Böyük Dara (E.ə. 549 - E.ə. 485, Qədim Farsca: 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator.

Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə mənbələrdə דַּרְיָוֶשׁ (Daryaweş) Antik Yunancada (Darios), Latınca və Romalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Darius apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır.

Dārayava(h)uš15px20px20px20px20px20px20px

Həyatı I Dara e.ə.522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. Onun dövründə İran dünyanın ən güclü dövləti idi. Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi. Daranın hakimiyyəti altında səksənə yaxın xalq yaşayırdı. O, güclü mərkəzləşdirilmiş dövlət yaradıb ölkəni əyalətlərə - satraplıqlara bölmüşdü.Ona görə də Daraya şahlar şahı deyirdilər.

Hakimiyyətə gəlməsi

II Kir massagetlərlə döyüşdə həlak olduqdan sonra onun yerinə böyük oğlu II Kambis keçdi. Atasının yolu ilə gedən Kambis qonşu ölkələrə hücumları davam etdirirdi. Yeni hökmdar dəliqanlı və qəddar idi.Taxt-taca göz dikən olmasın deyə Kambis sui-qəsdlər təşkil edib yaxın qohumlaını qətlə yetirirdi.

Misirə yürüş edən Kambis öz adamlarına tapşırdı ki, o, Misirdə olarkən kiçik qardaşını qətlə yetirsinlər. Padşah yola düşəndən bir az sonra onun kiçik qardaşı yoxa çıxdı. Lakin onun necə öldürülməsindən heç kimin xəbəri olmadı.Bundan istifadə edən midiyalı maq Qaumata şahzadənin otağında gizlənib öz yaxın adamları vasitəsi ilə Kambisin kiçik qardaşı adından ölkəni idarə etməyə başladı.

Kambis Misirdən qayıdarkən kahinlər padşaha dedilər ki, o öz ölümünü Ekbatanda tapacaq. Kambis qərara aldı ki, bu şəhərə etməsin. Xeyli yol gedəndən sonra Kambisin qoşunu bir sakit şəhərin kənarında düşərgə saldı. Bir qədər dincəldikdən sonraKambis şəhərə adam göndərdi ki, buranın hansı şəhər olduğunu öyrənsin.Gedənlər xəbər gətirdilər ki, bu şəhərin adı Ekbatandır. Kahinlərin sözünü xatırlayan Kambis cəld yola düşməyi əmr etdi. Özü isə tələsdiyindən ata minərkən ayağını yaraladı. Yara uzun müddət sağalmadı və Kambis yoldaca dünyasını dəyişdi.

İranın paytaxtı Suzda isə Qaumata Kirin kiçik oğlu adından ölkəni idarə edirdi.Öz qızını şahzadəyə ərə vermiş Otan adından bir saray əyanı kürəkəninin üzə çıxasından şübhəyə düşdü.Qaumatanın da birdən-birə yoxa çıxması Otanın şübhələrini artırdı.Nəhayət o,qızının yanına gedib soruşdu ki,o,ərni axırıncı dəfə nə vaxt görüb.Qız dedi ki,əri gecə düşənən sonra onun otağına gəlir,heç vaxt da çırağını yandırmır.Birdən Otanın yadına düşdü ki,vaxtı ilə Kambis Qaumatanı cəzalandıraraq onun qulaqlaını kəsdirmişdir.O,qızına dedi ki,gecə əri yatandan sonra,görsün onun qulaqları yerindədirmi.

Qız atasının xahişini yerinə yetirdi və səhərisi gün ona xəbər verdi ki ərinin qulaqları yoxdur.

Otana hər şey bəlli oldu. O, yeddi ən nüfuzlu saray əyanını bir yerə yığıb məsələni onlara açdı.Əyanlardan Dara adlı birisi dedi ki,mütləq bu gecə Qaumatanın gizləndiyi otağa gedib onu öldürmək lazımdır,əgər bu işi sabaha saxlasalar, kimsə ona xəbər verəcək,onda qaumata oların axırına çıxacaq..Hamı Daranın fikri ilə razılaşdı.Onda Dara dedi:

-Gecəyə kimi heç kim bu otaqdan çıxamamalıdır..Gecə isə hamımız bir yerdə çıxıb onun otağına gedəcəyik.

