"Körpə gəzintidə" () — rejissor Petrik Rid Consonun filmi.
Məzmun Üç uğursuz quldur varlı ailədən olan doqquz aylıq bir körpəni qaçırırlar. Onlar körpənin əvəzində onun valideynlərindən yüksək məbləğdə pul tələb edirlər. Amma uşaq oğruları həmişə uğursuzluqlarla üz-üzə gəlirlər. Körpə onların əlindən iməkləyə-iməkləyə "qaçır". Oğrular uşağın yoxluğundan xəbər tutan kimi onun ardınca düşür, onu yenidən tutmağa çalışırlar. Bu yerdə balaca körpə Binkin qeyri-adi, maraqlı və şən macəraları başlayır. O, dayəsinin ona oxuduğu şəkilli kitabın qəhrəmanı körpə Bunun səyahət etdiyi yerlərə gedir. Bundan xəbər tutan dayə kitaba əsasən uşağın harada olduğunu bilir. Bununla da ailə uşağı tapır. Uğursuz uşaq oğruları isə həbs olunurlar.
Film haqqında Filmdə balaca Bink rolunu əkiz olan Ceykob Cozef və Adam Robert Uortonlar ifa etmişlər. Filmə baxış üçün yaş həddi yoxdur və ailəvi baxış üçün nəzərdə tutulub.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Con Hyuz Rejissor : Petrik Rid Conson Operator : Tomas Ekerman Bəstəkar : Brüs Broton Prodüserlər : Con Hyuz, Riçard Veyn
Rollarda Ceykob Cozef Uorton – körpə Bink Adam Robert Uorton – körpə Bink Co Mantenya – Eddi Lara Flinn Boyl – Lorren Kotvell Co Pantoliano – Norbi Brayan Heyli – Viko Sintiya Nikson – Cilbertin Mettyu Qleyv – Benniqton Ostin Kotvell Fred Dalton Tompson – FTB agenti Deyl Qrissom Con Nevill – cənab Endrüs Eddi Breken – qoca əsgər Manni Sosa – taksi sürücüsü Bricit Daffi – Salli Anna Levayn – Mak Krey Qay Hadli – FTB agenti Cenna Pozi – Mak Kreyin qızı
İstinadlar
Xarici keçidlər
Baby's Day Out at Rotten Tomatoes
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Petrik Rid Consonun filmləri Kateqoriya:1994-cü ilin filmləri Kateqoriya:ABŞ-nin komediya uşaq filmləri Kateqoriya:ABŞ-də uşaq oğurluğu haqqında filmlər Kateqoriya:Çikaqo haqqında filmlər Kateqoriya:1994-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Kitablar ilə əlaqədar filmlər Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:Mövzusu zooparkda keçən filmlər