Dəspinə xatun ( — Teodora Meqale Kominin; ) — Ağqoyunlu sultanı Uzun Həsənin xanımlarından, Ağqoyunlu xatunu.

Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır.

Adı Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon imperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu "Fiordispina", Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır. Bir qrup tarixçilər isə Teodoraya "Dəspinə xatun" da deyirdilər. Lakin bu ad onun, şəxsi adı deyil. Dəspinə müsəlman hökmdarları (Olivera Despina, Mariya Despina, Mara Brankoviç) ilə evlənən daha bir neçə xristian şahzadəyə verilən ad idi. "Dəspinə" qədim yunanca, "xatun" isə türkcə xanım, titul deməkdir.

Məşhur Bizans tarixçisi Şarl Dilə görə onun adı Teodora idi. Tarixçi əsas olaraq Venesiya senatının Uzun Həsənə göndərdiyi məktubu göstərir və bildirir ki, məktubda Dəspinə xatundan "Trabzon imperatorunun qızı və Uzun Həsənin ilk xanımı Teodora" kimi bəhs olunur. Dil həmçinin Katerina adına da toxunaraq, Dukanqın monqol titulu olan "xatun" sözünü yanlışlıqla Katerina oxuduğunu bildirir. Buna baxmayaraq rus tarixçi V. Minorski İslam Ensiklopediyasında ondan Katerina kimi bəhs etmişdir. Sonradan ensiklopediyanın növbəti nəşrində tarixçi Fəruq Sümər bu adı Teodora ilə əvəz etmişdir.

Həyatı Teodoranın həyatının ilk illəri haqqında məlumatlar müəmmalıdır. Xüsusilə onun anasının kimliyi barəsində tədqiqatçılar ortaq fikirdə deyil. Bəziləri onun anasını Baqrationi sülaləsindən gürcü şahzadəsi,William Miller, Trebizond: The last Greek Empire of the Byzantine Era: 1204–1461, 1926 (Chicago: Argonaut, 1969), pp. 81f bəziləri isə Krımlı tatar şahzadəsi olduğu fikrini irəli sürüblər.A. Vasiliev, "Tero Tafur, a Spanish Traveler of the Fifteenth Century and His Visit to Constantinople, Trebizond, and Italy," Byzantion, 7 (1932), p. 98

1438-ci ildə IV İohannın sarayında olmuş səyyah Pero Tafur qeydlərində onun türk bir xanımla evli olduğunu yazır. Fransız tarixçi Kursanskisə görə onun anası Krım xanlarından Hacı Gəray ya da Dövlətverdi xanın qızı və ya bacısı olub. "Ecthesis Cronica"-da qeyd olunan başqa bir fərziyəyyə görə isə Teadora əslində IV İohannın qardaşı David Komneninin qızı idi.Həmçinin "Ecthesis Cronica"-nın yazarı onun Uzun Həsən ilə evliliyindən 3 oğlu olduğunu və Rüstəm bəyin də onlardan biri olduğunu yazmışdır.

Onun haqqında ilk məlumat 1451-ci ilin fevralında, XI Konstantin Paleoloq üçün gəlin axtarışı məqsədilə Trabzona gəlmiş Bizans səfirlərinin gündəliklərində keçir. Güman ki, bu vaxt onun 13 yaşı vardı, çünki Bizansda ən aşağı evlilik yaşı 13 idi. Çox güman 1439-cu ildə Trabzonda doğulmuşdur.

Evliliyi thumb|467x467px|"Trabzonun fəthi" tablosu 1456-cı ildə, Teodora Komnin və Uzun Həsənin toyundan iki il əvvəl, vəba xəstəliyi Trabzonu zəif və hücuma qarşı həssas vəziyyətə salmışdı. Əsas təhdidlər türkmənlərdən, Səfəvi Şeyxi Cüneyddən və qonşuluqda, Amasyadakı Osmanlı valisindən gəlirdi. Gözlənilməyən bir hadisə Trabzonun vəziyyətini tamamilə çətinləşdirdi. Rafizi türkmənlərini ətrafına toplayan Şeyx Cüneyd 1456-cı ilin yazında Trabzon imperiyasının ərazisinə daxil oldu, Ağca-qalanı ələ keçirdi. Ona qarşı gələn qüvvələri məğlub etdikdən sonra Trabzon divarlarına tərəf irəlilədi. Lakin onun hücumları bir nəticə vermədi və tezliklə geri çəkilməli oldu. Bu ərəfədə Rum valisi Xızır Bəyin Osmanlı qüvvələri ilə Trabzona basqın etməsi təsadüf deyildi.

