Məzmun Kinolent xalq artisti, görkəmli Azərbaycan kinorejissoru, yazıçı və dramaturq Həsən Seyidbəyliyə həsr olunmuşdur. Burada Azərbaycanın tanınmış sənətkarlarından Rüstəm İbrahimbəyov, Rasim Ocaqov, Rasim Balayev, Xalidə Quliyeva, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Həsən Seyidbəyli haqqında söz deyirlər.
Film haqqında Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmdə kino və foto arxiv sənədlərindən istifadə olunmuş, H.Seyidbəylinin çəkdiyi filmlərdən — "Nəsimi", "Sən niyə susursan?", "Möcüzələr adası", "Bizim Cəbiş müəllim", "Telefonçu qız" kinolentlərindən fraqmentlər verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Cəmil Quliyev Ssenari müəllifi: Baba Vəziroğlu, Cəmil Quliyev Operator: Nizami Abbas Səs operatoru: Tağı Babayev
Sponsor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Kateqoriya:Həsən Seyidbəyli haqqında filmlər Kateqoriya:2002-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:"Yaddaş" Studiyası