Salmanov Mais Qurban oğlu () — xanəndə, Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü.
Həyatı 12 fevral 1933-cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub.
Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşıdır.
2008-ci ildə Bakıda vəfat etmişdir.
Adlar və mükafatlar Azərbaycanın Əməkdar Artisti (1978) Prezident Təqaüdçüsü (2000)
Xarici keçidlər dinlə
İstinadlar
Kateqoriya:Xanəndələr Kateqoriya:Şəmkirdə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları