Zərdüşt, Zaratuştra və Zoroastr — zərdüştçülük dininin yaradıcısı, İranın ən böyük tarixi şəxsiyyətlərindəndir. İndiki İranın şərqində e.ə. VI–V yüzilliklər arasında yaşaması ehtimal edilir. Bəzi mənbələrdə Zərdüştün doğulduğu yer Bəlx, bəzən isə Raqa göstərilir.
Avesta kitabı Orta əsrlərdə ən möhtəşəm tarixi olması barədə məlumat verilir. Avestanın qatlarında verilən moizə-nəğmələrdə Zərdüşt tək Tanrıya sitayiş edən qədim Ariya (Əryan) dinlərinin əsaslarını yenidən qaytarmağa çalışır, qanlı qurbanlara və "xaum" ayininin həyata keçirilməsinə qarşı çıxır. Öz moizələrində Zərdüşt təbiətcə bir-birinə zidd və daima mübarizə aparan iki qüvvə – Xeyir və Şəri Tanrının iki başlanğıc enerjisi kimi qələmə verir. İnsanlara Xeyirə tabe olub (xeyirli işlər görüb) Şərdən qaçmağı təbliğ edirdi. Zərdüşt Peyğəmbər bəşəriyyətin ümumi yaşam konsepsiyasını bircə cümlədə ifadə etmişdir – Doğru Düşüncə, Doğru Söz, Doğru İş! Bütün dinlərin mahiyyəti, insanlığın mənası, Allahı dərk etməyin yolu bu fikirdə ifadə olunub..
Həyatı Orta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır..
Peyğəmbərliyə yüksəlməsi Otuz yaşında Tanrıdan bilik alan Zərdüşt artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. O səhər müqəddəs çayı keçərkən səmavi ruhlardan Brahman onun qarşısında nazil olur və Zərdüştü Tanrının – Ahura Məzdanın yanına qaldırır. Dərgahda Zərdüşt ilahidən vəhy alır. Buradan cəhənnəmə düşən Zərdüşt onu öz dinindən döndərmək istəyən şər ruhu Anhra Manyu (Əhrimən) ilə görüşür. Əhrimən istəyinə çata bilmir və Zərdüşt göylərdən enərək öz təlimini "Avesta" adlı müqəddəs kitabda ifadə edir. İlhamını göylərdən alan Zərdüşt ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın (bəzi müəlliflərə görə Midiya hökmdarı Astiaqın) sarayına yollanır və onu öz dininə gətirir.
Şər ruhlar onu burada da təqib edirlər, lakin hər dəfə Zərdüşt müqəddəs kitabdan – Avestadan dualar oxumaqla onları qova bilir. Zərdüştün təlimi təkallahlılığı irəli sürür və dünyada iki əbədi başlanğıc – Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini və bunların Uca Tanrının enerjiləri olduğunu təbliğ edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Məzdaya xidmət etməkdir. Son nəticədə insan şərə qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir.
Zərdüşt Peyğəmbər öz Müqəddəs Missiyasını – dünyanın ən qədim biliklər sistemini, əbədi dinini və ruhi elmləri, tarixin hansı zamanındasa itirilmiş mədəniyyəti bütün insanlara yenidən qaytarmağa çalışır, Tanrı və yaradılış haqqda biliyin bərpasına can atırdı. Bu bilik ona Şəxsən Tanrının Özü tərəfindən verilmişdi və o bunu etməyə borclu idi. Bu qədim və mohtəşəm ideologiya ən ali prinsipə əsaslanırdı – Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl. Tanrıya sonsuz məhəbbətlə xidmət və bütün canlılara hörmət. Budur elm və budur din (Rabindranat Taqor).
Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgahlar tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxud da düşmən əskərlərinin əli ilə 77 yaşında öldürülür.
Zərdüşt mənbələrdə Zərdüşt haqqında ilkin məlumat verən yunan tarixçisi Xsanti (e.ə. 465–425) olmuşdur. Kiçik Asiyanın Sard şəhərində yaşayan Xsanti Herodotdan da əvvəl Urmiya gölünə qədər olan əraziyə bələd olmuşdur. İlk əvvəl Herodot, sonralar isə Dəməşqli Nikolay onun yazılarından istifadə edib məzdəizm haqqında məlumat vermişdir.
