Seyid Həsən Müdərris-Qumşeyi (1870 – 1 dekabr, 1937) — müctəhid.

Həyətı Seyid Həsən Müdərris gənc yaşlarında İsfahanda, Nəcəfdə ruhani məktəblərində təhsil almış və müctəhid dərəcəsinə çatmışdır. Konstitusiyanın "əlavə" hissəsinin 2-ci maddəsinə görə, Məclisin hər bir dövrəsində 5 nəfər müctəhidi nümayəndə kimi Məclisdə iştirak etməyə hüququ vardır. S. H. Müdərris ikinci və üçüncü məclisdə həmin 5 nəfər ruhaninin biri kimi iştirak etmişdi. S. H. Müdərris üşüncü Məclisdə heyəti elmiyyə fraksiyasının lideri kimi fəaliyyət edirdi. O, Kirmanşahda təşkil edilmiş müvəqqəti (Qərb) hökumətinin ədliyyə naziri vəzifəsinə təyin edilmişdi. S. H. Müdərris Rza xan hakimiyyətinə qarşı mübarizədə fəal iştirak etmiş, 1937-ci ildə Rza şah polisi tərəfindən sürgündə öldürülmüşdür.

Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Müctəhidlər Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:İranlı şiə din xadimləri Kateqoriya:İran şəxsləri