Əyanlar razılaşdılar.Hamı gecəni gözlədi.Yatmaq vaxtı gələndə yeddi saray yanı otaqdan çıxıb kiçik şáhzadənin otağına yolandılar.Keşikdə duran fərraşlar nüfuzlu əyanları saxlamağa cürət etmədilər.Əyanlar qəfildən otağa girəndə ,gördülər ki,Qaumata ilə qardaşı burada oturub söhbət edirlər.Qaumata işin nə yerdə olduğunu bilib tez xəncərini götürdü və o biri otağa qaçdı.Dara ilə Otan onun dalınca tərpəndilər.Maqın qardaşı isə o biri əyanların qabağını kəsdi.

Qaranlıq otaqda Qaumata ilə tutaşan Otan gördü ki,maqa güc gələ bilmir,Daranı köməyə çağırdı.Dara isə əlində qılınc süpürəşənlərin ətrafına fırlanır,nə edəcəyini bilmirdi.Axırda Otan dözməyib Daraya qışqırdı:

-Vur da! Nə durmusan!

-Axı qorxuram qılınc sənə dəyə.

-İkimizi də vur!

Dara gözünü yumub qaranlıqda süpürüşənlərə qılıncla zərbə endirdi.Xoşbəxtlikdən qılınc Qaumataya dəydi.Midiya maqı yerindəcə canını tapşırdı.

Səhər açılanda saray əyanları farsları yığıb əhvalatı onlara danışdılar.

Kirin nəslindən padşahlıq taxtına oturmağa heç kim qalmamışdı.Odur ki,saray əyanlarından biri təklif etdi ki ,Yunanıstanda olduğu kimi ağsaqqallar şurası yaratsınlar.Qo dövləti həmin şura idarə etsin.Lakin Dara buna etiraz etdi:

-Xalq hakimiyyəti Yunanlarda qəbul olunub.Ancaq biz yunan deyilik,farsıq. Başqa xalqın adətini götürüb özümüzünkündən imtina etmək bizə yaraşmaz. Bizə padşah lazımdır.

Farslar Dara ilə razılaşdılar.Onlar bu qərara gəldilər ki, Qaumatanın öldürülməsində iştirak edən yeddi əyandan biri İranın padşahı olsun. Sözü bir yerə qoydular ki, səhər hamısı atlanıb şəhər darvazasına çıxsınlar.Şəhərdən çıxandan sonra kimin atı birinci kişnəsə,o da padşah olsun.

Daranın bir ağıllı mehtəri var idi.Məsələnin nə yerdə olduğunu bilən mehtər qərara gəldi ki,ağasına kömək etsin.Daranın ilxısındakı atlardan birinin yenicə bir balası olmuşdu.Mehtər gecə ikən bu dayçanı götürüb şəhər darvazasından çıxardı və yaxın bir yerdə gizlətdi.

Səhər açıldı, yeddi fars əyanı ata süvar olub şəhər darvazasından çıxdılar.Bir az getmişdilər ki,Daranın madyanı balasının iyini hiss etdi və kişnədi.Qalan əyanlr atdan düşüb Daranın qabağında diz çökdülər və “Əhəmənilər hökmdarı Daraya eşq olsun!” dedilər.

Daxili çəkişmə

II Kambisin bacarıqsız idarəsi nəticəsində İranda taxt Smerdisin əlinə keçmişdi. Ölkə iç savaşın ucuna gəldiyi sırada Kambis intihar etdi.

Ancak sarayda Smerdisin bir saxtakar olduğu fikri yayılırdı. Bəzilərinə görə taxtda oturan şəxs Böyük Kirin oğlu Smerdis değil, Qaumata adında bir məcusi kahin, maqdı. Ölümsüzlərin sərkərdəsi olan general Dara bu söyləntiləri yayaraq Smerdisə qarşı üsyan bayrağı qaldırdı. Soylularla birləşərək Smerdisi devirdi və şah oldu.

