Məzmun Rəssamlıq məktəbinin tələbəsi heykəltaraş Mahmud (Şamil Süleymanov) tətil günlərində kəndə nənəsinin yanına gəlir və burada öz diplom işi üçün həmkəndlisi Zümradı (Firəngiz Mütəllimova) canlı model seçir. İş başa çatanda Zümradın qohumları, onların ardınca bütün kənd camaatı Mahmuddan tələb edir ki, qızla evlənsin. Gənc rəssam qaçmaqla canını qurtarır. Axı, o, işləyəcəyi bütün canlı modellərlə evlənə bilməz ki…

Festivallar və mükafatlar 1) 1979-cu ildə Karlovı-Varı Beynəlxalq Kinofestivalı Film diploma layiq görülmüşdür.

Film haqqında Film rejissor Cahangir Mehdiyevin kinoda ilk işidir.

Kinokomediya yazıçı A. İbanoidzenin "İmeretiyasayağı evlənmə" romanının motivləri əsasında çəkilmişdir.

Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: A. İbanoidze Quruluşçu rejissor: Cahangir Mehdiyev Ssenari müəllifi: Asim Cəlilov, Cahangir Mehdiyev Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Səs operatoru: Kamal Seyidov Bədii Rəhbər: Georgi Daneliya İkinci rejissor: Adil İsmayılov

Rollarda Şamil Süleymanov — Mahmud Cəvahir Bayramova — Səkinə nənə Ağasadıq Gəraybəyli — Kənd sovetinin sədri Muxtar Maniyev — qızın qardaşı Adil İsmayılov — qızın qardaşı Əbdül Mahmudov — qızın qardaşı Arif Qasımov — qızın qardaşı Firəngiz Mütəllimova — Zümrad

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər