Cenis Coplin (; ) — amerikalı musiqiçi.
Həyatı
İlk illər: 1943–1961 thumb|left|Joplin məktəb illərində, 1960. 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi.
Kaliforniya Həyatı thumb|250px|rıght|Joplin'in San Francisco, Californiada, 122 Lyon Street Haight-Ashbury adresindəki evi. O burada 1960-cı ilə kimi sevgilisi Country Joe McDonald ilə yaşamışdır 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu. Qısa zaman içində San Francisco və Venice çimərliyindəki kafe və klubların imtiyazlı bir sənətçisi halına gəldi. Kaliforniyada keçirdiyi iki ilin ardından özünü idarəni böyük ölçüdə itirən Janis, spirt və amfetamin istifadə etməyə başladı. Bu gedişi dayandırmaq üçün Port Arthur'a geri dönərək, yarımçıq qoyduğu məktəbinə yenidən daxil oldu. Məktəbdə çox müvəffəqiyyətli olmasına baxmayaraq, bu istiqamətdə inkişaf edən həyatından heç vaxt məmnun olmadı.
Big Brother and the Holding Company dövrü: 1966–1968 thumb|250px|rıght|Joplin və Big Brother and the Holding Company, 1966–1967 illər. Janis, kiçik qəsəbə həyatına uyğunlaşa bilməyəcəyini anlayan kimi Kaliforniya'ya geri döndü. Burada, dostu və meneceri olan Chet Holmes tərəfindən Big Brother and the Holding Company adlı bir qrupda solist olması təklif edildi. Bu qrupla işə başlayan Janis, 1967-ci ildə səhnəyə çıxdıqları Monterey Beynəlxalq Pop Festivalında, blues klassiki olan "Ball and Chain" ilə izləyənləri ovsunlayaraq, qrupun diqqət mərkəzində olmasını təmin etdi. Bu performans sonrasında aldıqları albom təklifini geri çevirməyən qrup, 1968-ci ildə ilk albomunu buraxdı.
1968-ci ildə, qrupun menecerliyini öhdəsinə götürən Albert Grossman, Kolumbiya Records val şirkətiylə bir razılaşma imzalamağı bacardı və eyni il qrupun "Cheap Thrills" albomu bu şirkətin etiketi ilə nəşr olundu. Bu albomda, "Piece of My Heart", "Ball and Chain" və "Turtle Blues" kimi klassikləşmiş blues mahnılarının canlı versiyaları da var idi. Bu albomun müvəffəqiyyəti sayəsində səkkiz həftə siyahılarda üst sıralarda qalmağı bacaran qrupun adı artıq "Janis Joplin with Big Brother and the Holding Company" olaraq bilinməyə başlamışdı.
Arxa arxaya gələn böyük müvəffəqiyyətlər, qrupun narkotik və spirtlə olan bağlılığını daha da artırdı, tez-tez bahalı narkotiklərlə edilən məclislər qrupun performansına və iş əlaqələrinə pis istiqamətdə təsir etdi. 1968-ci ilin sonunda, Big Brother and the Holding Company son performansını reallaşdırdıqdan sonra dağıldı.
Solo fəaliyyət: 1969–1970 Sonrakı il karyerasına tək başına davam etmək qərarı alan Joplin, 1969-cu ilin İyun ayında baş tutan "Woodstock" festivalında səhnəyə çıxaraq yenidən böyük bir rəğbət qazandı. Blues'in yanında caz musiqisinə də hər zaman marağı olan Joplin, həmin il "The Cozmic Blues Band"i qurdu və "I Got Them All' Kozmic Blues Again Mama!" albomunu buraxdı.
Qazandığı müvəffəqiyyətlərlə birlikdə artan stressini basdırmaq istəyən Joplin, heroin istifadə etməyə başladı və istifadə etdiyi digər narkotiklərin və spirtin miqdarını gün keçdikcə artırdı. 1969-cu ilin sonunda bu gedişatının doğru olmadığının fərqinə vararaq bütün asılılıqlarına son verdi və yeni bir başlanğıc etmək üçün "The Full Tilt Boogie Bant" adlı qrupu qurdu.