İmperianın qızıl çağı

Kir Asiyada gedə biləcəyi ən uc nöqtəyədək getmiş və orada ölmüşdü. Kambis də Afrikada ən uc nöqtəyə çatmış və ölmüşdü. Daranın imperiyası Avropa yönündə genişlətməyə qərar verdi.

Qərbi Anadoluda İonların üsyanı farsların diqqətini çəkdi. Üsyanı Yunan şəhərlərinin dəstəklədiyini başa düşdükdə Dara Egeyin qarşı yaxasına səfər etmək qərarına gəldi. Ancaq Yunanıstan gözlənəndən daha zorlu bir düşmən çıxdı, döyüşən şəhərlərin direnişi və coğrafi maneələr üzündən üzülən İran ordusu Marafonda məğlubiyyətə uğradı.

Trakiya və Makedoniyanı istila edən Dara, şimal bozqırlarındaki İskit savaşçılarının üzərinə yürüş etsə də, önəmli bir nəticə əldə edə bilmədi.

Dara dönəmində imperiya ən geniş sərhədlərinə malik oldu. Tikintisinə Böyük Kirin başladığı ticarət yolları tamamlanaraq çatdırılma asanlaşdı. Sərhədlər içindəki sülh və istiqrar sayəsində iqtisadiyyat inkişaf etdi və Aralıq dənizinin qərbinədək uzanan ticarət xətləri quruldu.

Daranın hökmü altına girən müxtəlif millətlər arasında qısmən huzur təmin edilmişdir. Yəhudilərə dini sərbəstlik verildi. Misirdə bir tapınak inşa edildi. Yunan kahinlərinə önem verildi.

Dara dönəmindəki ən böyük bayındırlık fəaliyyəti isə Persepolis adlı yeni mərkəzin inşa edilmesi oldu.

Üsyanların yatırılması

I Dara hakimiyyətə gəldikdən sonra Əhəməni dövlətinə daxil olan ölkələr üsyan qaldırdılar. İlk növbədə Elam və Babilistan müstəqillik elan etdilər. Bisütun kitabəsi Elam üsyanını belə şərh etmişdi: "Şah Dara deyir: - Mən Qaumatanı öldürəndən sonra Upadarmanın oğlu Assina adlı bir adam Elamda üsyan qaldırdı. O, camaata deyirdi: "Mən Elam hökmdarıyam". Elamlılar qiyam qaldırdılar və bu Assinanın tərəfinə keçdilər. O, Elamda hökmdar oldu". I Dara üsyanın genişlənməsinə imkan vermədi. Assinaya qarşı hərbi dəstə göndərdi. Yəqin ki, onun dəstəsi Elamda müqavimətə rast gəlmədi. Assina tutuldu, əl-qolu bağlı Daranın hüzuruna gətirildi və sonra da edam edildi. Bir müddət sonra Elamda yeni üsyan cəhdi göstərildi. Bu dəfə üsyanın başında fars Martiya dayanırdı. Lakin üsyan geniş vüsət almadı. Bisütun yazısı qeyd edir: "O, camaata deyirdi: "Mən Elam hökmdarı Ummanişəm". Bu zaman mən (yəni Dara) Elamın yanında idim. Elamlılar məndən qorxdular, başçıları Martiyanı tutdular və onu öldürdülər". Elamda baş verən üsyanlar asanlıqla yatırıldı. Elam e.ə. 520-ci ildə də üsyan qaldırdı. Bu üsyan da uğursuz oldu. Üsyan başçısını tutub edam etdilər. İlk üsyanlardan biri də Babilistanda baş verdi. Bisütun kitabəsi üsyanın başlanğıcını belə təsvir etmişdir: "Babilli Nidintu-Bel adlı bir adam Babildə üsyan qaldırdı. Camaatı o belə aldadırdı: "Mən Nabonid oğlu Navuxodnosoram". Belə olduğu təqdirdə Babil camaatı hamısı bu Nidintu-Bellin tərəfinə keçdi. Babil qiyamçı oldu, o, isə Babildə hakimiyyəti ələ keçirtdi.". I Dara Babil üsyanın yatırılmasında şəxsən iştirak etdi. Ordu Dəclə çayını keçdi. E.ə. 522-ci iİin dekabrında çay sahilində döyüş baş verdi. Üsyançılar məğlub oldular. Nidintu-Bel yeni qüvvə toplayaraq Fərat çayı yaxınlığında I Dara ilə rastlaşdı. I Dara bu döyüşdə də üsyançı dəstələrə qalib gəldi. Bisütun kitabəsi davam edir ki, "Nidintu-Bel az bir süvari dəstəsilə qaçdı və Babilə gəldi. Onda mən Babilə yola düşdüm. Ahuramazdanın iradəsi ilə mən Babili tutdum və Nidintu-Beli ələ keçirdim. Sonra mən bu Nidintu-Bel və onunla olan adamları payaya keçirtdim. Cəmi 49 adam edam etdim". I Dara Babilistanda olarkən Fars (Parsa), Midiya, Marqiana, Parfiya, Misir, Sattaqidiya, Saqartiya, Saklar üsyan qaldırdılar. Həmçinin elamlılar da artıq ikinci dəfə üsya qaldırmışdılar. Vəziyyətin bu gedişi Əhəməni dövlətinin dağılması təhlükəsi yaratmışdı.

