Abdullayeva Nərgiz Cavad qızı — AMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru (2012), professor.
Həyatı Nərgiz Abdullayeva 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1978–1982-ci illərdə Bakı Dövlət Layihə İnstitutunda memar vəzifəsində çalışıb. 1982-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində işə başlayıb. 1986–88-ci illərdə həmin institutun aspiranturasının əyani şöbəsində oxuyub. 1989-cu ildən Memarlıq-kompozisiyası kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 1990-cı ildə "XIX əsrin axırı XX əsrin əvvəllərində Bakı neft rayonunun sənaye-memarlığının tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib və memarlıq namizədi elmi dərəcəsi alıb. 1992-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2001-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. 2010-cu ildən Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət üzrə Problem Şurasının sədr müavini kimi fəaliyyət göstərir. 2012-ci ildə "Azərbaycan memarlığında mühəndis qurğularının rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və elmlər doktoru elmi dərəcəsi alıb.2017-ci ildə Beynəlxalq Memarlar Akademiyasına (MAAM) professor, 2020-ci ildən müxbir üzv seçilib.https://azmiu.edu.az/upload/ckeditor/848014412.pdf
84-dən çox elmi və metodik əsərin müəllifidir. Onlardan: 3-sü monoqrafiya, 1-i dərslik, 4-ü dərs vəsaiti və 6-i fənn proqramıdır.
Təltifləri 2006-cı ildə universitetin 30 illik yubileyi ilə əlaqədar olaraq "Qabaqcıl təhsil işçisi "döş nişanı ilə mükafatlandırılıb. 2012-ci ildə Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar memar" fəxri adı ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın memarları Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:Memarlıq doktorları Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar memarları Kateqoriya:Azərbaycan Memarlar İttifaqının üzvləri