İshakın qurban olunması () — Rembrandt van Reyn tərəfindən 1636-cı ildə çəkilmiş 195 x 132,3 sm ölçülü rəsm əsəri. Tabloda İbrahimin oğlu İshakı Allah yolunda qurban kəsərkən, son məqamda Allahın onun mömünlüyü qarşılığında mələk vasitəsilə bıçağı əlindən salması təsvir olunmuşdur. Bu mativ Rembrandtın şagirdi tərəfindən təkrarən çəkilmiş və təkmilləşdirilmişdir. Şəklin imza yerində bu sözlər "Rembrandt. verandert. En over geschildert" (Rmbrandt. dəyişdirilmiş və təzələnmişdir) qeyd olunmuşdur. Əsərin Rembrandtın əlindən çıxmış 1635-ci ilə aid orijinal variantı Ermitajda saxlanılmaqdadır.
Kateqoriya:Köhnə Pinakotek Kateqoriya:Rembrandtın rəsm əsərləri Kateqoriya:Ermitajdakı rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər