İbrahimpaşa Hüseyn oğlu Dadaşov () — Azərbaycan sərbəst güləş ustası, dəfələrlə SSRİ çempionu. 62 və 67 kq çəki dərəcələrində güləşmişdir.

Sovet idmançıları üçün debüt olan 1952 yay Olimpiya oyunlarında sərbəst güləş yarışlarında iştirak etmiş, yeddinci yeri tutmuşdur. 1949, 1951, 1952 və 1956-cı illərdə SSRİ çempionatlarında qalib olmuş, 1954 və 1955-ci illərdə gümüş medala sahib olmuş, 1950-ci ildə bürünc medala layiq görülmüşdür. SSRİ əməkdar idman ustası və SSRİ əməkdar məşqçisi adlarına layiq görülmüşdür. Bakı Dinamo cəmiyyətinin üzvü olmuşdur. Bir çox güləş ustalarını SSRİ miqyasında yarışlara hazırlayıb. Dünya və Avropa çempionu və 1964 yay Olimpiya oyunlarının bürünc mükafatçısı Aydın İbrahimovun məşqçisi olub.

Xatirəsi Adına Bakının Binəqədi və Nərimanov rayonlarını əhatə edən küçə var.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ güləşçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycanın kişi güləşçiləri