On yeddi il Əhəməni sarayında yaşayıb, əsərini dövlət arxivinin sənədləri əsasında yazan Ktesidən (e.ə. 464–358) istifadə edən Diodor Zərdüştün Bəlx şahı olduğunu bildirmişdir.
Ammian Marsellin yazdığına görə Zərdüştün dövründən etibarən xüsusi ailədən xüsusi ailədən olan maqlar nəsildən-nəsilə din başçılığına təyin edilmişlər (Ammian Marselli, XXIII, 6). Ona görə ilk əvvəl onların sayı az olsa da sonralar get-gedə artmışlar. Maqlar adət-ənənələrinə görə digər təbəqələrdən fərqlənirdilər. Onlar xüsusi hörmət və nüfuza malik olmuşlar.
Plasta istinad edən Ammian Marsellin davam edərək yazır ki, "maqların təriqəti və dünyagörüşü yüksək olmaqla bərabər, həm də onların Allaha ibadət etmələri sırf və ciddidir. Bu dünyagörüşünün banisi Bəlxdən olan Zərdüştdür. Belə ki, onun ideologiyasını Daranın atası Gəştasib qəbul edib, onun dininə inanmışdır. Dara Bisütun qayasında atasın aişarə edərək yazmşdır: "Part və Varkan mənim əleyhimə çıxaraq Frasyakın tərəfinə keçdilər. Atam Part ölkəsində idi, orada yaşayanlar ona qarşı çıxdıqda o, ordusu ilə geri çəkildi. Partlarla olan vuruşmada atam Hörmüzdün köməyi ilə onlara qalib gəldi (e.ə. 521-ci il 5 fevralda). Mən isə Raqadan (indiki Rey şəhəri) Pars ordusunu atamın köməyinə göndərdim. Onlarla birlikdə düşmənə qarşı çıxan Gəştasib (e.ə. 520) üsyan edənləri darmadağın etdi." Kitabədə Dara atasını şah deyil, bir əyalətin satrapı adlandırır.
III Artakserks (Ərdəşir 356–338) Təxti Cəmşid kitabəsində öz əcdadı haqqında yazır: "Böyük şah, şahlar şahı, ölkələr şahı, bu ərazinin şahı. Mən şah I Artakserksin oğluyam. Artakserks Xaşayarşanın, Xaşayarşa Daranın, Dara isə Gəştasibin, Gəştasib isə Arşamın oğludur".M. A. Dandamayev – İran pri pervıx Axemenidax, Moskva, 1963, səh 41–79 Abdulla Fazili qeyd edir ki, şübhəsiz adı bu kitabədə çəkilən Gəştasibi Zərdüştün himayədarı hesab etmək mümkün deyil. Ona görə ki, bütün dövrlərdə Gəştasib adlı şəxslər olmuşdur. Müasir dövrdə Zərdüşt dininə (daha doğrusu atəşpərəstliyə) inananların əqidəsinə görə Zərdüşt e.ə. 660–589-cu illər arasında yaşamışdır.İ. Purdavud – Qatha, Bombey, 1927, səh 120 – 130 Bu ehtimal həmçinin pəhləvi mənbələrində az fərqlə təsdiq edilir.Abdulla Fazili – Atropatena, Bakı, 1992, səh, 164
Ardavirafnamənin I fəslində deyilir ki, "müqəddəs və pak din olan bu dinin banisi Zərdüşt öz ideologiyasını əhali arasında yayıb təbliğ etmişdir. Məzdəizm 300 il müqəddəs və toxunulmaz qala bilmişdir. Nəhayət şər rəmzi olan Əhrimənin köməyi ilə Makedoniyalı İsgəndər Əhəmənilər imperiyasına hücum edib oranı dağıtmışdır".Ardavirafnamə, IV–XII
Zad Sparam əsərində deyilir: "Zərdüşt dininin yarandığı gündən 300 il sonra pərs taxt-tacı əldən getmişdir".Zad Sparam, XIII fəsil, 12-ci vərəq, Zərdüşt haqqında Şübhəsiz ki, burada da Makedoniyalı İsgəndərin Əhəmənilər imperiyasına yürüşü nəzərdə tutulur.
