Zəngənə eli — kürd tayfası.http://www.loghatnaameh.com/dehkhodasearchresult-fa.html?searchtype=0&word=2LLZhtqv2YbZhw

Tarixi Zəngənə eli əsasən Azərbaycanda və Kirmanşahda köç-düşlə məşğul olurdu.

Elin oymaq və tayfaları

Çubin tayfası Kəndulə tayfası Osmanvənd tayfası Namivənd tayfası Çəhər tayfası

Elin məşhur nümayəndələri Əlibala bəy Zəngənə — I Şah Abbas Səfəvinin cilovdarı. Şeyxəli xan Zəngənə (?-1688) Şahrux sultan Zəngənə— (?-1639), Zəngənə elinin başçısı. Şahqulu xan Zəngənə (1707-1715)-ci illərdə, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Səfəvilər dövlətinin baş vəziri. Hacı Hüseynəli xan Zəngənə— Şeyxəli xanın oğlu, sərkərdə. Əbdülbaqi xan Zəngənə— Hacı Hüseynəli xanın oğlu, elxan. Hüseynqulu xan Zəngənə — Hacı Hüseynəli xanın oğlu, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. İmamqulu xan Zəngənə — Məhəmmədrəhim bəy oğlu, Zəngənə elinin böyüklərindən, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. Allahqulu xan Zəngənə — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, Kirmanşahın hakimi, (?-1785). Murtuzaqulu bəy Zəngənə — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. Hacı Əli xan Zəngənə — Nadir şah Qırxlı-Avşarın sərkərdəsi, 1785-ci ildən sonra Kirmanşahın hakimi, Allahqulu xanın əmisi. Məhəmməd xan Zəngənə — Fətəli şah və Məhəmməd şah Qacarın dövründə Cənubi Azərbaycanın valisi, Hacı Əli xanın oğlu. Çıraqəli xan Zəngənə — münşi.

İstinadlar

Mənbə Ənvər Çingizoğlu. Zəngənə eli və məşhur şəxsiyyətləri. Bakı, "Soy" dərgisi, 2010.

Kateqoriya:Zəngənələr Kateqoriya:Ellər Kateqoriya:İran mədəniyyəti