Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir.

Tarixi Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.

Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.297.

XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır.

Kəndin adı erməni mənbələrində Şor Əli, ŞorjalıQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.32, rus mənbələrində Şorcalı (Şordjalu) formalarındaCборник cведений o Kaвказе, т. V, Тифлис, 1879, № 1368 qeyd edilmişdir.

Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi 5 fеvrаl 1919-cu ildə erməni dаşnаk tеrrоr qrupu Şоrcа kəndinə bаsqın еtmişlər. Kənddəki bütün kişilər qılıncdın kеçirilmiş, uşаqlаrı isə təndirlərə аtmışlаr.

10 iyul 1988-ci ildə Şorca kəndindən olan, İrəvanda yaşayan mordvin oğlan Mişa öldürülür. Türklərin casusu adı altında.Eldar İsmayıl. "Ermənistan türklərinin 1988-ci il soyqırımı" (yenidən işlənmiş ikinci nəşri); Redaktor: Arif Məmmədli. Bakı, "Səda" nəşriyyatı, 2014. ISBN 5-86874-125-0. səh.227

Görkəmli şəxsiyyətləri Tərlan Göyçəli - şairə, Ramiz Məmmədrza oğlu Zeynalov - elmlər doktoru, alim, Məhərrəm Abbasəli oğlu Hüseynov -elmlər doktoru, alim, Məhəmməd Əliəkbər oğlu Qasımov - nevropotoloq-psixiatr həkim, Qasım Hümbət oğlu Qasımov - dövlət qulluqçusu, Rəhim Əliəkbər oğlu Qasımov - atmosfer proseslərinin peyk və radar müşahidələri, onlara fəal təsir sistemləri və innovativ texnologiyaları üzrə mütəxəssis ekspert, Zirəddin Əmirəhməd oğlu Qasımov - fəlsəfə doktoru, alim

İstinadlar

Kateqoriya:Göyçə kəndləri