Dünyəvi zövqlər bağıAzərbaycan və başqa dillərdə bağın adının yazılış qaydası (; ) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad.Əsərin orijinal adı itirilib, İspaniya kralı IV Filippin tərtib etdirdiyi invertarda əsər "La Pintura del Madrono" adlandırılıb. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir.Bosxun dəqiq doğum tarixi bilinmir, hesablamalara görə 1450-ci il olması güman edilir. Gibson, 15–16 Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir.Bosing, 60 Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir. Sağ lövhədə incə cəhənnəm əzabı və əziyyət çəkən fiqurlar göstərilmişdir.

İncəsənət tarixçiləri və tənqidçilər qeyd edirlər ki, bu rəsm əsəri insanlara həyatın cəlbedici təhlükələri haqqında öyrədici xəbərdarlıq xüsusiyyətinə malikdir.Kleiner & Mamiya, 564 Lakin əsərin xüsusilə mərkəzi panelində fiqurların qarışıqlığı və hətta kiçik detallarda da simvolizmdən istifadə edilməsi əsrlər boyunca əsərdəki müxtəlif səhnələrin tədqiqatçılar tərəfindən müxtəlif şəkildə şərh edilməsinə səbəb olmuşdur.Snyder 1977, 100 İyirminci əsr incəsənət tarixçiləri əsərin mərkəzi lövhəsində əxlaqi xəbərdarlıq, yoxsa itirilmiş cənnətin təsvir edilməsi məsələsində iki tərəfə ayrılmışlar. Amerika yazıçısı Peter S. Biql qeyd edir ki, mərkəzi paneldə "mükəmməl azadlıqdan zəhərlənmiş mühitdə insanlar erotik qarışıqlıqdan çılğına dönmüş şəkildə təsvir edilmişdir."Belting, 7

Həyatı boyunca Bosx, üç böyük triptix yaratmışdır ki, bunların hər üçü də soldan sağa planlanmış və hər üçündə də, lövhələrdəki təsvirə ümumi mövzu baxımından yanaşmaq tələb olunur. Hər üç əsərdə rəssam o zamana qədər az müraciət olunmuş tarixi-dini mövzulara müraciət etmişdir. Bu dövrün triptixləri adətən sıra ilə planlanır, sağ və sol lövhələrdə Ədən bağı, mərkəzi lövhədə isə Böyük məhkəmə təsvir edilirdi. Əsərin bütün sətiraltı mənası isə mərkəzi paneldə ifadə olunurdu.Belting, 85–86 Əsərin altar üçün nəzərdə tutulması haqqında məlumat olmasa da, ümumi fikir bu yönümdədi. Lakin mərkəzdəki bağ səhnəsindən əlavə sağ paneldə cəhənnəmin təsvir edilməsi əsərin hansısa kilsə və ya monastır üçün deyil, kilsə mənsubu olmayan birinin sifarişi ilə işləndiyi ehtimalını yaradır.Gibson, 99

Tarixi

Əsər ilk dəfə 1517-ci ildə, rəssamın ölümündən bir il sonra, İtaliyanın Molfetta şəhərindən olan Antonio de Beatis tərəfindən sənədləşdirilmiş və onun Brüsseldə hersoq sülaləsi Nassauların evini bəzədiyi qeyd edilmişdir.Bu fakt yalnız 1962-ci ildə J. K. Steppe tərəfindən aşkaranmışdır (Jaarboek van de Koninklijke Vlaamse Academie voor Wegenschaften 24 , 166–67), 20 bir neçə il sonra Freyncer qeyd edir ki, triptix heretik təriqət rəhbəri təəfindən itifadə edilib, lakin beş il əvvəl Qombriç bildirir ki, əsər Nassuların üvində saxlanmışdır. Belting, 71 Bu ev ali təbəqə nümayəndələrinin toplaşdığı yerlərdən olmaqla, yez-tez dövlət rəsmiləri və müxtəlif təbəqədən olan zadəganlar tərəfindən ziyarət edilirdi. Əsərin məşhurluğu onu söyləməyə əsas verir ki, o, "yalnız…xəyallar aləminə səyahət üçün" yaradılmamışdır.Belting, 71 1605-ci ildə əsərin təsviri zamanı onu, mərkəzində təsvir edilmiş böyük çiyələk ağacına görə "çiyələk şəkli" adlandırmışlar. Erkən ispan mənbələri əsəri "La Lujuria" ("Ehtiras") adıyla qeyd edirlər. left|thumb|170px|II Engelbert Nassaunun portreti, Dövlət Muzeyi (Amsterdam) De Beatis özünün səyahət jurnalında qeyd edir ki, "qəribə şeylərin təsvir edildiyi bir neçə panel rəsm əsəri var. Həmin əsərlərdə dənizlər, səmalar, meşələr, çəmənliklər və qabıqdan çıxıb sürünən insanlar, uçan müxtəlif heyvanlar, kişilər və qadınlar, müxtəlif işlərlə məşğul olan və müxtəlif vəziyyətlərdə təsvir edilmiş ağ dərili və qara dərili insanlar kimi müxtəlif səhnələr təsvir edilib."Silver, Larry. "Hieronymus Bosch, Tempter and Moralist ". Per Contra: The International Journal of the Arts, Literature and Ideas, Winter 2006–2007. Yoxlanılıb 06 yanvar, 2012

