Qızılgül (Aysəsi, indi Areta) — Dərələyəz mahalında kənd.

Tarixi Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdırHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.237. Kəndin adı IX əsrdən xatırlanırYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, "Haypetrat", 1955, s.66.

Kənddə VII, X–XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də dururYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, "Haypetrat", 1955, s.66–69. Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində "bataqlıq", "iymiş", "qoxumuş", "nəm", "rütubətli" mənasında işlənən sas//sası sözü əsasındaРадлов В. В. Опыт словарья тюркских наречий, т.l, ч. 1–2, СПб, 1893, 1914 стр.; т ll, ч.1–2, СПб, 1899, 1814 стр. т lll, ч.1–2, СПб, 1905, 2204 стр.; т.lV, ч. 1–2, СПб, 1911, — I (1), s.395 əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10. IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızılgül, Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Areta qoyulmuşdur.

Coğrafiyası və iqlimi Ayısəsi qalası — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda Aysəsi kəndində qala. VII əsrdə tikilmişdir. Adı yazılı mənbələrdə IX əsrdən çəkilirYeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, "Haypetrat", 1955, s.66.. Adı dəyişdirilib Arates qoyulmuşdur.

Ayısəsi çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Uzunluğu 12km-dir. Arpa çayına tökülür.

Əhalisi Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.90–91, 160–161. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.91, 161. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Qızılgül kəndində 1918-ci ildə 412 nəfərlik bu kənd Japonun və Doluxanovun komandası altında yerlə-yeksan olmuşdur. Əhali məhv edilmişdir.

Tanınmışları Zakir Şəhriyaz — şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" və "Ustad sənətkar" mükafatları laureatı. Vüqar Namazov — 4 qat dünya 7 qat Avropa cempionu və Dünya rekortçusudu.

İstinadlar

Xarici keçidlər Ayısəsi

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri