Mariya Antuanetta (; ) — Fransa kraliçası, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı.

Həyatı Həyat yoldaşı ilə birlikdə Fontenblo sarayında yaşayırdı. Fransa inqilabı başlanandan əks-inqilabçıları, sui-qəsdçiləri və müdaxiləçiləri dəstəkləmişdir. Məhz buna görə konvent tərəfindən mühakimə olunmuş və edam edilmişdir. Kraliça Mariya Antuanetta edam olunmazdan əvvəl özünü çox sakit aparıb. Hətta dar ağacına yaxınlaşarkən bilmədən ayağını tapdaladığı cəllada: "Bağışlayın, cənab, mən bunu bilmədən etdim" — deyə üzr də istəyibmiş.

Populyar mədəniyyətdə "Qoy onda tort yesinlər" ifadəsi çox vaxt ənənəvi olaraq Mariya Antuanettaya aid edilir, lakin onun bu sözləri dediyinə dair heç bir sübut yoxdur və bu ifadə ümumiyyətlə jurnalist klişesi hesab olunur.; ; . Bu ifadə ilk dəfə Jan-Jak Russonun avtobioqrafik əsəri birinci hissəsinin VI kitabında ortaya çıxmışdır. Əsər 1767-ci ildə tamamlanmış, 1782-ci ildə nəşr edilmişdir: "Nəhayət, kəndlilərin çörəyi olmadığını dedikləri böyük bir şahzadənin çıxış yolunu xatırladım; o cavab vermişdi: ‘Qoy brioş yesinlər’." Russo bu sözləri "böyük bir şahzadə"yə aid edir, lakin yazının ehtimal olunan tarixi Mariya Antuanettanın Fransaya gəlməsindən əvvələ təsadüf edir. Bəziləri hesab edir ki, Russo bunu tamamilə özü uydurmuşdur..

Həmçinin bax Habsburqlar sülaləsi

İstinadlar

Kateqoriya:Fransa kraliçaları

Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:XVI Lüdovik Kateqoriya:Fransız Burbonları sülaləsi