De Beatisin təsviri 1960-cı illərdə Steppi tərəfindən aşkarlanmış və bu yenidən əsərin diqqət mərkəzinə gəlməsinə — xüsusi dini əhəmiyyətinə görə — və altar təsviri olması haqqında düşüncələrə səbəb oldu. Əksər Niderland diptixləri, həmçinin bəzi triptixlər şəxsi sifarişlə hazırlanırdı, lakin Bosxun trpitixinin böyük ölçüləri və sifarişçinin təsvirinə yer verilməməsi bu triptixin başqa məqsəd üçün yaradıldığını düşünməyə əsas vermişdir. Ola bilsin ki, bu rəsm əsəri də bir çox italyan rəsm əsərləri kimi o zaman geniş yayılmış ənənəyə uyğun olaraq toy mərasimini təbrik etmək üçün yaradılmışdı.Harbison, 77–80 Lakin bununla belə əsərdə kilsənin də marağı diqqətdən kənarda saxlanmamış, müasir kilsənin də təbliğ etdiyi ölümdən sonrakı həyat təsvir edilmişdir.Cinotti, 99 1566-cı ildə triptix bir müddət Madrid yaxınlığındakı El Eskorial monastırında divar örtüyü kimi istifadə edilmişdir.

III Henrinin ölümündən sonra əsər Oreync-Nassau xanədanının banisi və İspaniyaya qarşı Holland hərəkatının rəhbəri Səssiz Vilyamın əlinə keçmişdir. Lakin 1568-ci ildə əsər Alba hersoqu tərəfindən ələ keçirilib İspaniyaya göndərilir və burada onun qeyri-qanuni oğlu və varisi, Hollandiyadakı İspaniya ordusunun komandanı Don Fernandonun evində saxlanılır.Belting, 78Vandenbroeck, Paul. "High stakes in Brussels, 1567. ‘’The Garden of Earthly Delights’’ as the crux of the conflict between William the Silent and the Duke of Alva," in Koldeweij, et al. 2001b, 87–90

1591-ci ildə əsər II Filip tərəfindən auksionda alınır və iki il sonra El Eskoriala hədiyyə edilir. Sənədlərdə 8 iyul, 1593-cü ildə "ağac üzərində yağlı boya ilə işlənmiş, iki qapaqlı, dünyanın müxtəlif dövrlərinin və əcaib varlıqların 'Del Madroño' ləqəbli Bosx tərəfindən təsvir edildiyi rəsm əsəri"nin monastıra verilməsi qeyd edilir.Larsen, 26 342 il El Eskorial monastırında saxlanıldıqdan sonra, 1939-cu ildə əsər Bosxun bir neçə əsəri ilə birlikdə "Museo del Prado"ya gətirilib.Prado, 36 Monastırda olduğu illərdə əsər qayğıyla saxlanılmamış, xüsusilə mərkəzi paneldə künc tərəflərdə ağacın çürüməsi və qopması baş vermişdir.

Tarixləndirmə thumb|right|170px|Bernard van Orli, III Henri Nassau-Bredanın (1483–1538) portreti, onun əsərin sifarişçisi və Bosxun hamisi olduğu güman edilir. III Henri incəsənət əsərlərini toplaması ilə məşhur olmuşdur. "Dünyəvi həzzlər bağı"nın çəkilmə tarixi dəqiq deyil. Lüdviq von Baldass (1917) onu Bosxun ilk əsərlərindən biri hesab edir.Baldass, Ludwig von, "Die Chronologie der Gemälde des Hieronymus Bosch", in: Jahrbuch der königlichen Preuszischen Kunstsammlungen, XXXVIII (1917), pp. 177–195 Lakin De Tolnaydan (1937) sonrakı bütün XX əsr incəsənət tarixçiləri əsərin 1503–1504-cü illərə və ya daha sonrakı dövrə aid edirlər. Dendroxornololoji tədqiq palıd ağacının tarixini 1460–1466-cı illərə aid edir.Glum 2007, 3 Rəsm əsərləri üçün istifadə olunana ağaclar bir neçə il əvvəldən hazırlanırdı, buna görə də bu tarixləndirmə də bir neçə il fərqli tarixi göstərə bilər. Daxili sübut, əsərdə ananasın ("Yeni dünya" meyvəsi) təsvir edilməsi, rəsm əsərinin X. Kolumbun Amerikaya 1492–1504-cü illərdə baş tutmuş səfərindən sonra çəkildiyini sübut edir.

