Vidadi Aydın oğlu Muradov () — xalçaçı-ekspert, tarix elmləri doktoru, professor, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuşdur.

Həyatı 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1974–1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil almışdır. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-İlmə" elmi tədqiqat və istehsalat mərkəzini təsis edib.

9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmusdur. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilmişdir. 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvü idi.

Ailəli idi, üç övladı var.

Elmi yaradıcılıq istiqaməti

Xalçaçılıq sənətinin tarixi köklərinin araşdırılması, qədim ənənələrinin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması və s.

Filmoqrafiya Azərbaycan xalçaları. Qarabağ qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2013). Azərbaycan xalçaları. İrəvan qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2013). Azərbaycan xalçaları. Naxçıvan qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2013). Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu. (Azərbaycan, ingilis, rus dillərində) (2014). Azərbaycan xalçaları. Gəncə qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2014). Rənglərin ahəngi.(Azərbaycan, rus, ingilis dillərində) (2015). Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır. https://www.youtube.com/watch?v=8DTV8scImP8 (2020).

Fəxri adları "Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi" (7 noyabr, 2013-cü il) "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (30 may, 2014-cü il) "Şöhrət" ordeni (7 mart, 2016-cı il) Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi (23 dekabr, 2016-cı il) "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı (27 may, 2019-cu il)

İstinadlar

Xarici keçidlər Rijkmuseum Research Library Database Cultural Fibers Azerilme Gallery opening night in Moscow Book on Karabakh school of carpet weaving published Next book in frame of project ‘All Schools of Azerbaijan Carpets’ Presentation Ceremony Held for the "Nakhchivan Group" Brochure There some suggestions in organization of carpet auctions in Azerbaijan Азербайджанский ковер – генетическая память народа — ИНТЕРВЬЮ С ВИДАДИ МУРАДОВЫМ Видади Мурадов: "Ковроткачество – историческое достижение азербайджанского народа"  Профессор Видади Мурадов: "Рождение и формирование ковроткачества непосредственно было связано с тюрками" "Азер-Ильме" — зеркало возрождения традиций азербайджанского ковроткачества Интерес к азербайджанскому ковру — это интерес к соткавшему его народу İctimai Elmlər Bölməsinin iclasında "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin elmi-tədqiqat fəaliyyətinə dair məruzə dinlənildi "Qarabağ bölgəsinin xalçaçılıq tarixi" kitabının təqdimatı oldu Vidadi Muradov "Dağıstanın əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilib

Kateqoriya:Azərbaycan xalçaçıları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar