Əlirza Zihaqq — azərbaycanlı yazıçı, romançı, nağıl yazıçısı, ədəbiyyatşünas, şair və tərcüməçi.
Həyatı
Əlirza Zihaqq 1959-cu ildə Xoyda anadan olub. Əsərlərini Azərbaycan və fars dillərində yazır. 1980-1983-cü illərdə Təbrizdə nəşr olunan "Dədə Qorqud dərgisi"nin, həmçinin Xoyda nəşr olunan "Əvrin dərgisi"nin redaktoru olub. Fars dilində yazılan bir çox əsərləri Azərbaycan dilinə çevirib. Hazırda internetdə "Maral" dərgisini nəşr etdirir.
Əsərləri
Səadətnamə (Neçə çağdaş iranlı yazıçının əsərlərinin Azərbaycan dilinə tərcüməsi toplumu) Quran nağılları (Azərbaycan dilində) Həmid Arəş Azadın şeiri və həyatı haqqında (Azərbaycan dilində məqalə) Urmu gölü (Minu Nüsrətin Dəryaçə şeirinin Azərbaycan dilinə tərcüməsi) Ahular və Yahular kitabı(Nağıl toplumu,Azərbaycan dilində) Başı bəlali dilimiz kitabı(Nağıl toplumu,Azərbaycan dilində) Ana (Nağıl ,Azərbaycan dilində) Barış və Sevgi (Nağıl,Azərbaycan dilində) Şahi Xanım (Azərbaycan xalq nağılı, Fars dilində) Naxçıvan gəlini (Roman, Fars dilində) Bakıda sevgi elanı (Roman, Fars dilində)
Xarici keçidlər
Əlirza Zihaqq Əlirza Zihaqq Əlirza Zihaqqın bloqu
Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər