Burada başlanmışdır qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən söhbət açılır.
Məzmun Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən, Bakının SSRİ-də birinci neft bazası kimi rolundan, neftçi kadrları hazırlayan əsas tədris ocağı olmasından, qəhrəman neftçilərimizin işindən, neftçi alimlərimizdən, neftçilərimizin Bolqarıstanda, İraqda, Əlcəzairdə, Hindistanda, Əfqanıstanda, Kubada, Suriyada və digər xarici ölkələrdə neft sənayesinin inkişafı sahəsindəki xidmətlərindən söhbət açılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 168
Filmdə biz əfsanəvi neft ustası Piri kişi və öz işinin professoru Gülbala Əliyev, məşhur neftçilərdən Ağa Nemətulla, Mixail Kaveroçkin və Qurban Abbasov, Sibir bahadırı, geoloq Fərman Salmanov, dəniz buruq ustası Məmməd Qəmbərov, professor Əyyub Tağıyev, akademik Məmmədpaşa Quluzadə və başqaları ilə tanış oluruq.
Festival və mükafat 1975-ci ildə Kişinyovda VIII Ümumittifaq kinofestivalında film böyük sovet neft tarixinin obrazlı bərpasına görə münsiflər heyətinin xüsusi diplomuna layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Filmi izlə (rus dilində, yarımçıq) Filmin musiqisi (video) Filmin musiqisi (audio)
Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:1974-cü ilin Azərbaycan filmləri