Hirə ( ) — bugünkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi.

Tarixi Hirə, Ləxmilər dövlətinin paytaxtı idi. Hirə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hirə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hirə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Bizans imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.

VII əsrdə Ərəb ordusu oraya yollandıqda şəhərin hakimi barışıq edib doxsan min dirhəm ödəyərək tabeliyində olan ərazini hücumdan qoruya bildi. Deyilənlərə görə bu islamda ilk dəfə olaraq sülhlə əldə edilən müvəffəqiyyət olmuşdur.

İstinadlar

Kateqoriya:İraq tarixi Kateqoriya:İraq şəhərləri Kateqoriya:İraqdakı arxeoloji abidələr Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Ləxmilər