) haqqında qiymətli məlumatlar saxlanılmışdır.
1802–1803-cü illərdə Çar Rusiyasının Azərbaycanın işğalına başlamasınadək, Tovuz rayonu Şəmşəddil sultanlığının tərkibində olmuşdur.
Tovuz Azərbaycanın futbol mərkəzlərindən biri sayılır. Tovuzun Turan Tovuz komandası Azərbaycan futbolu üçün çoxlu sayda futbolçu hazırlayıb. Təsadufi deyil ki Azərbaycan yığmasının heyətində ən azı 5–6 nəfər "Turan" klubunun yetirmələri hər oyunda çıxış edir. "Turan" Azərbaycan premyer liqasında daimi çıxış edən üç komandadan biridir ("Neftçi","Qarabağ","Turan"). Lakin çox təəsüf ki Azərbaycan iş adamları tərəfindən bu komandaya diqqət yetirilmir.
AFFAnın göstərişi və birbaşa maddi yardımı ilə "Turan Tovuz" klubunun nəzdində yaradılmış futbol akademiyasının fəaliyyətə başlamasından sonra ölkə üçün peşəkar futbolçuların yetişəcəyi gözləntiləri var.
2020-ci ilin iyul ayında Tovuz Ermənistanla baş verən döyüşlərin əsas ərazisinə çevrilmişdir.
Coğrafi mövqeyi thumb|275px|Tovuz rayonundan bir görünüş Tovuz rayonunu Ermənistanla 69 km, Gürcüstanla 23 km. sərhəddi var. Rayon qərbdə Ağstafa rayonu, şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu, şimalda az bir hissəsi Samux rayonu ilə (Ceyrançöldə) həmsərhəddir.
Tovuz Azərbaycan Respublikasının şimal–qərbində, Gəncə–Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı–Qazax magistralının 430 km də yerləşir.
Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışlağı yerləşir.
Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən "Bakı–Tbilisi–Ceyhan" neft kəməri və "Bakı–Tbilisi–Ərzurum" qaz kəməri və Böyük İpək Yolu keçir.
Hazırda İpək Yolunun yenidən qurulması və dünya standartlarına tam cavab verməsi yönündə intensiv işlər davam etdirilir.
Relyefi Tovuz rayonunun ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəz hissəsi alçaq dağlıq və dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 630 m dəniz səviyyəsindən yüksəkdə yerləşir.
İqlimi Tovuzda havanın orta illik temperaturu 8–13 °C, yanvarda 1–4 C, iyulda isə 18–25 °C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir. Küləyin orta illik surəti 3,4 m/san-dır.
Tovuz rayonundan keçən çaylar Tovuz rayonunun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal–şərq yamacından mənbəyini götürür və sağdan Kür çayına qovuşur. Rayonun ərazisindən axan çaylar Tovuz, Axınca, Zəyəm və Əsrikdir. Rayonun şimal hissəsində Kür çayı keçir. Bu çay Ceyrançöl alçaq dağlığını Gəncə–Qazax düzündən ayırır. Rayonun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal–şərq yamacında yüksək və orta dağlıq silsilələrindən başlanğıcını götürməklə rayonun böyük çayları hesab olunur və təsərrüfatda geniş istifadə olunur.