Bəndhüş adlı başqa bir mənbədə deyilir: "Kəyan sülaləsinin (Əhəmənilər) hakimiyyət başına keçməsindən İsgəndərin vəfatına qədər olan müddət 329 ildir. Buna görə də Zərdüşt e.ə. 595-ci ildə peyğəmbər olmasını elan etmişdir. Bəhdhüşə görə İsgəndər on dörd il hökmdarlıq etmişdir".Bəndhüş, 44 Fəsil, 7 – 8 vərəqlər
Ərəb müəllifi Məsudi deyir: "maqların rəvayətinə görə onların peyğəmbəri olan Zərdüşt ibn Spitmanın dövründən İsgəndərə qədər olan müddət 258 ildir".Əl Məsudi – Müruc əz zəhəb və əl məadin əl cövhər, Paris, 1861
Əbu Reyhan Biruni də Zərdüşt ilə İsgəndər arasında olan müddəti 250 il hesab edir.Əbu Reyhan Biruni, səh 267
Zərdüşun "mənşəyi" haqqinda Zərdüştün ehtimal ki, Azərbaycandan olduğunu göstərən bəzi mənbələr var. Savalan dağı (Pəhləvi: Sebīlān, 4811 m) İranın Azərbaycanda, Ərdəbil şəhristanında yerləşir. Azərbaycan xalqı bu dağını Soltan Savalan adlandırır. Onlar Savalan dağını müqəddəs dağ hesab edirlər.
Maraqlıdır ki, bir çox tədqiqatçı Zərdüşt peyğəmbərin ilk dəfə İranın qərbində, ya Atropatenada (Pəhləvi: Ādurbādagān), ya da Midiya ərazisində peyda olduğunu düşünür.
Həqiqətən də, bir neçə mənbə Zərdüştün Adarbijan və ya Midiya-Atropatenada yaşadığını və hətta Urmiya şəhərini Zərdüştün doğulduğu yer kimi göstərdiyini bildirir. Digər mənbələr hətta Zərdüştün atasının evinin Adarbijan (Atropatena) ərazisindəki Savalan (Sebīlān) dağından Aras çayına tökülən Darja /Darej (Pəhləvi: Dāraja) çayının yaxınlığında olduğunu göstərir.
Lakin ərəb yazıçısı Qəzvini Zərdüştü Atropatenanın paytaxtı Şizlə əlaqələndirir. Roulinson Şizi qədim İranın üç Böyük Yanğınından birini Azərbaycandakı Adur Quşnasp (indiki Azarqoşnasp) od məbədində tutan Taxt-e Süleymanla eyniləşdirir.
Qəzvindən (Rawlinsondan sitat gətirilmiş) bir parçada deyilir: "Şizdə Azərexşin atəşpərəst məbədi [Pəhləvi: Adur Quşnasp/ Azar Quşnasp] var, bu, Maqların ən məşhur Pirsasıdır; atəşpərəstlik dövründə padşahlar həmişə ziyarətə piyada gəlirdilər. Azərexş məbədi, deyilənə görə, Şizdən Sebīlān dağına gedən və bir müddət orada qaldıqdan sonra Zend-Avesta ilə geri qayıdan Maq dininin banisi Zeratuşta aid edilir. Bu, qədim fars dilində yazılsa da, şərhsiz başa düşülə bilməzdi. Bundan sonra o, özünü peyğəmbər elan etdi."
Vilyams Ceksonun Ādarbījān Şiz haqqında danışarkən sözlərinə görə, Qəzvini sözünə davam edərək deyib: " Məcusilərin peyğəmbəri Zərdüşt öz mənşəyini buradan (yəni Ādarbījān) götürür. Deyilənə görə, o, Şizdən gəlib. O, insanlardan ayrı, Sebīlān dağına gedib ."