Ölümü thumb|250px|right|Joplin'in "Summer of Love – Art of the Psychedelic Era" adlanan Whitney Museum'da saxlanılan Porsche 356C model avtomobili 1970-ci il 4 oktyabr günü Joplin səsyazma studiyasında, səs yazmaq üçün lazım olanda, onun yoxa çıxması prodüser Pol A. Rothchild'i narahat etdi. Booge'nin yol meneceri prodüserə Joplinin getdiyi son yeri bildirdi və Rothchild ora gedən zaman hotelin qarşısında Janisin Porsche 356C model avtomobilini gördü. Hotelə daxil olub otağın qapısınə açan zaman çarpayının yanında, döşəmədə Joplinin ölü bədənini gördü. Rəsmi ölüm səbəbi istifadə etdiyi heroinin normaldan artıq dozası və spirtli içki ilə qarışması idi, amma Janisin günlüyünə baxan zaman dərin bir depresiya içində olduğu və hoteldə olan müddətdə, söz vermələrinə baxmayaraq dostlarının onun ziyarətinə gəlməməsi, insanlarda intihar şübhəsi yaratdı. Bunlara baxmayaraq Janis artıq ölmüşdü və klub 27-nin növbəti üzvünə çevrilmişdi.
Onun bədəni Los-Ancelesdəki Westwood Village Mortuary də yandırıldı və külü təyyarədən Stinson sahili boyu Sakit Okeana töküldü.
Ölümünün ardından buraxılan albomunda olan "Me and Bobby McGee" və "Mersedes Benz" kimi mahnıları ilə həftələrlə siyahılarda üst sıralarda qaldı
Janis Joplin, yaşadığı zamanda olduğu kimi indiki vaxtda da, gəlmiş keçmiş ən yaxşı qadın blues müğənnilərindən biri olaraq qəbul edilməkdədir.
Studiya Albomları Big Brother and the Holding Company (1967) Cheap Thrills (1968) I Got Dem Ol' Kozmic Blues Again Mama! (1969) Pearl (1971)
Diskoqrafiya Big Brother and the Holding Company Albom İl Şirkət Əlavə Big Brother and the Holding Company 1967 Mainstream Records Big Brother and the Holding Company 1967 Columbia 2 mahnı Big Brother and the Holding Company 1967, CD 1999 Columbia Legacy CK66425 2 mahnı Cheap Thrills 1968 Columbia Multi-Platin Industry Association of America şirkəti Cheap Thrills 1968, CD 1999 Legacy CK65784 4 mahnı Live at Winterland '68 1998 Columbia Legacy ASIN: B000007TSP Live at the Carousel Ballroom 1968 2012 Legacy Recordings
Kozmic Blues Band Albom İl Şirkət Əlavə I Got Dem Ol' Kozmic Blues Again Mama! 1969 Columbia Platin RIAA I Got Dem Ol' Kozmic Blues Again Mama! 1969, CD 1999 Legacy CK65785 3 mahnı Live in Amsterdam The Woodstock Experience 2009 Legacy Recordings
Full Tilt Boogie Band Albom İl Şirkət Əlavə Pearl 1971 Columbia ölümdən sonra, 4 Multi-Platin RIAA Pearl 1971, CD Columbia CD64188 Live in Honolulu 1975 Wicked Woman (Janis Joplin albom) 1976 Pearl 1971, CD 1999 Legacy CK65786 4 mahnı Pearl 1971, 2CD 2005 Legacy COL 515134 2 CD1 – 6 mahnıCD2 – The Festival Express turundan bütün mahnlılar, məkanlar The Pearl Sessions 2012 Legacy Recordings
Big Brother & the Holding Company / Full Tilt Boogie Albom İl Şirkət Əlavə In Concert 1972 Legacy CK65786 ASIN: B0000024Y7
Ölümündən sonra Albom İl Şirkət Əlavə The Typewriter Tape 1964 Janis Joplin's Greatest Hits 1973 Columbia ASIN B00000K2W1, 7 Multi-Platin RIAA Janis 1975 CBS 2 disk, Gold RIAA Antologiya 1980 2 disk Farewell Song 1983 Columbia Records ASIN: B000W44S8E Cheaper Thrills 1984 Fan Club ASIN: B000LYA9X8 Janis 1993 Columbia Legacy 3 disk – ASIN: B00000286P 18 Essential Songs 1995 Columbia Legacy ASIN: B000002B1A, Gold RIAA The Collection 1995 3 Disk ASIN: B000BM6ATW Live at Woodstock: avqust 19, 1969 1999 Box of Pearls 1999 Sony Legacy 5 Disk – ASIN: B0009YNSK6 Super Hits 2000 Sony ASIN: B00004T1E6 Love, Janis 2001 Sony ASIN: B00005EBIN Essential Janis Joplin 2003 Sony ASIN: B00007MB6Y Very Best of Janis Joplin 2007 Import ASIN: B000026A35