Zəyəmçay Zəyəmçay Şəkərbəy və Çətindərə çaylarının birləşməsindən əmələ gəlir. Zəyəm çayının yuxarı axını Şahdağ silsiləsinin şimal yamacında yerləşir. Mənbəyi 2020 m yüksəklikdə yerləşir. Uzunluğu 90 km, hövzəsinin sahəsi 942 km2 , su sərfi isə 6,3 m³/ san-dir. Yuxarı axımında çaya soldan Bacanka (uzunluğu 25 km), Çətindərə (uzunluğu 24 km), Kiçik Qaramurad (uzunluğu 11 km), sağdan isə Kilisəlisu (uzunluğu 14 km), Babaçay (uzunluğu 26 km) kimi qollar qarışır. Axımı yeraltı, yağış və qar sulardan əmələ gəlir. Qarın əriməsi dövrdə böyük daşqınlar əmələ gəlir. Ən çox axım yaz və yay aylarında olur. Zəyəmçay Kürə ildə orta hesabla 22 min tona qədər asılı gətirmələr aparır. Çayın mənbəyində yağıntıların illik miqdarı çoxdur, bulaqlar boldur. Çay yuxarı hissədə dərin və dar dərələrlə axır. Çay yatağının düşməsi isə 100–120 m/km arasında dəyişir, orta axında dağın relyefinin formasından asılı olaraq bu çaylar nisbətən geniş dərələrlə axır və yatağın meyilliyi 10–30 m/km-ə qədər azalır, çay dərəsi genişlənir və terraslarla müşayiət olunur. Aşağı axında Gəncə–Qazax düzənliyini kəsib keçərək Kürə qovuşur. Bu hissədə çay qutuvari terraslı dərələrlə axır. Zəyəmçay hətta Şəmkir və Tovuz rayonları arasında sərhəd rolunu oynayır.
Axınca çayı Axınca çayı tranzitdir. Mənbəyini 1950 m yüksəklikdə Gədəbəy rayonunun ərazisindəki Başkənd aşırımından götürür. Mənsəbi Gəncə–Qazax düzündə yerləşir. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km2 –dir. Qidalanması yağış, yeraltı və qar sularıdır. Yuxarı hissəsində dərin dərəli relyef forması üstündür, aşağı axına doğru getdikcə dərələr genişlənir. Suvarma əhəmiyyəti böyükdür. Üzərində Axıncaçay su anbarı yaradılmışdır. Bu su anbarı 1969-cu ildə istifadəyə verilmişdir. Sahəsi təqribən 92 hektardır. Axınca çayının suyunu tənzimləyir və təqribən 9 min hektar ərazini suvarır.
Tovuzçay Axınca çayının sol qolu Tovuzçay tranzit çayıdır. Bəzən bu çayın mənsəbini Kür çayı hesab edirlər. Uzunluğu 42 km, hövzəsinin sahəsi 278 km2 –dir.
Murğuz silsiləsinin şimal yamacından təqribən 1973 m hündürlükdən başlayır.
Mənsəbi Gəncə–Qazax düzündə yerləşir. Yuxarı hissəsində dərin dərəli relyef forması üstündür, aşağı axına doğru getdikcə dərələr genişlənir.
Qidalanmasında yağış və yeraltı sular üstünlük təşkiil edir. Suvarmada geniş istifadə olunur. Axımı tənzimlənmişdir.
Mənbəyini Kiçik Qafqazın şimal–şərq yamacından götürən Əsrik çay Axınca çayının sağ qolunu təşkil edir. Uzunluğu təqribən 48 km, hövzəsinin sahəsi 170 km2 –dir. Şahdağ silsiləsinin şimal yamacından başlanınır. Mənbəyinin mütləq hündürlüyü 1750m olan Əsrikçayının mənsəbi Gəncə–Qazax düzündə yerləşir. Yuxarı axınında dar dərələrlə axır, mənsəbə doğru dərələr genişlənir.
Qidalanmasında yeraltı və yağış suları üstünlük təşkil edir. Suvarmada geniş istifadə olunur.
İri yaşayış məntəqələri Qovlar şəhəri. Əyyublu kəndi, Xatınlı (Qəsəbə tipli) (Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Sarıdamlı kəndləri daxildir.), Aşağı Quşçu kəndi və s.