Cekson göstərir ki, Avestada Zərdüştün Ahura Məzda ilə ünsiyyət qurduğu Darja çayının kənarındakı bir təpədən bəhs olunur. O, təpənin (zbarah) və ya dağın (gairi) Sebīlan dağı olduğunu iddia edir. Onun fikrincə, Avestanın Darja çayı, ehtimal ki, Sebīlan dağından Aras çayına (Araxes) tökülən müasir Dərya (?) ola bilər.
Maraqlıdır ki, Avestada Ahura Məzdanın öz xalqı üçün yaratdığı 16 mükəmməl torpaq (asah) və ölkədən (šōiθra) bəhs olunur. Avesta Coğrafiyası Avestanın İran Vej (Avesta: Ayriianəm Vaēǰah, Pəhləvi: Ērān-wēz, “Aryanların ərazisi”) ərazisini Atropatena [Azərbaycan] ilə eyniləşdirir.
Həqiqətən də, Cekson yazır ki, Bundahiş (Orta farsca: Bun-dahišn(īh) , "İlkin Yaradılış", Zərdüşt kosmologiyası haqqında ensiklopedik inanclar toplusu) İran Veci (Zərdüştün ( Zərdüştün ) doğulduğu və dinini orada qurduğu müqəddəs Zərdüştlük diyarı) birbaşa Atropatena ilə əlaqələndirir: " Aīrān vej pavan kōst-ī Ātūr-pātakān" [Azərbaycan].
Lakin Ceyms Darmesteter ilk əyalət olan Airyanem Vaeja (İran Vej) və ya Eranweji Arran (indiki Qarabağ, indiki Azərbaycan kimi tanınır) ilə eyniləşdirir.
Darmesteter Avesta Vendidat/ Vidēvdād (Fargard 1) əsərindən parçanı belə tərcümə edir: “Ahura Mazda Zərdüştraya müraciət edərək dedi: Mənim, Ahura Mazdanın yaratdığı yaxşı torpaqların və ölkələrin birincisi Vanguhi Daitya tərəfindən yaradılan Airyana Vaeja idi.”O, Vanguhi Daitya çayının (Avesta: Vaŋuhī Dāityā “yaxşı Daityā”) Arrana məxsus olduğunu və Araz çayının (Araxes) Arrana aid olduğunu qeyd edir.
Həqiqətən də, Arran bölgəsi Pəhləvi dilində Ārān, latın dilində isə Albaniya kimidir - Azərbaycan. Pəhləvi və Sasani kitablarında Airyanem Vaeja Azərbaycan ətrafında təqdim olunurdu. Ceyms Darmesteter və Erns Herzfeld kimi bəzi tarixçilər Airyanem Vaejanın yerləşdiyi yerin Azərbaycan və Qafqaz ətrafında olduğuna inanırdılar.
Bu vaxt Bundahiş Zərdüştün atasının evinin yaxınlığında yerləşən Darja/Darej çayının İran Vejində olduğunu göstərir. Bu baxımdan, Cekson qeyd edir ki, Bundahiş həmçinin Zərdüştün İran Vejində ilk ibadətini təqdim etməsinə də işarə edir. O, Avestadan parçanın Darmesteterin tərcüməsini təqdim edir: "Zərdüşt Dərejin yüksək sahilində Ahura Mazda ilə yaxşı Ahura Mazdanın qarşısında oturaraq (?) söhbət etdi..."
Daha sonra Cekson bildirir ki, "Lokalizasiyalara gəldikdə, Airan Vej (Avestan: Ayriianəm Vaēǰah) çayının ən azı qismən Adarbaijan ilə eyniləşdiriləcəyinə və Avestanın qədim Darej çayının müasir Dəryai çayı ilə eyni olduğuna inanmaq üçün yaxşı əsas var. Dəryai Rūd çayı Adarbaijandakı Savalān (Sebīlān) dağından şimala doğru Araz çayına tökülür."