Çünki Osmanlı qaynaqları bu axının Cüneydi Trabzondan çıxarmaq üçün olduğunu yazır. Bu basqın nəticəsində Kalo İoann ildə 2000 qızıl sikkə xərac ödəməyə razılaşaraq Osmanlı hökmranlığını tanıdı. Həmin il Serbiyada olan Fateh Sultan Mehmed paytaxta qayıtdıqdan sonra imperatorun qardaşı Davud İstanbula getdi. Bu dəfə xəracın miqdarı 3000 qızıla yüksəlmişdi. İohann ümid edirdi ki, bu aslılıq onun ərazisinə ediləcək növbəti hücumların qarşısını alacaq. Lakin o, çox keçmədən Trabzon muxtariyyətinin sarsılmağa başladığını görəndə həm hərbi əməkdaşlıq həm də ittifaqı gücləndirmək üçün Uzun Həsənlə danışıqlara başladı. Belə ki, Türkmən liderinin qızı Teodora ilə evliliyi bu ittifaqı möhkəmləndirmək məqsədi daşıyırdı. Təqribən 1457-ci ildə (bəzi mənbərdə isə 1458-ci ildə) evlilik baş tutdu. Diyarbəkirə aparılan gəlini keşişlərlə yanaşı, zadəgan xanımlar da müşaiət edirdi. Uzun Həsən Dəspinə xatuna dini inancını qoruyub saxlamağa icazə vermişdi. XV əsr səyyahı Flandriyalı Zorzi yazırdı ki, Teodora döyüşdə qorunmaq üçün Uzun Həsənə zəncirli xaç bağışlamışdı.

Komninlər və türkmənlər bu dövrdə bir yerdə yaşayırdılar, köçəri tayfalar kəndlərdəki otlaqlara, yunanlar isə şəhər mərkəzinə və ticarətə nəzarət edirdilər. Teodoranın Ağqoyunlu Uzun Həsənlə evliliyi müstəsna deyildi. Əslində, Komninlərin öz qızlarını türkmən hökmdarları ilə evləndirmək siyasəti çoxdan var idi. XIV və XV əsrlərdə ən az səkkiz belə evlilik qeyd olunur. Bu evlilik də qarşılıqlı mənfəətə əsaslanırdı. Nəticədə türkmənlər şimal-qərb sərhədləri üzərində müəyyən nəzarət və dəniz ticarətinə çıxış əldə etdilər. Trabzonun hakim ailəsi isə osmanlılara qarşı daha çox türkmən müttəfiq qazanmış oldu.

1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər və Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun cehizi Sivas-Kayseri bölgəsinin ağqoyunlulara təslim edilməsini tələb etdilər. II Mehmed bu tələbi rədd etdi.

1461-ci ilin 26 oktyabrında Trabzon Osmanlı qoşunu tərəfindən zəbt edildi. Uzun Həsənin qaynı, son Trabzon hakimi David Komnin İstanbula göndərilərək edam edildi. Şəhərin əldən getdiyini görən Sara Xatun öz gəlini Dəspinə xatunun Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü.

