Məktuba cavab — İsmayıl Əfəndiyevin musiqili kinooçerk janrında filmi.

Məzmun Film musiqili oçerk səpgisindədir. Buraya səhnələşdirilmiş epizodlar da daxil edilmişdir.

416-cı Azərbaycan diviziyasının döyüşçüləri cəbhədən kinostudiyanın işçilərinə məktub göndərirlər. Döyüşçülər xahiş edirlər ki, respublikanın əmək nailiyyətləri, arxanın qəhrəmanlıq işləri barədə onlara xəbər versinlər. Kinostudiyanın işçiləri bu məktuba cavabı kinonun dili ilə göndərməyi qərara alırlar.

Kinokamera bizi məktublarına cavab olaraq iki qutu kinolent almış döyüşçülərin hərbi hissəsinə aparıb çıxarır. Əsgərlər öz doğma vətənləri Azərbaycanın iqtisadi, mədəni vəziyyəti ilə tanış olurlar. Filmdə arxa cəbhədə zəhmətkeşlərin qəhrəmanlığı, neftçilərin fədakarlığı əks etdirilir. Ekranda Azərbaycan Dövlət Konservatoriyasının uşaq orkestri, saz çalanlar ansamblı, mahnı və rəqs ansamblı bir-birini əvəz edir, xalq artisti Bülbül çıxış edir, Azərbaycan radio komitəsinin xor kollektivi bəstəkar Cahangir Cahangirovun "416-cı" mahnısını oxuyur, istehsalatda olan "Arşın mal alan" bədii filmdən bir epizod göstərilir.

Filmin heyəti

Filmin üzərində işləyənlər Rejissor: İsmayıl Əfəndiyev Operator: Seyfulla Bədəlov Səs operatoru: Ağahüseyn Kərimov

Rollarda Xosrov Məlikov — əsgərAydın Kazımzadə. "Kinosalnamə" [Böyük Vətən müharibəsinin kinoda təcəssümü haqqında] //Mədəniyyət TV.- 2016.- 9 may. Lütfəli Abdullayev — Vəli

İstinadlar

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1944-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Musiqili filmlər