Əhalisi
+Tovuz rayonu əhalisinin milli tərkibi, 2009 sa.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Tovuz rayonu Etnik qrup Toplam Nisbəti Kişilər Nisbəti Qadınlar Nisbəti cəmi200.000100 %79 078100 %78 797100 % azərbaycanlı199.70099.83 %78 99499.89 %78 60599.76 % türk1570.10 %760.10 %810.10 % rus760.05 %40.01 %720.09 % ukraynalı80.01 %00.00 %80.01 % talış60.00 %30.00 %30.00 % tatar40.00 %00.00 %40.01 % erməni40.00 %00.00 %40.01 % digər210.01 %10.00 %200.03 %
Görkəmli şəxsləri Bax: :Kateqoriya:Tovuzda doğulanlar
Mirzə Hacı bəy Novruzov (1832–1902) — General–leytenant. Teymur bəy Novruzov (1880–1961) — Çar ordusunun general–mayoru. Qara bəy Qarabəyov (1874–1953) — Hәkim, ictimai xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü. Məmməd İsmayıl (1939–2025) — Azərbaycan şairi. Aşıq Hüseyn Bozalqanlı (1863, 1868 və ya 1875–1941) — Azərbaycan xalq yaradıcılığının inkişafında misilsiz xidməti olan böyük sənətkar. Mikayıl Azaflı (1924–1990) — Azərbaycan aşığı, Azərbaycanın əməkdar mədəniyyət işçisi. Qara Tofiq (1952–2026) — Sabiq Kənd Təsərüfatı naziri. İlham Rəhimov (1951–)— Azərbaycanlı iş adamı, hüquq elmləri doktoru, professor. Qənirə Paşayeva (1975–2023) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Tünzalə Ağayeva (1976–) — Azərbaycan Respublikasının Əməkdar Artisti. Məmməd Məmmədov (1961–) — Tovuz rayonu icra hakimiyyətinin başçısı, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent. Ramiz Zeynalov (1951–) — Respublika Dövlət Yol Polisinin rəisi, polis general–mayoru. Məzahir Pənahov (1951–) — Mərkəzi Seçki Komissiyasının sədri. Arif Əsgərov (1961–) — Dövlət Dəmir Yolları QSC -nin keçmiş direktoru. Zakir Zeynalov (1939–2000) — Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Hüquq üzrə Ali Attestasiya bölməsinin rəhbəri, Milli Məclisin vitse–spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini, tanınmış ictimai–siyasi xadim. Fətulla Hüseynov (1937–2004) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbəri. Tahir Əmiraslanov (1958–) — Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru. Aşıq Xanlar Məhərrəmov (1950–1998) — Azərbaycan aşığı. Rauf Arifoğlu (1966–) — Azərbaycanlı jurnalist. Xəlil Mirzəyev — Biologiya elmləri namizədi, Tibb Universitetinin Dosenti... İlyas İsmayılov (1938–2025) — Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai–siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks–illət vəkili. Ədalət Partiyasının sədri İsa Cavadoğlu (1931–2025) — Azərbaycan şairi. İbrahim Zeynalov (1954–) — Tarix elmləri doktoru Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesoru. Cahan Məmmədov (1949–) — İqtisad elmləri namizədi,1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, Meliorasiya və Su Təsərrüfatı" ASC-nin apparat rəhbəri Asif Nəsirov (1958–2016) — Texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti. Aşıq Azər Məhərrəmov (1983–2018) — Azərbaycan aşığı. Aydın Nəsir oğlu Hüseynov (1962–) — Milli Məclisin deputatı.
Sovet İttifaqı Qəhrəmanları Yusif Mehdi oğlu Sadıqov (1918–1971) — Rayonun Ağdam kəndindəndir. Mərdan Məhəmməd oğlu Musayev (1907–1982) — Rayonun Əlimərdanlı kəndindəndir. Məstan Aslan oğlu Əliyev (1918–1945) — Rayonun Əsrik Cırdaxan kəndindəndir.
Azərbaycanın Milli Qəhrəmanları Naiq Yusifov (1970–1992) — Rayonun Ağdam kəndindəndir. Qasım Rzayev (1970–1992) — Rayonun Əlibəyli kəndindəndir.
İqtisadi xarakteristikası