Xatun kimi fəaliyyəti Yunan əsilli tarixçi Laonik Xalkokondil 1463-cü ildə Teodora tərəfindən əmisi Davidə yazılan bir məktub haqqında məlumat verir. Lakin o məktubu II Mehmedin cəsusu olan Corc Amirutsi ilə göndərir. Məktubda Teodora əmisindən xahiş edir ki, öz oğlanlarından birini və ya qardaşı oğlu Alekseyi Uzun Həsənin sarayına göndərsin. Bu məktub II Mehmed üçün dağılmış imperatorluğun son imperatorundan qurtuluş bəhanəsi oldu. Məktub həmçinin Mehmed üçün Ağqoyunlu və Trabzon imperiyası arasındakı müttəfiqliyin yazılı sübutu idi. Nəticə də onun əmri ilə David və 3 oğlu həmçinin qardaşı oğlu yaxalanaraq, 1463-cü il noyabr ayının 1-də edam edildilər.

1465–1466-cı ildə Venesiya dövləti ilə, 1474-cü ildə isə Moldova hökmdarı Stefan ilə aparılan danışıqlarda Teodoranın vasitəçilik etdiyi ehtimal edilir. Danışıqlar zamanı əsas diqqət osmanlılara qarşı birgə hücumların mümkünlüyünə və venesiyalılar tərəfindən odlu silahların çatdırılmasına yönəldilib. Buna baxmayaraq 1471-ci ildə başlayan hərbi hücumlar venesiyalıların odlu silahı Ağqoyunlu qoşunun çatdırmaması səbəbindən Uzun Həsən üçün fəlakət ilə nəticələndi. 11 avqust 1473-cü ildə Ağqoyunlu ordusu Osmanlı ordusu ilə qarşı-qarşıya gəldiyi Otluqbeli meydan savaşında məğlub oldu.

Səyahətnamələrdə Dəspinə xatun Katerina Zeno. Venesiya Cumhuriyyət Senatı 2 dekabr 1463-cü ildə Fateh Sultan Mehmedə qarşı Ağqoyunlular və Anadolu bəylikləri ilə ittifaqa girmək barədə qərar qəbul etmişdi. Venesiya administrasiyası 1464-cü ildən sonra Ağqoyunlu sarayına bir neçə elçi də göndərmişdi. Bununla da Osmanlılarla baş verəcək 16 illik müharibənin də başlanğıcı qoyulmuşdu.

