Argezi (Arghezi) Tudor (əsl adı və soyadı Yon Teodoresku) ) rumın şairi, yazıçı, publisist, tərcüməçi. Rumıniya EA-nın akademiki (1955), Rumıniya Dövlət mükafatı laureatı (1955).
Tudor Argezi Cenevrə Univetsitetində təhsil almış, 1910-cu ildən naşir və publisist kimi fəaliyyətə başlamışdır. 1922–1924 illərdə "Rumın təfəkküru" jurnalına rəhbərlik etmişdir. "Gərəkli sözlər" (1927) şeir kitabının. "Taxta ikonalar" (1930) hekayələr toplusunun müəllifidir. "Bahar medalyonları" (1936), "Sətirlər" (1957) və s. kitablarında, "İnsan haqqında nəğmə" (1955) şeir silsilələrində insan ləyaqəti və yaradıcı əmək tərənnüm olunur, ahəngdar, bitkin forma, ideya və üslub radikalizmi ilə birləşir.
İstinadlar
Kateqoriya:Rumıniyada doğulanlar Kateqoriya:Rumıniyada vəfat edənlər Kateqoriya:Rumıniya şairləri Kateqoriya:Antiintellektualizm Kateqoriya:Rumıniya yazıçıları