Bizim mayaklar qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur.

Məzmun Film maldarlıq sahəsində respublikamızda ən yüksək göstəricilər əldə etmiş yeddiilliyin qabaqcıllarına həsr olunmuşdur. Filmdə Qax rayonunda dağlar qoynunda yerləşmiş Sarıbaş kəndinin timsalında kənd zəhmətkeşlərinin həyatı və əmək fəaliyyəti, qayğıları öz geniş əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 78

Müəlliflər burada bir neçə qabaqcıl adamın portretini yaratmışlar. Bunlar tanınmış sağıcılar Kəklik İsmayılova və Minayə Quliyeva, təcrübəli qarğıdalı yetişdirən Məmmədtağı İsmayılov, çobanlar-Nəcməddin və Şəmsəddin Sofiyev qardaşları, kolxoz sədri Həsən Mirzəyev və 107 yaşlı çoban Fətəlidir.

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1961-ci ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1961-ci ilin filmləri Kateqoriya:1961-ci ilin Azərbaycan filmləri