Məzmun Filmdə keçmiş və bu günün hadisələri bir-birinə bağlı, əlaqəli şəkildə verilir.Hər iki dövrdə haqq və haqsızlığın mübarizəsi pritça diliylə, alliqoriya ilə göstərilir.bazar iqtisadiyyatı, özəlləşdirmə, insan haqları, sahibkarlıq mövzularına toxunulur. Bununla paralel olaraq Qız qalası haqqındakı əski əfsanə tamam başqa cür yozulur və düşmənə əyilməyən bir mərd qız kimi təqdim olunur. Filmin qəhrəmanı Fidan iki zaman kəsiyində — keçmişdə və bu gün-yaşayır. Sahibkarlığın inkişaf etdiyi müasir günlərdə özbaşınalığın, pulla hər şeyi həll etməyin mümkünlüyünü düşünən yolunu azmış biznesmen (Məmmədhüseyn) Fidana gözü düşdüyünə görə "Qız Qalası"nı özəlləşdirmək istəyir və hansısa yolla qalanı satın alır. Lakin Fidan qalanı keçmişdə xarici qəsbkardan qoruduğu kimi, indiki zamanda da (Fidan Axundova) biznesmenə qarşı mübarizəyə qalxır. Filmdə həmçinin qızın istəklisi Sabir (Sabir Məmmədov) mitinqlərdə, piketlərdə haqların tələb edilməsi prosesinə qatılan mübariz bir gəncdir. Film biznesmenin mənəvi məhvi ilə nəticələnir. Lakin cəmiyyətimiz hələ də qədim abidələrimizə qənim kəsilən bu cür "biznesmen"lərdən təmizlənməyib.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Əmir Pəhləvan Quruluşçu rejissor: Vaqif Azəryar Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Adil Azay Bəstəkar: Azər Zeynalov Səs operatoru: Vidadi Samanduyev, Nadir Mikayılov Montaj edən: Şahin İsbatov Redaktor: Əhməd Oğuz Koordinator: Əyyub Sədi İcraçı prodüser: İlqar Həsənov Prodüser: Əmir Pəhləvan Məsləhətçi: Fəttah Heydərov
Rollarda Fidan Axundova Sabir Məmmədov — Sabir Məmmədhüseyn — biznesmen Həlimət Məmmədova — molla Əsgər Rəhimov Şahlar Quliyev Ruhəngiz Allahverdiyeva Zərnigar Ağakişiyeva Kamil Sultanov Səfurə Əzimi Sahibə Əhmədova Hafiz Quliyev Gülüstan Əliyeva — yasdakı qadın Munis Şərifov Təranə Əliyeva Ayaz Hacıyev Məhərrəm Qurbanov Nahidə Orucova Luiza Venera Rüfət Budaqov İshaq Dəvəli Rəşid Süleymanov Gürşad Durun Vaqif Azəryar — sərkərdə
Kateqoriya:2000-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Məhəbbət filmləri