İlqar Namaz oğlu Abbasov () — Şirvan Şəhəri İcra Hakimiyyətinin başçısı.

Həyatı İlqar Namaz oğlu Abbasov 1958-ci il fevral ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

İstinadlar

Kateqoriya:Nərimanov Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Suraxanı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Şirvan Şəhər İcra Hakimiyyətinin başçıları