thumb|Buhenvald həbs düşərgəsinin əsas giriş qapısı Buhenvald həbs düşərgəsi () — Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyada yaradılmış Nasist həbs düşərgəsi. Düşərgə 1937-ci ilin iyun ayından 1945-ci ilin aprel ayına qədər fəaliyyət göstərmişdir. Buhenvald düşərgəsi əvvələr Veymar şəhəri yaxınlığında Etersburq fəhlə düşərgəsi adı ilə yaradılmışdır. Fəaliyyət göstərdiyi 8 il ərzində Buhenvald həbs düşərgəsinə 250 min məhkum gətirilmişdir. 250 min məhkumdan 11 mini yəhudi olmaqla, 56 mininin öldürüldüyü güman olunur. 11 aprel, 1945-ci ildə ABŞ ordusunun III tağımı Buhenvald düşərgəsində saxlanılan məhkumları xilas etmişdi. Həmin ilin mart ayından etibarən bir qrup yəhudi amerikan əsgərləri ilə ratsiya əlaqəsinə girmiş və düşərgədə olan vəziyyət haqqında onlara ətraflı məlumat verərək xilas olunmaları üçün kömək istənmişdir Almaniya Demokratik Respublikası tərəfindən 1958-ci ildə Buhenvald həbs düşərgəsinin yerində anma mərkəzi açılmışdır. 1991-ci ildə isə düşərgə muzey şəklində yenidən yaradılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Nasist həbs düşərgələri Kateqoriya:1937-ci ildə yarananlar Kateqoriya:1938-ci ildə Almaniya Kateqoriya:1939-cu ildə Almaniya Kateqoriya:1941-ci ildə Almaniya Kateqoriya:1942-ci ildə Almaniya Kateqoriya:1943-cü ildə Almaniya Kateqoriya:1944-cü ildə Almaniya Kateqoriya:1945-ci ildə Almaniya Kateqoriya:Almaniya İkinci Dünya müharibəsində Kateqoriya:İşgəncə Kateqoriya:Nasist ölüm düşərgələri Kateqoriya:Veymar