Əsgər Fədayəli oğlu Fərəci — 1937-ci ildə Kəbudər Ahəng şəhərində anadan olmuş azərbaycanlı şair.

O, azərbaycan və fars dillərində şeirlər yazıb.

2004-ci ildə Kəbudər Ahəng şəhərində vəfat edib.

Yaradıcılığı

فصل بهار سير گلستانه گلميشم/Fəsli bahar seyri gülüstanə gəlmişəm

عشق و صفايه باغيله بستانه گلميشم/Eşq o səfayə bağilə bostanə gəlmişəm

باش قوزايور چمنده اگر سرخ لاله لر/Baş qozayır çəməndə əgər sorx lalələr

گلبرگ سبز شاخه ي ريحانه گلميشم /Gülbərqi səbzi şaxeye reyhanə gəlmişəm

گللر يواش يواش آچولور گلستانيده/Güllər yavaş yavaş açılır gülüstanidə

ديدارناز غنچه ي خندانه گلميشم/Didare naze qunçayi xəndanə gəlmişəm

ابر بهار سايه سالار ساعقه ورا/Əbri bahar sayə salar saiqə vurar

نم نم شروع بارش بارانه گلميشم/Nəm nəmi şorui bareşi baranə gəlmişəm

هر يان آخار خراميله سو جويباريدن/Hər yan axar xormilə su cuybaridən

اما سراغ چشمه ي حيوانه گلميشم/Amma soraği çeşməye heyvanə gəlmişəm

چه چه سسي قولاقه نيستانده چاتميور/Çəh çəh səsi qulağa neyistanda çatmiyor

شور و نواي بلبل خوشخوانه گلميشم/Şur o nəvaye bülbüle xoşxanə gəlmişəm

زيبا طبيعتي كه خدا لطف ايديب بيزه/Ziba təbiəti ki Xuda lütf edib bizə

شكر و ثنايه در گه سبحانه گلميشم/Şükür və sənaye dərgəhe sübhanə gəlmişəm

خادم آديله عشق واريمدور طبيعته/Xadim adıyla eşq varımdır təbiətə

فصل بهار سير گلستانه گلميشم/Fəsli bahar seyre gülüstanə gəlmişəm

Qaynaqlar

Kəbudər Ahəngin tanınmış şəxsiyyətləri

Xarici keçidlər

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:Kəbudər Ahəngdə doğulanlar Kateqoriya:Kəbudər Ahəngdə vəfat edənlər