Aqil Cəfər Xəndan oğlu Hacıyev () — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984).

Həyatı Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.

Elmi dərəcə və elmi adları Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 1984-cü ildə professor elmi adını alıb.

Əmək fəaliyyəti Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb. Burada 1973–1976-cı illərdə müəllim, 1976–1981-ci illərdə baş müəllim, 1981–1984-cü illərdə klassik rus ədəbiyyatı kafedrasının dosenti vəzifələrində çalışıb. O, 1982–1984-cü illərdə Bakı Dövlət Universitetinin Təbiət fakültələri üçün rus dili kafedrasının müdiri, 1984-cü ildən klassik rus ədəbiyyatı kafedrsının müdiri, 1990–1992-ci illərdə isə həmin universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb.

İştirak etdiyi konfranslar, kurslar, treninqlər

Çap olunmuş əsərləri

Kitabları

Metodik göstəriş və proqramlar

Məqalələri Aqil Hacıyev 1973–2018-ci illər ərzində çap olunmuş 350-dən artıq elmi məqalənin müəllifidir.

Mükafatları 30 oktyabr 2009-cu ildə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni. 2006-cı ildə Azərbaycanın pilot məktəblərinin 5 və 6-cı sinifləri üçün rus dili və ədəbiyyatı proqramları və dərslikləri (Dünya bankının qrantı).

İstinadlar

Kateqoriya:Bakı şəhəri 6 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Şuşa alimləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan yazıçıları