Ağ ordu (Ağ qvardiya, Ağ hərəkat) — Rusiyada 1917–1922-ci illər vətəndaş müharibəsi dövründə müxtəlif siyasi qüvvələrdən formalaşmış hərbi-siyasi hərəkat.

Tarixi 1) Rusiyada Romanovlar mütləqiyyətinin əleyhinə çevrilmiş inqilabi hərəkata qarşı mübarizə məqsədilə Finlandiyada yaradılmış burjua milisi (1906). Fərqləndirici əlaməti qola bağlanan ağ sarğı idi;

2) Rusiyada Vətəndaş müharibəsi və xarici hərbi müdaxilə (1917 −1922) illərində burjua-mülkədar rejiminin bərpası uğrunda vuruşan hərbi hissələrə verilən ad. Sovet ədəbiyyatı publisistikasında, habelə danışıqda bəzi əks-inqilabi milli — hərbi hissələrə (ağ finlərə, ağ çexlərə, ağ polyaklara v və ümumiyyətlə, əks-inqilabçılara da Ağ qvardiya deyilən İnqilabçı xalqın, inqilabın rəmzi olan qırmızı rəngdən fərqli olaraq, ağ rəng "rəsmi qayda-qanun" tərəfdarlarının rəmzi sayılır. Adı da buradandır.

Quruluşu və ideologiyası 1917-ci ildən sonra Rusiya kontekstində "Ağ" rəng üç əsas anlayışa malik idi: İnqilabçı Qırmızı Ordusu Bolşevik hökumətini dəstəkləyən Qırmızılara qarşı siyasi qarşıdurma; mütləq monarxiyaya tarixi istinad; əksəriyyət Ağ Ordu əsgərləri tərəfindən geyinilən Rusiya İmperiyasının ağ hərbi formaları.

İdeologiyası thumb|left|150px|Rusiya hökumətinin gerbi. 1919-cu il. Ağ hərəkət hər şeydən əvvəl Qırmızı Ordunun opponentləri kimi meydana gəlmişdi. Ağ ordu vətəndaş müharibəsindən əvvəl Rusiya ordusunun qanun və sərəncamını Rusiyanın qurtuluşunu qorunmalı idi və. Ağ nəzarətdə olan ərazidə sovet təşkilatlarını və vəzifəlilərini uzaqlaşdırmaq üçün çalışırdılar.Christopher Lazarski, "White Propaganda Efforts in the South during the Russian Civil War, 1918–19 (The Alekseev-Denikin Period)", The Slavonic and East European Review, Vol. 70, No. 4 (Oct., 1992), pp. 688–707. Onlar nəzarət altında olan Ağ ərazilərdə sovet təşkilatları və vəzifəli şəxsləri aradan qaldırmalı idilər.Viktor G. Bortnevski, "White Administration and White Terror (The Denikin Period)", Russian Review, Vol. 52, No. 3 (Jul., 1993), pp. 354–366.

Ümumilikdə, Ağ Ordu milliyyətçi idi və etnik ayrılığı və separatizmi rədd edirdi.Christopher Lazarski, "White Propaganda Efforts," 689. Ağ ordu ümumiyyətlə vahid çoxmillətli Rusiyanı dəstəkləyirdi və qondarma dövlətlər yaratmaq istəyən separatçılara qarşı çıxdı. ABŞ-nin yəhudi tarixçiləri Riçard L. Rubenştayn və Con K Rot yazır ki, Vətəndaş müharibəsi zamanı Ağ qüvvələrlə döyüşdə Rus Bolşevik ordusunda mübarizə aparan 60 min yəhudisi (240 min yaralı) öldürülmüşdür.Rubenstein, Richard L., and John K. Roth. Approaches to Auschwitz: The Legacy of the Holocaust. London: SCM, 1987, p. 138.

Ağ ordunun liderlərinin əksəriyyəti mühafizəkar idi və mütləq hakimiyyəti qəbul etmişdilər.

Hərəkatın xarici siyasət üçün müəyyən bir planı yox idi; Bəyazlar Almaniyaya qarşı siyasətdə fərqlənirdilər, bununla müttəfiq olub-olmadığını müzakirə edirdilər.

Ağ ordu

Qalereya Bəyaz ordunun komandirləri aşağıdakılardır:

İstinadlar

Xarici keçidlər Anti-bolşevik Rusiya şəkillərdə Bəyaz hərəkat muzeyi və arxivləri Yaddaş və Onur Dərnəyi Bəyaz Hərəkatın tarixi

Həmçinin bax Ağ terror (Rusiya) Könüllü ordu

İstinadlar Kateqoriya:Rusiya tarixi Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Panslavizm Kateqoriya:Antiintellektualizm Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:SSRİ tarixi Kateqoriya:Antikommunizm Kateqoriya:Əksinqilabçılar Kateqoriya:İkinci Dünya müharibəsi