7 mart 1471-ci ildə əvvəlki iki namizədin təklifi rədd etməsindən sonra Zeno Uzun Həsənin yanına Venesiya səfiri olaraq göndərildi. Onun səfirliyi qarşısında qoyulmuş başlıca tapşırıq Osmanlı hökmdarı II Mehmetə qarşı iki dövlətin ittifaqını qurmaq idi. Onun səfirliyə təyin edilməsinin bir digər səbəbi isə arvadının Uzun Həsənin arvadı olan Bizans şahzadəsi Teodora Dəspinə Xatunla olan qohumluq iddiaları idi. Lakin bu qohumuluğun olub-olmaması və ya hansı dərəcəyə sahib olması hələ də sübut edilməmiş, qeyri-müəyyən məsələ olaraq qalmaqdadır. Zeno öz səyahətnaməsində Dəspinə Xatunun onunla maraqlandığını, söhbət etdiyini, ondan öz qohumlarını soruşduğunu yazır. Zeno Venesiyaya döndükdən sonra da Dəspinənin ailəsi maraqlanmış, övladları barədə məlumat vermişdir. O, Dəspinə Xatunun dəfn yerindən başqa, onun dini inancı ilə də bağlı qeydlər etmişdir:Dəspinə dövrünün ən inanclı qadınlarından biri idi və buna bağlı olaraq, xristianlıqdakı gözəl inancını davam etdirirdi. Hər gün müqəddəs axşam yeməyi ayinini Rum kilsəsi üsullarına görə təşkil edir, özü də böyük bir ixlas ilə bunda iştirak edirdi. Əri də başqa bir dinə mənsub olmasına və arvadının dininə düşmən olmasına baxmayaraq, bu məsələdə ona əsla bir şey deməyir, onu dinini tərk etməyə məcbur etmirdi. Doğrusu təəccüblü olan şey necə olur da onların bir-birinə uyğunluq göstərməsidir.Zeno səyahətnaməsində Dəspinə xatunun ölümü və dəfni ilə bağlı bir sıra məlumatlar var. O yazırdı ki, Dəspinə həyat yoldaşı ilə yox ondan ayrı Harput şəhərində yaşayırmış. Öldükdən sonra isə burada Müqəddəs Georgi kilsəsində dəfn edilib. Zeno həmçinin qeyd edir ki, onun məzarı ziyarətgaha çevrilib. left|thumb|315x315px|Ağqoyunlu dövlətinin xəritəsi, 1478-ci il Zenonun səyahətnaməsini türk dilinə tərcümə edən Tufan Gündüz əsərin farsca tərcüməsində "onu Diyabəkirdə dəfn etdilər" cümləsinin qeyd edilyini bildirir. Lakin əsərin orginal dili olan latın variantında Harput mənasını verən "Cavalliera" ifadəsinə yer verilib. Zenonun bu məlumatı qayıtdıqdan sonra dostları ilə etdiyi məktublaşmalar nəticəsində əldə etdiyi düşünülür. Zeno əsərində Dəspinənin Uzun Həsəndən bir oğlan və üç qız olmaqla dörd uşağı dünyaya gətirdiyini və oğlan uşağı (Maqsud Mirzə) Uzun Həsənin ölümündən dərhal sonra qardaşları tərəfindən öldürüldüyünü, o cümlədən qızlarından ən böyüyü Marta (Aləmşah bəyim) Ərdəbil hökmdarı Şeyx Heydərlə (Uzun Həsən sağ ikən) evli olduğunu yazıb. O, hətta məlumat verir ki, Uzun Həsənin ölümündən sonra digər iki qızı Hələb və Şama qaçıblar. Bu məlumatın məşhur Venesiya səfirindən "Katerinonun oğlu, Pietronun oğlu, Katerino"dan alındığı qeyd edilir. Bu məqamda tarixçi Yəhya Başqan qeyd edir ki, Zenonun Despinə xatunun övladları haqqında verdiyi məlumatlar olduqca etibarlıdır. Əslində əsərdə Uzun Həsənin vəfat tarixi dəqiq verilmişdir. Zeno, Uzun Həsənin "xaç yuyanlar gecəsi"ndə vəfat etdiyini və bu tarixin 5/6 yanvar 1478-ci il olduğunu qeyd edir.

İosafat Barbaro. Venesiya dövləti adından Ağqoyunlu Uzun Həsənin sarayına gələn və əsəri bizə gəlib çatan digər diplomat və səfir İosafat Barbarodur. Barbaro 1474–1478-ci illər arasında səyahət etmiş, Uzun Həsənin yanına gəlmiş və Təbrizdə onunla görüşmüşdür. Geri dönərkən Harputun yanında dayanıb bu yer haqqında məlumat verən səyyahın verdiyi məlumatlar arasında ən əhəmiyyətlisi, Dəspinənin Harputda yaşadığı qeydidir. "Bu şəhərdə Trabzon imperatorunun qızı Sultan Həsən bəyin arvadı yaşayır. Şəhər möhkəm bir yerdə yerləşir. Şəhərin sakinlərinin çoxu yunanlardır və Həsən bəyin arvadı məlikəyə qulluq edirlər".

Covanni Maria Ancolello. Dəspinə xatun barəsində məlumat verən bir digər səyyah Maria Ancolellodur. O, Fateh Mehmed dövründə Əyriboğaz səfəri zamanı (1470) əsir düşmüşdü. Çox güman ki, Fateh Mehmed vəfat etdikdən sonra ölkəsinə qayıtmış və 1499–1515-ci illərdə Venesiyalıların səfiri kimi Uzun Həsənin sarayında olmuşdur. Sonrakı səyahətnaməsində Osmanlılar, Ağqoyunlular və Səfəvilər haqqında məlumat verir. Onun əsərində Dəspinə xatun haqqında da məlumatlar var. Dəspinənin Uzun Həsənlə evliliyindən bəhs edən müəllif Həsən bəyin bu xanımdan üç qızı və bir oğlu olduğunu yazır, daha sonra Dəspinənin qızlarından Martanın (Aləmşah bəyim) İsmayılın atası Şeyx Heydərin həyat yoldaşı olduğunu bildirir.