Marqiana üsyanı

Bisütun yazılarından məlum olur ki, Əhəməni dövlətinin şərq vilayəti - Marqianada Frada adlı şəxsin başçılığı ilə üsyan qalxmışdı. O, özünü şah elan etmişdi. Güman ki, Frada Marqiana satrapı olmuşdur. Lakin Bktriya satrapı Dadarşiş I Daranın göstərişi ilə e.ə. 522-ci il oktyabrın 10-da öz qoşunları ilə üsyanı yatırdı. I Dara üsyanın yatırılmasını belə təsvir edir: “Marqiana adlandırılan ölkədə Frada adlı birisi özünü şah elan eləyərək əhalini mənə qarşı üsyana qaldırdı, Onda mən, Dardaşişı - mənim sadiq Baktriya satrpımı onların üzərinə göndərdim və dedim…get məhv elə oları… mənə tabe olmayanları. Dardaşiş qoşunla onların üzərinə getdi marqianalılar döyüşü uduzdu. Axuraməzdanın iradəsilə mənim qoşunum üsyançı qoşunu tamamilə məğlub etdi. Bu assiya ayın 23-cü günündə idi, döyüş oldu. Bundan sonra ölkə mənimlə oldu.” Üsyan nəticəsində 55200 nəfər həlak oldu, 7 minə yaxın isə əsr aparıldı sonar qul kimi satıldı. Hadisənin nəticəsi göstərir ki, Marqiana üsyanı ümumxalq hərəkatı xarakteri daşıyırdı.

Pars və Araxoziya üsyanları

Dövlətin əsas dayağı olan Pars (Fars) və Midiyanı da üsyan alovu bürümüşdü. Farsda Vahyazdata adlı bir nəfər üsyan qaldırmışdı. O, camaata deyirdi ki, "Mən Kuruşun oğlu Bardiyəm". Orada yerləşdirilmiş Əhəməni ordusu üsyançının tərəfinə keçmişdi. I Dara üsyançılara qarşı yanında olan Midiya və Pars ordularını göndərdi. Bu zaman Araxoziya da (İranın şərqində) Vaxyazdata üsyanına qoşulmuşdu. I Dara ordunun bir hissəsini e.ə. 522-ci il dekabrın 29-da bir tərəfdə Kapişakaniş qalasında Vaxyazdata qarşı, digər bir hissəsini isə Aroxis satraplığınnda qalxmış üsyanı yatırdmaq üçün onun sadiq satrapı Vivana köməyə göndərmişdi. Vaxyazdatanın verdiyi itgilərə (303 nəfər) baxmayaraq bu döyüşdə heç bir tərəf qətiyyətli qələbə qazanmadı. E.ə. 521-ci ilin fevralın 21-də Qandutava ətrafnda döyüşdə Vivana üsyançıların müqaviməti qəti olaraq qırdı. Üsyançılar bu döyüşdə xeyli (4579 nəfər) itki verərək Ərşad(Arşad) qalasına çəkildilər. Mart ayında isə Vivan üsyançıları məğlub edərək üsyançı ordunun rəhbərləri edam etdirdi.