Aynur Camal qızı Quliyeva () — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri.

Həyatı 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsini bitirib.

İctimai-siyasi fəaliyyəti 1996–2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri işləyib.

2001–2005-ci illərdə "Yeni Müsavat" qəzetinin müxbiri işləyib.

2005-ci il noyabrın 6-da 95 saylı Tərtər seçki dairəsindən deputat seçilmişdir. Aynur Camalqızı Müsavat üzvü kimi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilmiş bu digər müsavatçı deputatlar tərəfindən etirazla qaşılanmışdır. Nəticədə Aynur Camalqızı partiyadan uzaqlaşdırıldı. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

"Qadın Konsensus Mərkəzi" İctimai Birliyinin sədridir. Rus dilini bilir.

Mükafatları Aynur Camalqızı 2014-cü ildə Ali Media Mükafatının 2-ci dərəcəsi ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri