Heydərqulu xan Abbasqulu xan oğlu Bəyləri () — Cənubi Azərbaycan hərbçisi, general-mayor.

Həyatı Heydərqulu xan Abbasqulu xanın oğlu, Mirzə Əhməd xan Bəylərinin nəvəsidir, Ağacan xanın nəticəsidir. Atası Abbasqulu xan İran kazak diviziyasının polkovniki idi. Özü də 1919-cu ildə hərbi məktəb leytenant rütbəsi ilə bitirmişdi.

Heydərqulu xan Bəyləri 1926-cı ildə Salmas hərbi hissəsində baş verən qiyamın yatırılmasında iştirak etmişdi.

1930-cu illərdə Maku, Sərdəşt, Sobucbulaq əməliyyatlarında iştirak etmişdi.

Heydərqulu xan Bəyləri "Bir əsgərin xatirəsi" kitabının müəllifidir.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.

Xarici keçidlər Heydərqulu xan Bəyləri

Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:İran generalları Kateqoriya:Azərbaycanlı generallar