Sintiya Enn Kristin Rotrok (, Delaver ştatı, Uilminqton şəhəri, ABŞ, 8 mart 1957) – Amerikalı aktrisa, prodüser və döyüş sənətləri ustasıdır.

Həyatı Sintiya Rotrok 1957-ci ildə ABŞ-nin Delaver ştatında anadan olmuşdu. Pensilvaniyada (Skrepton şəhəri) yaşamışdı. 13 yaşında idmanla məşğul olmağa başladı. Onun böy ölçüsü cəmi 160 sm-dir. Buna baxmayaraq Sintiya 1981-1985-ci illər arası məğlub olmadan beş dəfə karate üzrə dünya çempionu olmuşdur. Bu illər ərzində çin və koreyanın döyüş sənətləri üzrə altı qara kəmərə sahib olmuşdur. Sintiya Rotrok müxtəlif silahlarla döyüşə bilir. Onun ən sevimli silahı qarmaqlı qılıncdır.

1980-cı illərin əvvəllərində "Kentucky Fried Chicken" adlı reklamda müvəffəqiyyətlə çıxış etdiyinə görə bir çox Honkonq filmlərinə dəvət olunur. İlk rol aldığı film "Golden Harvest" studiyasında çəkilən "Hə, Madam" filmidir. Bu filmə baş rolu ifa edən Mişel Yeo ilə birgə çəkilmişdi. 1986-cı ildə Sammo Hunqun çəkdiyi "Millionerlərin ekspresi" filminə çəkilir. 1986-cı ildə Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi" filminə dəvət olunur. Lakin ilk əsas səhnədə Ceki Çanın zədə alması ucbatından Sintiya Yuan Byaonun baş rol aldığı "Düzələn səhvlər" filminə çəkilir. 1990-cı illərdən başlayaraq bir çox Hollivud filmlərində baş rol alır. Filmlərdə Riçard Norton, Yuan Byao, Calal Merhi, Billi Blenks, Bolo Yen, Ceff Uinkott və bir çox məşhur döyüş ustaları ilə çəkilmişdir. 2004-cü ildən başlayaraq film karyerasına bir müddət fasilə vermişdir.

Filmoqrafiya İl Film Orijinal adı Rol Qeydlər1985 Hə, madam Yes, Madam İnspektor Kerri Morris Filmin digər adı: Ultra Force 21985 Gecə yarısına qədər 24 saat 24 Hours Till Midnight Devon Qreydi 1986 Milyonçuların ekspresi Millionaire’s Express quldurlardan biri Filmin digər adı: Shanghai Express1986 Düzələn səhvlər Zhi fa xian feng Sindi Si Filmin digər adı: Above the law1986 Sehirli kristal The Magic Crystal Sindi Morqan1987 Qələbəyə kimi döyüşmək Fight to Win Sensey Lauren 1987 Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım No Retreat, No Surrender 2: Raging Thunder Terri 1988 Əla dəstə Ba Vonq Fa Madam Lau 1988 Düzələn səhvlər 2: Sarışının qəzəbi Righting Wrongs 2: Blonde Fury Sindi 1990 Çayna O’Brayen China O’Brien Çayna O’Brayen 1990 Çayna O’Brayen 2 China O’Brien 2 Çayna O’Brayen 1990 Əlbəyaxa döyüşün qanunları Martial Law Billi Bleyk1990 Günəşin şahzadəsi Prince Of The Sun Bençuk 1990 Şahidlərsiz No Witnesses 1991 Sürətli qaçış Fast Getaway 1991 Əlbəyaxa döyüşün qanunları 2 Martial Law: Undercover Billi Bleyk 1991 Pələng cırmağı Tiger Claws Linda Masterson 1992 Qəzəbin mələyi Angel of Fury Filmin digər adı: Triple Cross1992 Şərəf və şöhrət Honor and Glory 1992 Şərəf və qəzəb Rage and Honor 1992 Ledi əjdaha Lady Dragon Keti Qalaqher 1992 Məğlubedilməz Underfeatable 1992 Şəhər polisləri City Cops 1992 Şərəf və qəzəb 2: Düşməncəsinə tutmaq Rage and Honor 2: Hostile Takeover 1993 Ledi əjdaha 2 Lady Dragon 2 Syuzan "Qızıl mələk" Morqan 1993 Qaçılmaz qüvvə Inevitable Force 1993 Qoruyucu mələk Guardian Angel 1994 Sürətli qaçış 2 Fast Getaway 2 Lili 1994 Gözə göz Eye For An Eye Tina 1995 Pələng cırmağı 2 Tiger Claws 2 Linda Masterson 1996 Məğlubiyyət Checkmate 1997 Amerikalı pələng American Tigers 1999 Pələng cırmağı 3 Tiger Claws 3 Linda Masterson 2000 Manhattan təqibi Manhattan Chase 2001 Qanundan kənar Outside The Law 2003 Oyanış Redemption Erin Mörfi 2004 Yaxın döyüş Xtrime Fighter Salli Kirk / Ağ əjdaha Filmin digər adı: Sci-Fighter2014 Muzdlu qatillər Mercenaries Mona

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Döyüş sənəti ustaları Kateqoriya:Delaverdə doğulanlar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin Roma katolikləri