Abaran mahalı — İrəvan xanlığında mahal adı.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
Tarixi Rayonun ərazisi I–V əsrlərdə Ayrarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur.Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.307–308 Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI–XIII əsrlərdə səlcuqların, XIV–XV əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonunun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur.İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s. 173–174 XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Abaran adlı nahiyyəninİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s. 54, 109 və Abaran nahiyəsində Abaran kəndininİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, s.109 olduğu qeyd edilir. XIX əsrin 40-cı illərindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra, 1920–1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir. 9 sentyabr 1930-cu ildə Abaran adında rayon yaradılmışdır. Erməni mənbələrində Abaran toponiminin erməni dilində "imarət, saray" mənasında işlənən aparank sözündən əmələ gəldiyi göstərilir.Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.308 Bu, həqiqətdən, elmi izahdan uzaqdır. Toponim apar Türk etnoniminəДревнетюркский словарь, Л., «Наука», 1969, s. 47 Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990, s. 103,197 cəmlik bildirən — an şəkilçisinin qoşulması ilə əmələ gəlib "aparların (avarlar) yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erməni mənbələrində Aparan formasında qeyd edilir. Mahal xanlıqdan əvvəl İrəvan əyalətinin Abaran nahiyəsiniBasbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri.Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974. əhatə edir. Nahiyə oradakı Baş Abaran kəndinin və Abaran çayının adı ilə adlanırdı. 1935-ci ildə Aparan adlandırılmışdır. 1939-cu ildən Aparan rayonunun və mərkəzinin adıdır. Orta əsrlərdə ermənicə yazılışı Aparan idi.Аракел Даврижеци. Книга историй. М., 1973. Буниятов З.М. Азербайджан в VII-IХ вв. Баку, 1965. Lakin 1590-cı ilə aid türkcə mənbədə Abaran kimidirIravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633XVIII əsrin ortalarına aid ermənicə mənbədə Abaranda ermənilərin yaşadığı göstərilsə dəСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958toponim erməniə deyildir.XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Maykop dairəsində AbarançayПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. M.Ə.Abasova, N.S.Bəndəliyеv, X.I.Məmmədov. Böyük Qafqazın cənub-qərb hissəsinin toponimiyası. Bakı, 1993. Azərbaycanda Avarandaq (Qusar r-nu), Avaran kəndi (Xaçmaz rayonu) toponimləri ilə mənşəcə eynidir. Abaran qədim türk mənşəli tayfanın adıdır və mənşəcə Abar (Avar) tayfası ilə bağlıdır. Eramızın II–III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması qeyd olunur .Алиев К.Античные источники по истории Азербайджана. Баку, 1987.Еремян С.Т. Экономика и социальный строй Албании III-VII вв. Очерки истории СССР. М., 1958. V əsr erməni müəllifi Yeqişe Balasakanda yaşayan bir tayfanın "Aparn" adlandığını yazmışdır.Егише. О вардане и арменской войны. Пер. С. др. арменского Е.Тер Минасэна. Йереван, 1957, стр.115 Hər iki etonim Abar (Avar) tayfasının adını əks etdirir. Cənub-Şərqi Avropa çöllərində hunlarda Abar (Avar) tayfasının adını V əsr müəllifi Prisk Paniyski 463-cü ilə aid hadisələrdə çəkmişdir. 555-ci ildə Qərbi Türk xaqanlığının sərkərdəsi Istəmi Dərbənd keçidi ilə Albaniyaya (Arrana) gəldikdə burada abarlarla toqquşmuşdu.Гукасян В.Л. Значения Закавказских источников в изучении истории Азербайджанского языка дописьменного периода. “Советская тюркология”, 1978, № 2. X əsrdə xəzərlərin tayfaları içərisində (abar, abas, uquz, tarna, bizal və s.) abar tayfası da vardı.Артамонов М.И. История хазар. Л., 1961. Ona görə Abaran (ermənicə yazılışı Aparan) toponiminin erməni dilində aparan "saray" sözündən ibarət olması fikri qondarmadır. Abaran adlı türk mənşəli tayfanın mövcud olması XVI əsrdə Rəvan əyalətində Abaranoğlu (bax) kəndinin adı ilə də təsdiqlənir.
Abaran çayı Abaran çayı İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda çay. Uzunluğu 98 km-dir. Hidronim apar (avar) Türk tayfasının adınıДревнетюркский словарь, Л., "Наука", 1969, s.47 əks etdirir. Etnohidronimdir.
Xarici keçidlər Əziz Ələkbərli, "Qədim Türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998. PDF versiyası. // Qərbi Azərbaycanın Türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
İstinadlar
Həmçinin bax Abaran