Lakin Vermet tərəfindən keçirilmişVermet, Bernard M. "Hieronymus Bosch: painter, workshop or style?" in Koldeweij et al. 2001a, 84–99:90–91 növbəti dendroxronoloji tədqiqat əsərin erkən tarixləndirməsini yenidən gündəmə gətirdi və təsvir edilmiş "Yeni dünya" obyektlərinin Kolumbun Amerikaya səfərindən əvvəl avropalılara məlum ola biləcəyini, xüsusilə bu obyektlərin Afrikadan gətirilmiş ola bilməsi haqqında müzakirələrə səbəb oldu.Vermet 2010 O, De Tolnayın Bosxun arxaizmi anaxronizmə kimi inkişaf etdirməsi haqqında fikrini inkişaf etdirərək, bu əsərin müasir incəsənəti inkişaf etdirdiyini və triptixin 1481-ci ildən sonra II Engelbert Nassau tərəfindən sifariş edilməsini bildirir.

Sifarişçi Humanist hərəkatdan təsirlənmiş Burqund Niderlandı Bosxun əsərlərinin əsas kollektoru olsa da ölümünə qədər onun əsərlərinin harada saxlanması haqqında çox az məlumatlar var.Moxey, 107–108. Əsərlər əsasən kilsələr və zadəganar tərəfindən sifariş edilir və alınırdı. Ola bilsin ki, əsərin sifarişçisi 1504-cü ildə vəfat etmiş II Engelbert Nassau və ya onun varisi, Stadtholder və ya aşağı ölkələrdə bir neçə Habsburq vilayətinin hakimi olan III Henri Nassau-Bredadır.

Triptix Nassauların evində açıq şəkildə sərgiləndiyindən tezliklə Bosxun şöhrəti Avropanın sərhədlərini aşaraq yayılmağa başlamışdır. Əsərin populyarlığını göstərən faktlardan biri də odur ki, onun bir neçə kopya nüsxəsi – yağlı boya, oyma və divar kilimi üzərində işlənmiş – zəngin zadəganlar tərəfindən sifariş edilərək Avropanın müxtəlif ərazilərinə yayılmışdı. Lakin həmin nüsxələrdən əksəri yalnız mərkəzi lövhəni təsvir etməklə əsərin orijinalı ilə uyğunluq təşkil etmir. Həmçinin nüsxələr ölçü baxımından daha kiçikdir və keyfiyyət baxımından da orijinaldan çox geri qalır."Bosch and Bruegel: Inventions, Enigmas and Variations ". The National Gallery, London. Press release archive, November 2003. Yoxlanılıb 06 Yanvar, 2013 Onlar Bosxdan sonrakı yaradıcı nəslin nümayəndələri tərəfindən yaradılmaqla əksəri divar kilimlərinin üzərində işlənmişdir.Belting, 79–81

Təsviri

Eksteryer thumb|right|250px|Eksteryer panellərdə Yer kürəsi yaradılmasının üçüncü günündə təsvir dilmişdir, artıq bitki örtüyü olsa da hələ heyvanlar və insan yaradılmamışdı.von Baldass, 33 Triptixin sağ və sol qapaqları örtüldüyü zaman həmin qapaqların arxasında işlənmiş təsvir görünür. O dövrün bütün Niderland triptixlərində olduğu kimi, boz fonda təsvir edilmiş yaşıl-boz çalarlarla işlənmiş bu boz panellərdəSnyder 1977, 102, Xristian teologiyasında təsvir edildiyi kimi günəş və ayın yaradılmasından əvvəl "dünyaya işıq verilməsi" təsvir edilir. Daxildə cazibədar və əlavan rənglərdən istifadə, xaricdə isə boz görüntülərin təsvir edilməsi həmin dövrün bütün Niderland triptexsləri üçün ümumi cəhətdir.Veen & Ridderbos, 6 thumb|left|160px|Eksteryerdəki Tanrı detalı.