Sent-Kits və Nevis () və ya rəsmi adı ilə Sent-Kristofer və Nevis Federasiyası () — Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kits və Nevis adalarından ibərətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlz, onu təmsil edən general-qubernator ser Edmund Lorens, Baş Naziri Denzil Duqlas. Ölkənin ərazisi — 261 км². Sent-Kitts və Nevis 261 км² ilə dünyanın ən kiçik federasiyasıdır. Əhalisi — 47 min nəfər (2026). Paytaxtı Baster, Sent-Kits adasında yerləşir.
Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür.
Sahil xəttinin uzunluğu — 135 km.
Tarixi Adalar 1493-cü ildə Xristofor Kolumb tərəfindən kəşf edilib. Yerli əhalisi hindular olub.
1623-ci ildə Sent-Kitsdə ingilislərin, 1624-ci ildə fransızların yaşayış məskəni salınır.
1623-ci ildə fransız-ingilis hərbi dəstələri çay sahilində 4000-ə qədər yerli əhalini süngüdən keçirirlər. Sonradan o çay qanlı çay adlandırılıb.
XVII əsrdə Böyük Britaniya və Fransa arasında adalar üstündə mübarizə gedir. 1783-cü ildə Versal müqaviləsinə görə adalar Britaniyaya verilir(Fransızlar burdan 1713-cü ildə iddialarından əl çəkmişdilər).
19 sentyabr 1983-cü ildən Sen-Kits və Nevis Federasiyası adı ilə müstəqil dövlətdir.
thumb|Sen-Kits və Nevisin xəritəsi
Mənbələr
Sen-Kits və Nevis Hökumətinin rəsmi saytı Sen-Kits və Nevis Federasiyasının Maliyyə Nazirliyinin rəsmi saytı Nevis adasıMaliyyə Nazirliyinin rəsmi saytı Sen-Kits adasının rəsmi turist saytı Nevis adasının rəsmi turist saytı Sen-Kits adasının Anqlikan kilsəsinin rəsmi saytı Sen-Kitsin xəritəsi Nevisin xəritəsi
Həmçinin bax
Kateqoriya:Federativ dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Ada dövlətlər Kateqoriya:1983-cü ildə yaranmış dövlətlər və ərazilər