Georgi Nikolayeviç Leonidze()(28.1.1899—9.8.1966)) — gürcü şairi.
Həyatı Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze 1899-cu il yanvar ayının 28-də Saqareco rayonunun Patardzueli kəndində anadan olub. Şeirlərində vətənpərvərlik motivləri güclüdür.
Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbət tərənnüm edilir.
1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub.
1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.
“Berşoula” adlı poemasını Əhməd Cəmil, “Azərbaycan şairlərinə”, “Vətəni vəsf edirəm” Əflatun Saraclı, “Bulaq” Rəfiq Zəka, “Vətən nəğməsi” Məmməd Araz, “Vəsf edirəm” Əli Kərim, “Vətən haqqında nəğmə” Tofiq Bayram, “Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.
Şair 1966-cı il avqust ayının 9-da vəfat edib.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Gürcüstan SSR Elmlər Akademiyasının akademikləri Kateqoriya:Tbilisi Şəhər Xalq Deputatları Sovetinin deputatları