Məhəmmədsəlim bəy Gərmərudi — şair, yüzbaşı.

Həyatı Məhəmmədsəlim bəy Sərab vilayətinin Gərmərud mahalının Baslıq kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qızılbaş ordusunda xidmət etmişdi. Yüzbaşı rütbəsi vardı.

Məhəmmədsəlim bəy şair idi. Əfqan təxəllüsü ilə qəlboxşayan şeir yazırdı. Ünlü bioqraf Məhəmmədəli xan Tərbiyyət onun haqqında yazır: "Əfqan Məhəmmədsəlim bəy yüzbaşı Azərbaycanın Gərməri mahalından, söz ustalarındandır. Onun 600 beytdən ibarət qəzəllər və rübailər divanı vardır. Aşağıdakı rübailər ondandır:

Yaradıcılığı Səni axtaranda mənim ayaqlarım titrəyir,

Günahdan qorxub, duada dodaqlarım titrəyir.

Camalın gülüstanını görmək həvəsilə mən,

Gecə həm gündüz nəsim kimi gözlərim titrəyir.

Tikdi məscid binası – bir sığıncaq, Əfqan,

Hər axşam faydalansın gələnlər oradan.

Allahın fəzlilə bu bina çatdı sona, “Min Fəzlillah” sözünü tarix etdim ona. (Hicri qəməri 1037\1627)

Mənbə Ənvər Çingizoğlu, Sərab xanlığı, Bakı, "Mütərcim", 2012. 232 səh.

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:İran azərbaycanlısı şairlər Kateqoriya:Sərabda doğulanlar