Həməd ibn Xəlifə Ali-Sani (; ) — Qətər əmiri (1995–2013), Qətər baş naziri (1995-1996).

Həyatı 1952-ci ildə Doha şəhərində anadan olmuşdur. İbtidai, orta və ali təhsilini Qətərdə almışdır. Böyük Britaniyanın Sent Herst hərbi akademiyasında təhsilini davam etdirmişdir. 1971-ci ildə Birləşmiş Krallığın Sent Herst hərbi akademiyasını bitirmişdir. 1971-ci ildə Qətər Silahlı Qüvvələrində kapitan rütbəsində İlk Qətər polkunun komandiri təyin edilərək, sonradan mayor rütbəsinə qədər yüksəlmiş, Qətər ümumsilahlı Qüvvələrinin komandanı olmuşdur. 1977-ci il 31 may tarixində Müdafiə Naziri vəzifəsinə təyin edilərək, eyni zamanda Vəliəhd taxtına yüksəlmişdir. Ali Məclisin Planlaşdırma işləri üzrə Rəisi təyin edilmişdir. 1979–1991-ci illərdə Ali Məclisin Gənclər üzrə şöbəsinin fəaliyyətinə, həmçinin müxtəlif idman və gənclər klublarının fəaliyyətinə himayədarlıq etmişdir. Eyni zamanda hərbi idman birliyi yaratmış və sonradan Beynəlxalq İdman Hərbi Birliyinə üzv olmuşdur. Müxtəlif sahələrdə Körfəz Ərəb Dövlətlərinin konfranslarının keçirilməsinə təşəbbüs göstərmiş və bir neçə ərəb dövlətinə səfər etmişdir. 27 iyun 1995-ci ildən Qətərin Əmiri olmuşdur.

12 iyul 2026-cı ildə vəfat edib. Vəfatı ilə əlaqədar Qətərdə 4 günlük matəm elan olunub.

Qeydlər

Kateqoriya:Dohada doğulanlar Kateqoriya:Qətər əmirləri Kateqoriya:Al Sani sülaləsi Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:XXI əsr siyasətçiləri