Billboard Çartları
Albomlar (Big Brother & The Holding Company üzvü kimi) İl AlbomUS Top 200US R&B 1967 Big Brother and the Holding Company 60 28 1968 Cheap Thrills 1 7
(solo ifaçı kimi) İl AlbomUS Top 200US R&B 1969 I Got Dem Ol' Kozmic Blues Again Mama! 5 23 1971 Pearl 1 13 1972 Joplin In Concert 4 — 1973 Janis Joplin's Greatest Hits 37 — 1975 Janis 54 — 1982 Farewell Song 104 — 2011 Super Hits 113 —
Single'lər Big Brother & The Holding Company üzvü kimi İl MahnıUS Hot 1001968 Down on Me 43 Coo Coo 84 Piece of My Heart 12
Solo ifaçı kimi İl MahnıUS Hot 100 1969 Kosmic Blues 411971 Me and Bobby McGee 1 Get It While You Can 78 Cry Baby 42 1972 Down on Me (Live) 91
Videoqrafiya Monterey Pop (1968) Petulia (1968) Janis Joplin Live in Frankfurt (1969) Janis: The Way She Was (1974) Comin’ Home (1988) Woodstock — The Lost Performances (1991) Woodstock: 3 Days of Peace & Music (Director’s Cut) (1994) Festival Express (2003) Nine Hundred Nights (2004) The Dick Cavett Show: Rock Icons (2005) Shout Rockin' at the Red Dog: The Dawn of Psychedelic Rock (2005) This is Tom Jones (2007) 1969 appearance on TV show Woodstock: 3 Days of Peace & Music (Director’s Cut) 40th Anniversary Edition (2009) Janis Joplin with Big Brother: Ball and Chain (DVD) Charly (2009)
İstinadlar
Ədəbiyyat Amburn, Ellis. Pearl: The Obsessions and Passions of Janis Joplin: A Biography. NY: Warner Books, 1992. ISBN 0-446-39506-4. Caserta, Peggy. Going Down with Janis: Janis Joplin's Intimate Story. Dell: 1974. ASIN: B000NSBNMI. Dalton, David. Piece of my Heart: A Portrait of Janis Joplin. NY: Da Capo Press, 1991. ISBN 0-306-80446-8. Echols, Alice. Scars of Sweet Paradise: The Life and Times of Janis Joplin. NY: Henry Holt, 1999. ISBN 0-8050-5394-8. Friedman, Myra. (1973). Buried Alive: The Biography of Janis Joplin. New York: William Morrow. ISBN 0-688-00160-2. ISBN 1-878923-08-0 Joplin, Laura. Love, Janis. NY: Villard Books, 1992. ISBN 1-888358-08-4. Stieven-Taylor, Alison. Rock Chicks. Sydney: Rockpool Publishing, 2007. ISBN 978-1-921295-06-5.
Xarici keçidlər Rəsmi saytı Janis Joplin — Summertime — 1969-cu il Gröna Lund'da canlı ifası Biography at The Handbook of Texas Online JohnGilmore.com: Spotlight on Janis Joplin Janis Joplin's Kozmic Blues – janisjoplin.net Re-introducing Janis Joplin – by The New York Times Artwork created by Janis Joplin, from her family
Kateqoriya:Ostin Texas Universitetinin məzunları Kateqoriya:Lamar Universitetinin məzunları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Qadın gitaraçılar Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ qadınları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ gitaraçıları Kateqoriya:ABŞ-nin qadın müğənniləri Kateqoriya:Feminist musiqiçilər Kateqoriya:Feministlər Kateqoriya:Hippi Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:LGBT müğənnilər Kateqoriya:Narkotiklər ilə bağlı intiharlar Kateqoriya:Pasifistlər Kateqoriya:Rok müğənniləri Kateqoriya:XX əsr ABŞ bəstəkarları