Yusif Süleyman bəy oğlu Musabəyov () — Azərbaycan kimyaçısı, kimya elmləri doktoru, professor, 1966-cı ildə Parisdəki Beynəlxalq Elmi-Tarixi və Fəlsəfə Akademiyasının müxbir üzvü.

Həyatı Yusif Süleyman bəy oğlu Musabəyov 10 aprel 1910-cu ildə Tiflis şəhərində anadan olub. Əslən Qəbələ bölgəsindəndir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. O, Yaroslavl Texnologiya İnstitutunun üzvi kimya kafedrasının yaradılmasına və inkişafında iştirak etmişdir. Musabəyov Beynəlxalq Təbiətşünaslıq və Fəlsəfə Tarixi Akademiyasının (Paris, Fransa) müxbir üzvü, üzvi kimya kafedrasının əvəzsiz rəhbəri, Yaroslavl Texniki Universitetinin texnologiya fakültəsinin dekanı, kimya elmləri doktoru və professor olmuşdur.

Yusif Musabəyov 8 may 1970-ci ildə Yaroslavlda vəfat edib. Həmin şəhərdə onun şərəfinə xatirə lövhəsi ucaldılmışdır.

Əsərləri

Rus elminin atası M. V. Lomonosov (). Saratov, 1946. Kimyaçı alimlər yaroslavlılar (). Yaroslavl, 1950. Sintetik kimya yeni mərhələdə (). Yaroslavl, 1958. Rusiyada üzvi sintezin tarixi (). Moskva, 1958. Mixail İvanoviç Konovalov (). Yaroslavl, 1959. Yustus Libix (). Moksva, 1962. Şarl Adolf Vürts (). Moskva, 1963. V. İ. Lenin və kimyanın inkişafı (). Yaroslavl, 1964. Marselen Bertlo (). Moskva, 1965. Alimlərin həyatından maraqlı hekayələr (). Yaroslavl, 1967. Yuliya Vsevolodovna Lermontova (1846–1919) (). Moskva, 1967. Üzvi sərbəst radikallar haqqında fikirlərin yaranması və inkişafı (). Moskva, 1967 (həmmüəlif). Sovet kimyasının başlanğıcında (). Yaroslavl, 1969. Dünyanın görkəmli kimyaçıları: biblioqrafik göstərici (). Moskva, 1971 (həmmüəlif). Fyodr Ftodoroviç Beylşteyn (). Moskva, 1971. Boris Vasilyevim Bızov (). Moskva, 1972.

İstinadlar

Kateqoriya:Musabəyovlar Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycanlı kimyaçılar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:SSRİ alimləri